Xoşbəxt olmaq mümkündürmü?
13.07.2024 [11:20]
Şahanə MÜŞFİQ
Xoşbəxtlik... Əzəldən bəri dünyadan gəlmiş-keçmiş bütün insanların axtarıb-aradıqları, bəzilərinin həyatının müxtəlif dövrlərində qovuşsa da, çoxlarının ona həsrət bu dünyanı tərk etdiyi o ali məfhum... Bu dünyaya gəldiyimiz gündən hər birimizin axtardığımız, hər nəfəsimizlə can atdığımızdır xoşbəxtlik. Əgər bu dünyaya doğulmusansa, deməli, bu, xoşbəxtliyə layiq olmaq üçün kifayət qədər yetərli səbəbdir. Bəli, xoşbəxt olmaq hər kəsin haqqıdır. Amma baxır kim nədən necə xoşbəxt olur? Bəzən birinin xoşbəxtliyi digərinin, ya da digərlərinin bədbəxtliyinə çevrilə bilir. Bax, o zaman işlər “ərəb saçından” da betər qarışır. Çünki hamı xoşbəxt olmağı eyni dərəcədə bacarmır. Və hamı xoşbəxtliyin qədrini eyni dərəcədə bilmir. Dünya filosoflarının, psixoloqlarının, yaşam kouçlarının yüz illərdir cavab tapmağa çalışdığı o məşhur suallardan biridir: “Xoşbəxtlik nədir” sualı. Bəzi kitablar da məhz bu suala cavabın axtarışından doğulub. Bu yazımızda xoşbəxtliyin sirrini kəşf edən kitablardan danışacağıq. Görək, “kağız dostlarımıza” görə xoşbəxtliyin sirri nədir?
“İkigai” - yaponların uzun və xoşbəxt həyat sirri
“İkigai” dünyada ən çox oxunan və sevilən kitablardan biridir. “İkigai” hərfi mənada iki sözün birləşməsini bildirir: “İki” həyat, “gai” isə məqsəd, hədəf deməkdir. Ehtiraslarımızın, peşəmizin, axtarışlarımızın və həyatdakı missiyamızın ümumi kəsişməsindən formalaşan, hamımıza hər səhər yataqdan qalxmaq üçün əsas verən bir yapon ideologiyasıdır. Kitabda həyatı daha yaxşı yaşamaq üçün təbiətlə yenidən əlaqə qurmaq, doymamışdan əvvəl süfrədən qalxmaq, aktiv qalmaq, anı yaşamaq kimi müxtəlif tövsiyələr verilir.
“Xoşbəxtlik sənəti”: Yaşam üçün bir əl kitabı
Meditasiyalar, hekayələr, Buddizm və psixologiyanın kəsişməsi ilə Dalay Lama bizə gündəlik həyatda yaşadığımız depressiyaları, qorxu və narahatlıqları, qəzəbi, qısqanclığı və ya sadəcə pis əhval-ruhiyyəni necə dəf edə biləcəyimizi göstərir. Həyatımızda qarşılaşdığımız maneələri dəf edərək dərin və daimi daxili barışa necə nail olmağı izah etmək üçün münasibətlər, sağlamlıq, ailə və iş haqqında danışır. 2500 illik buddist meditasiyalarına və sağlam düşüncəyə əsaslanan “Xoşbəxtlik sənəti” bütün insanlar üçün ümumi olan problemlərlə oxuculara kömək etmək üçün ənənənin sərhədlərini aşan bir kitabdır. “Xoşbəxtlik sənəti” 70 həftədən artıqdır ki, “New York Times”ın bestsellerlər siyahısında, eləcə də 20 ölkədə ən çox satılanlar siyahısında birinci yerdədir.
“Yaxşı hiss etmək”
“Yaxşı hiss etmək” məhz adı ilə tamamilə uyğun gələn bir kitabdır. Kitabın müəllifi Dr. David Burns Stenford Universitetinin tibb fakültəsini bitirərək psixiatriya üzrə ixtisaslaşan alimdir. Kitab boyu depressiya, bədbəxtlik və mənfi emosiyalar müzakirə olunur. Bu problemləri həll etmək üçün bir çox texnika və tövsiyələr təqdim olunur. Kitabın əsas manifesti olaraq depressiya, bədbəxtlik və pis hisslərin əslində təhrif edilmiş düşüncələrimizdən və öz dəyərimizi başqalarının gözü ilə qiymətləndirməyimizdən qaynaqlandığı vurğulanır. Kitabın əsas özəlliklərindən biri də odur ki, bəhs edilən mövzular bir çox real hadisələrdən nümunələrlə əsaslandırılır.
“Xoşbəxtliyin fəthi”
Bu, fransız pedaqoq və filosof Jül Payot tərəfindən yazılmış şəxsi inkişaf kitabıdır. Müəllif vurğulayır ki, xoşbəxtlik uzaq yerlərdə, kilidli sandıqlarda deyil, özümüzü tanımaqda, nə istədiyimizi bilməkdədir. O deyir ki, əsl xoşbəxtlik öz mənliyimizdə, sağlamlığımızda, sadəlikdə və daxili rahatlıqdadır.
Payot hesab edir ki, pul, uğur və şöhrət kimi ambisiyalar müvəqqəti həvəslərdir və heç də hər zaman düşünüldüyü kimi insana xoşbəxtlik gətirmir.
“Hygge danimarkalıların xoşbəxtlik sirri: Həyatımızın ən mənalı günü bu gündür”
Danimarka dünyanın ən xoşbəxt insanlarının yaşadığı ölkə hesab olunur. Onların fikrincə, bu xoşbəxtliyin sirri tək bir açarda gizlənir: Hygge.
“Səmimi mühitlər yaratmaq sənəti”, “Ruhun isti hiss etməyi”, “Bütün dərdlərdən, sıxıntılardan və əsəblərimizi pozan şeylərdən uzaq olmaq”, “Rahatlıq və xoşbəxtlik verən şeylərdən həzz almaq”, “Ən sevdiklərinlə bərabər olmaq”.
Bu kitabda Xoşbəxtlik Tədqiqatı İnstitutunun rəhbəri Meik Vikinq hygge anlarını yaşamağın sirlərini və danimarkalılar kimi xoşbəxt olmağın yollarını izah edir.
“Özünlə dost olmaq”
Bu kitabın əsas mövzusu narsissizmə qapılmadan özümüzlə məşğul olmaqdır. Alman filosofu və akademiki Vilhelm Şmid tez-tez eşitdiyimiz “özünü sev” şüarına yeni nəfəs gətirir və bizə özümüzlə sağlam, qeyri-adi bir əlaqə qurmağın yollarını deyir. Cəmi 79 səhifədən ibarət olan kitab çox qısa olmağına baxmayaraq, kifayət qədər təsiredicidir.
“Xoşbəxtlik beyində başlayır”
Məşhur Harvard psixoloqu Daniel Gilbert tərəfindən yazılmış bu kitabda Gilbert yumoristik şəkildə insanın gələcəyi xəyaletmə qabiliyyətindən və bu xəyalına qovuşarkən duyduğu həzz və xoşbəxtlikdən bəhs edir.
“Frikonomika” kitabının müəllifi Stiven Levitt bu kitabı çox gözəl və özünəməxsus şəkildə şərh edir: “Sizi nəyin xoşbəxt etdiyini bildiyinizi düşünürsünüz? Bu möhtəşəm kitab zehnin necə işlədiyinə dair ən dərin inanclarınızı məhv edəcək”.
“Xoşbəxt olmaq sənəti”
“Xoşbəxt olmaq sənəti” alman filosofu, yazıçısı və pedaqoqu Artur Şopenhauer tərəfindən qələmə alınıb. Adını fəlsəfə tarixinə pessimist kimi yazan və nikbin dünyagörüşünə qarşı çıxan Şopenhauerin fikrincə, insanların bu həyatda etdikləri ən böyük səhv bu dünyaya gəlməkdə məqsədimizin xoşbəxt olmaq olduğunu düşünməkdir: “Həyatdakı məqsədimiz xoşbəxt olmaq deyil, hüzuru axtarmaq və dözmək olmalıdır”.
“Xoşbəxt beyin”
Kitabın müəllifi Loretta Qratsiano Breuninq Kaliforniya Dövlət Universitetinin akademikidir. O, insanlar haqqında qəbul edilmiş ümumi nəzəriyyələri qəbul etmir və serotonin, dopamin, endorfin və oksitosinin xoşbəxtliyimizə necə təsir etdiyinə dair müxtəlif məlumatlar verir. Müəllif öz kitabında vərdişlərimizi, təcrübələrimizi, reaksiyalarımızı və beynimizin iş prinsipini təkamül nöqteyi-nəzərindən izah edir və daha xoşbəxt, daha dinc, daha dolğun bir həyat yaşamağımız üçün müxtəlif üsullar göstərir.
Dörd Razılaşma: Toltek Hikmət Kitabı
Kitaba adını verən dörd razılaşma belədir: sözləri diqqətlə seçmək, heç nəyi şəxsi qəbul etməmək, fərziyələr irəli sürməmək və hər zaman əlindən gələnin ən yaxşısını etmək. Kitabda izah edilən öz duyğularımıza görə məsuliyyət daşımaq prinsipi kifayət qədər məntiqli görünür. Yəni hadisələrin özündən çox, onlara verdiyimiz mənaların və hadisələri şəxsiyyət böhranına çevirməyin bizi incidə biləcəyini deyir. Qısacası, öz perspektivinizi necə yönləndirəcəyinizi bildiyiniz müddətcə xarici mühitin sizə elə də təsir etməsi mümkün deyil. Sizin də başqasını incitməyiniz o, buna icazə vermədikcə mümkün deyil. Yaxşı niyyətlə bir söz söylədikdə qarşınızdakı onu səhv qəbul edərsə, bu, tamamilə onun öhdəliyidir, sizin üzərinizə düşən öhdəlik sadəcə niyyətinizdir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

