/ / II Bakı Beynəlxalq Humanitar Forumunda “Müasir KİV-lər və yeni çağırışlar” mövzusunda “dəyirmi masa” keçirilib
II Bakı Beynəlxalq Humanitar Forumunda “Müasir KİV-lər və yeni çağırışlar” mövzusunda “dəyirmi masa” keçirilib
06.10.2012 [16:52]
II Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində oktyabrın 5-də keçirilən “dəyirmi masa”lardan biri də “Müasir KİV-lər və yeni çağırışlar” adı altında “Kempinski” otelində baş tutub. “Dəyirmi masa”da “Qloballaşma dovründə dünya siyasəti və sosial şəbəkələr”, “Yeni minillikdə jurnalistikanın humanitar aspektləri” “Sivilizasiyalar dialoqunda müasir KİV-lərin rolu” adlı işçi bölmələr təşkil olunub. Tədbirdə, Azərbaycanın və dünyanın nüfuzlu KİV nümayəndələri iştirak edib.
Tədbirə sədrlik edən AzərTAc-ın Baş direktoru Aslan Aslanov Azərbaycanın son illərdə siyasi, iqtisadi, mədəni sahələrdə əldə etdiyi beynəlxalq uğurlardan danışaraq, ölkəmizdə mətbuatın, onlayn medianın inkişafına yüksək diqqət göstərildiyini söyləyib. Onun sözlərinə görə, müasir dünyada bir çox sahələr, o cümlədən, kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı yeni meyillər, çağırışlar meydana çıxır. Bu çağırışlar dünya birliyinə inteqrasiya edən hər bir dövlətin maraqlarına toxunur. A.Aslanovun fikrincə, Bakıda keçirilən beynəlxalq forum bununla bağlı məsələlərin müzakirəsinə, mövcud problemlər ətrafında səmərəli fikir mübadiləsinə şərait yaradır.
Daha sonra tədbirdə iştirak edən Yunanıstan parlamentinin üzvü, keçmiş xarici işlər naziri Dora Bakoyannis bildirib ki, mədəniyyətlərin dialoqunda kütləvi informasiya vasitələrinin rolu böyükdür. O qeyd edib ki, mədəniyyətlərin toqquşması bəşəriyyət tarixində yeni fakt deyil: “Ona görə də, biz mədəniyyətlərin dialoqunda, eləcə də, KİV-in rolunu qiymətləndirməyə bilmərik”.
Onun sözlərinə görə, KİV hadisələrə təsir edə və özü cəmiyyəti qarşıdurmaya təhrik edə bilər: “Siyasi qüvvələrin əsas rolu dözümsüzlüklə, mədəniyyətlərin və dinlərin toqquşması ilə mübarizə aparmaqdır. Dialoqu inkişaf etdirmək lazımdır və siyasətçilər bunu KİV vasitəsilə edə bilərlər”.
D.Bakoyannis yeni KİV növü olaraq internetin mədəniyyətlərin toqquşmasındakı və dialoqundakı rolundan danışıb. O, Avropada son zamanlar dözümsüzlüyün, irqçiliyin geniş yayıldığını bildirərək, medianın azad olduğunu, lakin bundan təxribatçılıq məqsədilə, sui-istifadə edənlərin qınanmalı olduğunu vurğulayıb. Onun fikrincə, mədəniyyətlərarası dialoqu təmin etmək üçün fərqlərdən çox, ortaq cəhətlərə diqqət yönəldilməlidir. D.Bakoyannis həmçinin deyib ki, Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır: “Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir”.
“Novıy İnternet” agentliyinin ortaq sahibi, rusiyalı qonaq Konstantin Maksimyuk konkret nümunələr əsasında ənənəvi KİV-lə yeni KİV-in fəaliyyətindəki fərqlərdən, yeni mediada çalışan jurnalistlərin fəaliyyət xüsusiyyətlərindən danışıb. O, həmçinin, sosial medianın yaratdığı sosial jurnalistikadan da bəhs edib, eləcə də, media işçisinin öz peşəsini “sosial lift” kimi qəbul etməsinin doğru olmadığını söyləyib.
Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərova sosial şəbəkələrin müasir həyatdakı rolundan bəhs edib. O, sosial şəbəkələrdə, həmçinin, ən virtual ensiklopediya olan “Vikipediya”da informasiya müharibəsinin getdiyini bildirib. Onun sözlərinə görə, sosial şəbəkələr ictimai rəyin formalaşmasına böyük təsir göstərir: “İnsanlar sosial şəbəkələrdə yayılan informasiyalara daha çox inanır. Çünki insanların sosial şəbəkələrdən əldə etdikləri informasiya adətən, onların tanıdıqları, etibar etdikləri “dostlar”ının paylaşdığı məlumatlardır. Sosial şəbəkələrin digər xüsusiyyəti odur ki, insanlar informasiyanı axtarmalı olmur, informasiya özü insanı tapır. Əgər bir neçə il əvvəl sosial şəbəkələr məlumatları informasiya agentliklərindən, KİV-lər alırdısa, indi bəzən bunun əksini görmək olar. Lakin bəzən sosial şəbəkələrdə yayılan qərəzli informasiya ictimai şüura mənfi təsir göstərə bilər”.
Dünya xəbər agentlikləri şurasının prezidenti, argentinalı qonaq Xuan Manuel çıxışında bildirib ki, əksər dövlətlərdə olduğu kimi, Latın Amerikası ölkələrində də sosial şəbəkələrin geniş istifadəsi ilə bağlı yeni problemlər ortaya çıxır. Onun sözlərinə görə, sosial şəbəkələrdə daha çox müharibələr, qlobal məsələlər, təbiət problemləri müzakirə olunur, lakin sağlamlıq, nəqliyyat və digər sahələrlə bağlı problemlərə də diqqət artırılmalıdır.
Bütövlükdə, çıxışçılar müasir KİV qismində internetin əhəmiyyətindən, sosial şəbəkələrin, bloqların informasiya mənbəyinə çevrilməsinin müsbət və mənfi cəhətlərindən danışıblar. “Dəyirmi masa” iştirakçılar arasında fikir mübadiləsi və aktiv müzakirələr şəraitində keçib.
Hülya
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

