İsveçin mədəniyyət və demokratiya naziri Azərbaycandakı tolerantlıq barədə məlumatlandırılıb
20.11.2015 [14:48]
Stokholmda səfərdə olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçin mədəniyyət və demokratiya naziri xanım Alise Bah Kuhnke ilə görüşüb.
Nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini icmasının sədri Gennadi Zelmanoviç və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov olub.
Nazir Alise Bah Kuhnke bu görüşün ölkələrimiz üçün faydalı olacağına inandığını deyib. İsveçli nazir ölkəsinin daxili siyasəti və müxtəlif dəyərləri barədə məlumat verib. O, irqçilik, terrorizm və qaçqın məsələləri kimi çağırışların İsveçin ən böyük problemləri olduğunu söyləyib. İsveçdə fərqli dinlərin təmsilçilərinin dövlət tərəfindən dəstəklədiyini bildirən nazir bununla bağlı milli agentliyin də mövcud olduğunu diqqətə çatdırıb. Bu gün xalqlar arasında mədəni əlaqələrin, dinlərarası dialoqun müxtəlif problemlərin həlli üçün açar rolunu oynadığını vurğulayan Alise Bah Kuhnke bu baxımdan belə səfərlərin vacibliyini qeyd edib.
Dövlət müşaviri Kamal Abdullayev görüşdə son vaxtlar dünyanın bir çox yerlərində törədilən terror aktlarını pisləyib. Dünya ölkələrinin belə hadisələrin qarşısını almaq üçün birgə iş aparmalı olduğunu deyən Kamal Abdullayev dini dözümlülüyün və tolerantlığın bu məsələdə vacibliyini vurğulayıb.
Ölkəmizin multikulturalizm, dini dözümlülük və tolerantlıq ənənələrindən, Azərbaycan dövlətinin bununla bağlı apardığı siyasətdən danışan Dövlət müşaviri multikultural təhlükəsizliyin mahiyyəti barədə söhbət açıb. O, etnik, dini və s. mənsubiyyətindən asılı olmayaraq müxtəlif xalqların cəmiyyətdə qorunmalı olduğunu bildirib.
Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını və bu istiqamətdə böyük işlər gördüyünü diqqətə çatdıran Kamal Abdullayev ölkəmizdə müxtəlif konfessiyaların, dinlərin, millətlərin və dillərin təmsilçilərinə yanaşmada bərabər münasibətin olduğunu vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdəki dini dözümlülük və tolerantlıq ənənələrindən danışıb. Azərbaycanda bütün dinlərə hörmətlə yanaşıldığını deyən şeyxülislam bunun bir çox dünya ölkələrində təəccüblə qarsalandığını, lakin ölkəmizdə adi bir hal olduğunu bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, Azərbaycan dövləti ölkədə yaşayan xalqların milli müxtəlifliyi və mədəni dəyərlərini qoruyur. Prezident İlham Əliyevin bu istiqamətdə siyasətinin mahiyyətindən danışan A.Paşazadə Azərbaycanın multikulturalizm dəyərlərinin dünya ölkələrində təbliğ olunması üçün Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və Beynəlxalq Humanitar Forumun keçirildiyini bildirib.
Görüşdə çıxış edən din xadimləri Azərbaycanda yaradılan tolerant mühitdən və azadlıqlardan danışaraq bunun başqa ölkələr üçün bir model olduğunu vurğulayıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
02 May 20:33
Sosial
02 May 19:38
Xəbər lenti
02 May 18:14
Xəbər lenti
02 May 17:22
Xəbər lenti
02 May 17:05
Xəbər lenti
02 May 16:50
Xəbər lenti
02 May 16:18
Dünya
02 May 16:05
Xəbər lenti
02 May 15:47
Xəbər lenti
02 May 15:44
Gündəm
02 May 15:39
İqtisadiyyat
02 May 15:29
Asiya
02 May 15:20
Siyasət
02 May 14:52
Dünya
02 May 14:41
Xəbər lenti
02 May 14:35
Gündəm
02 May 14:21
Xəbər lenti
02 May 14:01
Xəbər lenti
02 May 13:49
İdman
02 May 13:47
Xəbər lenti
02 May 13:22
Xəbər lenti
02 May 13:19
Xəbər lenti
02 May 12:50
Xəbər lenti
02 May 12:48
Sosial
02 May 12:39
Xəbər lenti
02 May 12:38
Avropa
02 May 12:33
Siyasət
02 May 12:25
Xəbər lenti
02 May 12:01
Xəbər lenti
02 May 11:51
Xəbər lenti
02 May 11:49
Dünya
02 May 11:19
Dünya
02 May 11:16
Sosial
02 May 11:10
Analitik
02 May 11:00
Xəbər lenti
02 May 11:00
İqtisadiyyat
02 May 10:50
Xəbər lenti
02 May 10:47
MEDİA
02 May 10:45
Xəbər lenti
02 May 10:39
Xəbər lenti
02 May 10:36
İqtisadiyyat
02 May 10:36
Siyasət
02 May 10:30
Xəbər lenti
02 May 10:29
Xəbər lenti
02 May 10:26
Xəbər lenti
02 May 10:20
Xəbər lenti
02 May 10:15
Gündəm
02 May 10:10
Gündəm
02 May 10:00
Xəbər lenti
02 May 09:57
Xəbər lenti
02 May 09:52
Xəbər lenti
01 May 22:28
Xəbər lenti
01 May 19:23
YAP xəbərləri
01 May 18:24
Xəbər lenti
01 May 17:29
Sosial
01 May 16:54
Xəbər lenti
01 May 16:53
Xəbər lenti
01 May 16:37
Xəbər lenti
01 May 16:36
Xəbər lenti
01 May 16:19
Avropa
01 May 16:08
Xəbər lenti
01 May 15:44
Siyasət
01 May 15:22
Hadisə
01 May 15:12
Dünya
01 May 15:09
MEDİA
01 May 15:06
Xəbər lenti
01 May 15:03
Xəbər lenti
01 May 14:53
Xəbər lenti
01 May 14:51
Xəbər lenti
01 May 14:40