“Həcc” dələduzluğu...
19.04.2024 [10:40]
Ziyarət üçün kvotanın azaldılmasına səbəb oldu
Məlum olduğu kimi, bu il fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Xatırladaq ki, ölkəmizdən ziyarət üçün 2000-dən çox kvota nəzərdə tutulmuşdu. Lakin bu kvotaların sayı azaldılıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O bildirib ki, ilkin kvota üçün 2000-dən çox yer nəzərdə tutulmuşdu, indi isə 1500 kvota yeri ayrılıb: “İdarə kvotanı bir neçə dəfə azaltmaq zərurəti ilə qarşılaşıb. Bunun isə heç vaxt müşahidə olunmayan səbəbləri var”.
Bu şəxsləri cərimə gözləyir...
Şöbə müdiri deyib ki, ötən il Həcc mövsümündən sonra, yəni iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox ölkələrə, o cümlədən Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaradıb: “Elektron viza bir illik və çoxgirişli verilir. Bəzi işbaz şirkətlər və yaxud fərdlər isə vətəndaşların başını aldadaraq elektron viza ilə Həcc ziyarətinə, daha ucuz qiymətə aparacaqlarını bildiriblər. Bizdə olan məlumata görə, hazırda təxminən 500-ə yaxın vətəndaş bu işbazların qurbanıdır. Keçən il də belə işbazların çoxlu qurbanları olub, onlardan pul yığıblar, lakin apara bilməyiblər, xeyli vətəndaşın pulları batıb. Bununla bağlı bizdə dəqiq məlumatlar var, həmin şəxslərin əlaltıları bu il bu vizalarla vətəndaşları aldadıblar.
Həcc ziyarəti üçün xüsusi viza alınır. Krallıqda Həcc ziyarətinə getmək üçün xüsusi sahələr və ərazilər var - Ərəfat, Mina, Müzdəlifə. Bu yerlərə yalnız Həcc vizası ilə daxil olmaq mümkündür. Vətəndaşlardan xahiş edirik ki, bu cür təşviqedici təkliflərə aldanmasınlar. Səudiyyə Ərəbistanı Krallığının müvafiq nazirlikləri bundan tam xəbərdardırlar və bu barədə tədbir görməyə hazırlaşırlar. Elektron vizalarla Həcc ziyarətinə getmək istəyənləri deport və cərimələr gözləyir”.
Sənədləşmə və viza işləri 1 ay tez bitəcək
Vüsal Cahangiri bildirib ki, kvotanın azaldılmasının digər səbəbi isə budur ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi prosedurların erkən bitirilməsini tələb edir: “Bu il əvvəlki kimi deyil, ötən illərdən fərqli olaraq bu il elektron sistemdə sənədləşmə və viza işləri 1 ay tez bitməlidir. Ona görə vətəndaşlardan xahiş olunur ki, tələssinlər, yalan vədlərə aldanmasınlar. Çünki kvotanın dolmasına çox az qalır. Nazirliyin təyin etdiyi vaxta əsasən bütün prosedurlar, o cümlədən vizaların verilməsi aprel ayının sonuna kimi tamamlanmalıdır”.
Vətəndaşlar etibarlı mənbəyə güvənməlidir!
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən QMİ nümayəndəsi Samid Quliyev bildirib ki, bir çox vətəndaşın bəzi işbazlar tərəfindən aldadılmasından sonra kvotanın aşağı salınması məqsədəuyğun hesab edilib: “Məlumdur ki, Səudiyyə Ərəbistanı Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bağlı səlahiyyəti QMİ-yə verib. Ümumiyyətlə, Səudiyyə Ərəbistanı Həcc ziyarəti məsələsini hər ölkədə bir təşkilata verir. Yəni istənilən ölkədə istənilən şirkətin Həcc ziyarətini təşkil etməsi mümkün deyil. Yalnız razılaşdırılmış təşkilatlar bunu həyata keçirə bilər. Beləliklə, Azərbaycanda bu məsələ ilə bağlı müstəsna səlahiyyət QMİ-dədir, digər şirkətlərdə yoxdur. Ancaq təəssüflər olsun ki, bəzi şirkətlər və işbazlar mövcud vəziyyətdən sui-istifadə edərək vətəndaşlara daha ucuz qiymətə Həcc ziyarətinə getməyi təklif edirlər. Bu baxımdan kvotanın aşağı salınması barədə qərar qəbul edildi. Ümumiyyətlə, Həcc ziyarəti İslam dininin 5 şərtindən biridir. Müsəlmanlar Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Kəbəni ziyarət edir və öz dini ayinlərini icra edirlər. Hər il milyonlarla insan Kəbəni ziyarət edir. Lakin insanların dini ayinlərini icra etmək üçün müqəddəs yola çıxmasına əngəl yaradan, insanların pulunu mənimsəyən şəxslərin bu əməlləri törətməsi qəbuledilməzdir. Düşünürəm ki, vətəndaşlar daha diqqətli olmalı və ziyarət üçün ən etibarlı mənbəyə, yəni QMİ tərəfindən təşkil olunan ziyarətlərə güvənməlidirlər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37

