Azərbaycanda gənclərin inkişafı üçün bütün imkanlar yaradılıb
10.10.2012 [23:38]
Müxtəlif məqamlarla yanaşı, bu inkişafı şərtləndirən cəhətlərdən biri ali məktəblərə marağın artması və bu yöndə ciddi rəqabətin mövcudluğudur. Təbii ki, bu sahədə inkişaf orta təhsili də əhatə edir və TQDK-nın keçirdiyi qəbul imtahanları zamanı abituriyentlərin yüksək bal toplamaları buna sübutdur. Yeri gəlmişkən, son illər qəbul imtahanlarında maksimal və buna yaxın bal toplayan gənclərin sayının artması halı da ciddi nəticələrdən xəbər verir. Onu da qeyd edək ki, Azərbaycan dövləti hər zaman yüksək biliyə malik və bacarıqlı gəncləri dəyərləndirir, onlara qayğı göstərir. Buna parlaq nümunə kimi, Azərbaycanın dövlət başçısı tərəfindən ali məktəblərə qəbul imtahanı zamanı ən yüksək bal toplamış gənclərə Prezident təqaüdünün verilməsini göstərmək olar. Bu il də həmin ənənə davam edir. Belə ki, ölkə rəhbərinin Sərəncamı ilə hər qrup üzrə ən yüksək bal toplamış 25 gəncə “Prezident təqaüdü” veriləcək. Bütövlükdə 2012-ci ildə 4 qrup üzrə qəbul imtahanlarında ən yüksək ballar toplayaraq, Prezident təqaüdü alan tələbələrin sayı 100 nəfərdir.
Bu məsələnin əhəmiyyətini nəzərə alaraq “Yeni Azərbaycan” qəzeti yeni layihəyə start verib. Bu layihə çərçivəsində 2012-2013-cü tədris ili üzrə qəbul imtahanlarında yüksək bal toplayıb Prezident təqüdünə layiq görülmüş tələbə-gənclərlə görüşlər keçirir. Məqsəd, Azərbaycan təhsilinin inkişafı məsələlərini təbliğ etmək və dövlətimizin gənc nəslə qayğısını ifadə etməkdən ibarətdir. Layihəmizin növbəti qonaqları isə, Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri olan təqaüdçülərdir.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbi Azərbaycan Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda dövlət müəssisəsi statusunda yaradılıb. Ali məktəbin yaradılmasında məqsəd, Azərbaycanda beynəlxalq standartlara cavab verən, ən müasir tədris planları və texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə, sənayenin müasir tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərə yaranan ehtiyacın ödənilməsi, eyni zamanda, ARDNŞ-nin fəaliyyətinin Azərbaycanda və ölkənin hüdudlarından kənarda genişlənməsi və onun beynəlxalq şirkətə çevrilməsi nəzərə alınaraq, müasir biliklərə yiyələnən və ingilis dilində təhsil alan mühəndis kadrların hazırlanmasıdır.
2012-2013-cü tədris ilində “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə 121 nəfər 600 - dən yüksək bal toplamış abituriyent Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmışdır. Bu nəticə 1- ci qrup üzrə 600 baldan çox toplayan (234 nəfər) abituriyentin 45,4 faizini təşkil edir. “Neft-qaz mühəndisliyi” ixtisası üzrə orta bal 636,2, “Kimya mühəndisliyi” ixtisası üzrə isə 626 olmuşdur. Ümumiyyətlə, BANM üzrə qəbulda orta bal 631,10 olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə, 2012/2013-cü tədris ilində tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərmiş Bakı Ali Neft Məktəbinin 11 tələbəsi Prezident təqaüdünə layiq görülüb. I qrup üzrə ən yüksək - 690 bal toplamış Naxçıvan MR-nın Şərur rayonu, Ərəbyengicə kənd sakini Rəhimov Rza Rasim oğlu da, Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub. 1995-ci il yanvarın 1-də dünyaya göz açan R.Rəhimov 2001-ci ildə birinci sinfə məhz Ərəbyengicə kənd orta məktəbində gedib və həmin məktəbi də müvəffəqiyyətlə başa vurub. Qeyd etdiyimiz kimi, builki qəbul imtahanlarında yüksək nəticə göstərərək, 690 bal toplayıb. Bir çox gənclər üçün nümunə olacaq bu uğura nail olmaq elə də asan başa gəlməyib. Bunun arxasında təkcə onun deyil, valideyn və müəllimlərinin əməyi, gərgin zəhməti dayanır. Rza ilə söhbətimiz zamanı o, qazandığı bu nailiyyətə görə, ilk olaraq valideynlərinə və müəllimlərinə minnətdar olduğunu deyib. Təbii ki, bu nailiyyəti qazanmasında ilk olaraq, onun ziyalı ailəsində böyüyüb boya-başa çatması, bu ailədə tərbiyə alması mühüm rol oynayıb. Çünki valideynləri övladlarını layiqli vətəndaş kimi yetişməsi üçün tərbiyə edib, onun təhsilə marağını artırmaq və bunun nəticəsi olaraq, ali məktəbə qəbul olmaq üçün böyük zəhmət sərf ediblər. Bu fikirləri onun müəllimlərinə də aid etmək olar. Ali məktəb seçiminə gəlincə, R.Rəhimov yeni fəaliyyətə başlamış Bakı Ali Neft Məktəbinə üstünlük verməsini belə əsaslandırıb: “Bildiyiniz kimi, ölkəmizdə uğurlu neft strategiyası həyata keçirilir. Azərbaycan zəngin təbii sərvətlərə malik, neft-qaz ölkəsi kimi dünyada tanınır. Bu gün ölkəmiz Avropranın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Ali Neft Məktəbi isə, bu sahədə güclü mütəxəssislər hazırlayacaq bir təhsil ocağıdır. Tədris ingilis dilində və Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun şəkildə aparılır. Bu məqsədlə, Bakı Ali Neft Məktəbı ilə Böyük Britaniyanın Heriot Uatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub. BANM-da Heriot-Uatt Universitetinin tədris proqramları tətbiq olunur və gələcəkdə bunun nəticəsi olaraq, məzunlara ikili diplom (Bakı Ali Neft məktəbinin və Heriot-Uatt Universitetinin) veriləcək. Mən bu sahədə daha da irəli getmək üçün bu təhsil ocağını seçdim”.
Bəxtiyar Baba oğlu Allahverdiyev isə 682 bal toplayaraq, Prezident təqaüdünə layiq görülüb. Bakı şəhərində dünyaya göz açan Bəxtiyar ilk təhsilini 17 saylı orta məktəbdə alıb. Bu təhsil ocağının verdiyi yüksək bilik, Bəxtiyarın ali təhsil almaq arzusunu reallığa çevirib. B.Allahverdiyev ümumilikdə, bütün müəllimlərindən razılıq edərək, onun yüksək biliyə yiyələnməsi üçün çəkdikləri zəhmətə görə təşəkkürünü bildirib. O, ixtisas seçimi zamanı Ali Neft məktəbinə üstünluk verib. Bunun səbəbini isə, Bəxtiyar belə izah edir ki, neft-qaz üzrə güclü mütəxəssislərə ehtiyac var və o, buna görə də, Ali Neft Məktəbini seçib. Prezident təqaüdçüsü qeyd edir ki, bu ali məktəbin ingilis dilində təhsil verməsi, Avropanın nüfuzlu təhsil ocaqları ilə əməkdaşlığı perspektiv üçün geniş imkanlar açır. “Mən Azərbaycanın güclü mütəxəssisi kimi, ölkəmizi Avropada da təmsil etmək istəyirəm. Hədəfim bundan ibarətdir” - deyə, B.Allahverdiyev qeyd edib. Bəxtiyar bu nailiyyəti qazanmasının əsas səbəbi kimi, Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısını görür.
Digər bir Prezident təqaüdçüsü isə, Eltun Arif oğlu Sadıqovdur. E.Sadıqov 1994-cü ilin oktyabr ayında Ağcabədi rayonunun Rəncbərlər kəndində dünyaya gəlib. Orta məktəbi Rəncbərlər kəndində alıb və təhsilə marağı onun ali təhsil almaq arzusunu reallığa çevirib. Belə ki, Eltun builki qəbul imtahanlarında yüksək nəticə göstərərək, 676 bal toplayıb. E.Sadıqov da seçim edərkən, Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına üstünlük verib. Onun sözlərinə görə, burada tədris ingilis dilində və Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun şəkildə aparılır: “Mən bu ali məktəbdəki təhsil sistemi ilə tanış olaraq burada təhsil almağa üstünlük verdim”.
Eltun deyir ki, ölkə başçısı tərəfindən Prezident təqaüdünə layiq görülməsi isə, daha yüksək biliklərə sahib olması üçün ona əlavə stimul verir.
Digər Prezident təqaüdçüsü isə, Ümid Elman oğlu Tərlanlıdır. Ü.Tərlanlı Bakı şəhəri 207 saylı ota məktəbin məzunudur. Ali məktəbə qəbul imtahanları zamanı 667 bal toplayaraq, Ali Neft Məktəbinə qəbul olunub. Ümid müstəqil Azərbaycanın vətəndaşı olmağı ilə fəxr etdiyini deyir: “Mən valideynlərimdən eşitmişəm, həm də televiziyadan baxıram ki, müstəqilliyin ilk illərində Azərbaycanı qorumaq, iqtisadiyyatı bərpa etmək nə qədər məsuliyyətli və çətin olub. Həqiqətən də, Azərbaycanın müstəqillik və inkişaf yolu həddindən artıq keşməkeşlidir”. Onun fikrincə, bu gün gənc nəslin inkişafı üçün dövlət bütün tədbirləri görür: “Bu gün ölkəmizdəki məktəblərin yeni müasir tələblərə uyğunlaşdırılması istiqamətində layihələr həyata keçirilir. Demək olar ki, ölkəmizin hər yerində yüksək standartlara cavab verən məktəb binaları tikilir. İndi şagirdlər üçün oxumağa hər bir şərait yaradılıb. Dövlətimiz gənclərimizi dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alması üçün xaricə göndərir. Bu isə, ölkəmizin inkişafı üçün böyük töhfədir”.
Onun fikrincə, hər bir gənc yaradılmış imkanlardan öz gələcəkləri naminə bəhrələnməyi bacarmalıdır. “Gənclərin işlə təmin olunması məsələsi də ötən illər ərzində xeyli dərəcədə yaxşılaşıb” - deyən müsahibimiz bildirib ki, bu gün bütün bilikli və bacarıqlı gənclər özlərinə münasib iş tapıb işləyə bilirlər. Ü.Tərlanlı hesab edir ki, BANM-da təhsil almaqla savadlı neft-qaz mühəndisi kimi formalaşa bilər. Çünki bu ali məktəb məqsədə çatmaq üçün bütün imkanları yaradır.
BANM-nin digər tələbəsi Fəhmin Əkbər oğlu Hüsüzadə də Prezident təqaüdçüsü olmaqdan qürur duyduğunu deyir. Fəhmin 1995-ci ilin avqust ayında Şirvan şəhərində dünyaya gəlib. Birinci sinfə Hacıqabul rayonu, 4 saylı orta məktəbdə getsə də, sonra təhsilini Bakı şəhəri 160 saylı klassik gimnaziyasında davam etdirib. Qəbul imtahanları zamanı isə, 665 bal toplayıb. Prezident təqaüdçüsü hesab edir ki, ötən dövr ərzində böyük inkişaf yolu keçən Azərbaycan gələcəkdə daha güclü və qüdrətli dövlətə çevriləcək. Çünki hazırda həyata keçirilən siyasət bu fikri əminliklə söyləməyə əsas verir. “Biz gənclər öz fəaliyyətimizlə dövlətimizin inkişafına xidmət etməliyik. Layiqli vətəndaş kimi yetişərək bizə göstərilən etimadı doğrultmalıyıq. Prezident təqaüdçüsü olmaqdan qürur duyuram. Çalışacam ki, bütün həyatım boyu dövlətimizin, valideynlərimin və müəllimlərimin etimadını doğruldum” - deyə, F.Hüsüzadə bildirib. O deyib ki, bu gün Azərbaycanda uğurlu neft strategiyası həyata keçirilir. Belə bir şəraitdə isə, bu sahədə güclü mütəxəssis kimi formalaşmaq tələbənin qarşısına qoyduğu əsas məqsəddir. “Oxuduğum təhsil müəssisəsində tədris prosesinə müxtəlif xarici ölkə universitetlərinin professor və müəllim heyəti cəlb olunub. Bakı Ali Neft Məktəbinin əsas məqsədlərindən biri də tələbələrin nəzəri biliklər əldə etmələri ilə yanaşı, praktik biliklərə də yiyələnmələridir. Bu səbədən, BANM-nin tələbələri ARDNŞ-nin müxtəlif müəssisələrində təcrübə keçəcəklər. Bütün bunlar bizim peşəkar mütəxəssis kimi formalaşmağımızda vacib rol oynayacaq” - deyə, Prezident təqaüdçüsü vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

