2015-ci ilin bu günü...
12.06.2024 [10:24]
Yeganə BAYRAMOVA
Yəqin ki, çoxları Birinci Avropa Oyunlarının həyəcanını unutmayıb. Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli qərarı ölkəmiz üçün mühüm mərhələnin başlanğıcını qoydu. Həmin qərarla 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının keçirilməsi hüququ Bakıya verildi.
Birinci Avropa Oyunları təkcə idman yarışı deyil, əsl bayram tədbiri idi. Bəşəriyyəti birləşdirən əsas dəyərlərdən biri kimi idman sağlam düşüncəli gələcək nəslin formalaşmasında mühüm rol oynayan amildir.
16 kilometr məsafədə daşınan məşəl...
9 il öncə Bakını küçəbəküçə dolaşan məşəl estafetini hamı səbirsizliklə izləyirdi. Uzun sürən səyahətdən sonra Avropa Oyunlarının rəmzi olan məşəl paytaxtımıza gətirildi. Məşəl həmin il aprelin 26-da qədim od məbədi olan “Atəşgah” da start götürdü. Bu məşəl ölkəmizin hər bir guşəsini gəzib-dolaşaraq 60 rayonun sakinlərinə oyunların ruhunu çatdırdı. Avropa Oyunlarının yoluna işıq saçan məşəl bölgələrə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra iyunun 7-də Ağ Şəhər Bulvarına, Dövlət Bayrağı Meydanına oradan Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanına gətirildi. Burada onu Prezident İlham Əliyev qəbul etdi.
Sonrakı mərhələdə məşəl respublikanın tanınmış şəxsiyyətləri tərəfindən müxtəlif etaplardan keçirildi. Məşəl şəhər boyunca 16 kilometr məsafədə 100 məşqçi tərəfindən daşındı.
2015-ci il Birinci Avropa Oyunlarının açılış mərasimi isə iyunun 12-də Bakı Olimpiya Stadionunda baş tutdu. O gün Azərbaycan bir daha sübut etdi ki, bütün dünyaya açıqdır, bəşəriyyətə sülh və barış istəyir...
İşlər cəmi 2 il yarıma başa çatdırıldı...
Avropa Oyunlarının ölkəmizdə layiqincə keçirilməsini təmin etmək məqsədilə Prezidentin 17 yanvar 2013-cü il tarixli fərmanı ilə Təşkilat Komitəsi yaradıldı. Təşkilat Komitəsinə Birinci xanım, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva sədr təyin edildi.
Mehriban Əliyevanın rəhbərliyi ilə Bakı-2015 ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətdə başa çatdırdı. Azərbaycanın bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyinə şübhə ilə yanaşan bəzi dairələrin təəccübünə rəğmən, çox qısa zaman ərzində oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı.
Qitə ikincisi olmaq...
Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə apardı, Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olundu. 2015-ci il Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü olimpiya, 6-sı qeyri-olimpiya idman növü idi. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışırdı. Medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutdu. Onlar Birinci Avropa Oyunlarında 79 qızıl, 40 gümüş, 45 bürünc, ümumilikdə, 164 medal qazandı. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Mübarizəyə 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə, 56 medala sahib oldu. Avropanın 49 ölkəsindən 48-ni geridə qoyaraq qitə ikincisi olmaq doğrudan da böyük şərəf idi. Üçüncü sırada isə Böyük Britaniya qərarlaşaraq 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazandı və Birinci Avropa Oyunlarını 47 medalla başa vurdu.
17 günlük bayram...
“Bakı-2015” Olimpiya Oyunları gözlənildiyindən də möhtəşəm alındı. 17 gün ərzində davam edən multi-idman yarışı beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu. Azərbaycan bütün çətinliklərə baxmayaraq, bu əhəmiyyətli tədbirin öhdəsindən ən yaxşı şəkildə gəldi.
Oyunların yüksək səviyyədə təşkil olunduğunu tək biz yox, beynəlxalq ekspertlər, müxtəlif ölkələrin Olimpiya komitələrinin rəhbər şəxsləri, yarışlarda iştirak edən idmançılar və tədbiri işıqlandıran jurnalistlər də təsdiq edirdilər. Beləliklə, iyunun 17 günü möhtəşəm idman bayramı və Birinci Avropa Oyunlarına layiq tədbir kimi yadda qaldı...
Xəbər lenti
Hamısına baxSiyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Dünya
31 İyul 10:19
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Dünya
31 İyul 09:45
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 08:50
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09

