İxtisas seçimi başladı...
10.08.2024 [10:56]
Hansı qrupda vəziyyət gərgin olacaq?
Dünəndən etibarən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2024-cü il avqustun 9-dan 19-dək internet vasitəsilə aparılır.
DİM 2024/2025-ci tədris ili üçün respublika ali təhsil müəssisələrinin ixtisas qruplarında Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.
Ən çox plan yeri I ixtisas qrupundadır
DİM-dən verilən məlumata görə, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 13 min 315, rus bölməsi üzrə 785 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5890 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 19 min 990 yer ayrılıb. Bundan 14 min 407 yerə qəbul dövlət sifarişi əsasında aparılır.
II ixtisas qrupunda 4390 yer dövlət sifarişlidir
Mərkəzdən bildirilib ki, II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 335, rus bölməsi üzrə 575 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2640 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 550 plan yeri ayrılıb. II ixtisas qrupunda 4390 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.
Rus bölməsinin plan yeri III qrupda çoxdur
III ixtisas qrupuna isə Azərbaycan bölməsi üzrə 11 min 854, rus bölməsi üzrə 1410 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2195 yer olmaqla, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 459 yer ayrılıb. Bu yerlərdən 4318-nə qəbul dövlət sifarişi əsasında aparılır.
IV qrupda plan yeri daha azdır
DİM-dən qeyd edilib ki, IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 3520, rus bölməsi üzrə 330 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 750 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4600 plan yeri ayrılıb. Bu yerlərdən 3135-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.
İxtisas qrupları üzrə builki ballara nəzər saldıqda, ötən illə müqayisədə ötən illə müqayisədə bu il ballarda ciddi artım müşahidə olunur. Maraqlıdır, rəqabət ən çox hansı qruplarda müşahidə ediləcək?
Sualımızı cavablandıran təhsil üzrə ekspert Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, birinci ixtisas qrupunda 500-dən çox bal toplayan abituriyetlərin sayı daha çoxdur: “Ötən illə müqayisədə bu il ballarda ciddi artımı 3-cü ixtisas qrupunda da görə bilərik. Üçüncü ixtisas qrupundakı TC alt qrupunda yüksək bal toplayanların sayı ötən illə müqayisədə kifayət qədər artıb. Dördüncü ixtisas qrupunuda da 500- 600 bal toplayan abituriyentlərin sayı keçən illə müqayisədə çoxdur. Bu, o deməkdir ki, builki statistik göstəricilərə əsasən, ötən illə müqayisədə ballarda ciddi şəkildə artım müşahidə olunub. I, II və III qruplarda gərgin müsabiqə vəziyyəti olacaq”.
Abituriyentlər bu səhvə yol verirlər...
Ekspert bildirib ki, abituriyentlərə 15 ixtisası seçmək tövsiyə olunur: “Onlar ixtisas seçərkən təkcə bu il nəşr olunan jurnallara baxmamalıdırlar. Ötən illərin plan yerlərinə, keçid ballarına da nəzər salmalıdırlar. Təəssüf ki, abituriyentlər keçənilki balla seçim etdiklərinə görə, yanlışlıqla qəbul ola bilmirlər. Elektron ərizlərində iki-üç yer seçirlər. Lakin abituriyentlər 15 yeri mütləq doldursunlar ki, əks halda qəbul olmamaq ehtimalları çoxala bilər”
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

