Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Formula 1”ə görə bir neçə küçədə nəqliyyatın hərəkəti məhdudlaşacaq

“Formula 1”ə görə bir neçə küçədə nəqliyyatın hərəkəti məhdudlaşacaq

30.08.2024 [22:56]

“Formula 1” üzrə “Qatar Airways” Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, 31 avqust saat 08:00-dan axşam saatlarınadək Xəqani küçəsinin Bülbül prospekti kəsişməsindən Puşkin kəsişməsinə qədər nəqliyyata məhdudiyyət tətbiq olunacaq. 

Eyni zamanda, Əziz Əliyev küçəsi, İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti kəsişməsindən Əziz Əliyev və Neftçilər prospekti kəsişməsinə qədər olan hissədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, “Formula 1” Azərbaycan Qran-Prisi 2024-cü il sentyabrın 13-dən 15-dək keçiriləcək.

Paylaş:
Baxılıb: 605 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30