Şuşa sakinlərini qarşılamağa hazırdır!
02.05.2024 [10:47]
44 günlük Vətən müharibəsində şanlı qələbəmizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdış çərçivəsində quruculuq işləri sürətlə davam edir. İşğaldan azad edilmiş ərazilərdə təmir və yenidənqurma prosesi sürətlə, metodik və strateji şəkildə aparılır.
Dövlətimiz “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin öz evlərinə qayıtmasını sürətləndirmək üçün bütün mövcud kanalları işə salıb. Həmin ərazilərdə yeni icmaların, yolların, məktəblərin, xəstəxanaların tikintisi və infrastrukturun bərpası durmadan artır.
Bərpa işləri başa çatan ərazilərə əhalinin köçürülməsi ilə bağlı çoxsaylı əməli tədbirlərin başa çatdığı da göz önündədir. Dövlətin əsas prioriteti vətəndaşlarımızın öz evlərində məskunlaşmasına kömək etməklə yanaşı, onları həmin ərazilərdə daimi işlə təmin etməkdir. Beləliklə, müvafiq qurumlar işğaldan azad olunmuş ərazilərdə məskunlaşan şəxslərə peşə qabiliyyətləri və sertifikatları əsasında iş təklif edirlər.
Sakinlər həmin ərazilərdə müxtəlif dövlət qurumları, iaşə şirkətləri və digər müəssisələrdə işləyirlər. Doğma şəhərlərinə köçürülmüş vətəndaşların işlə təmin olunması, özünüməşğulluq proqramında iştirak etmələri, bəzilərinin isə yeni karyera qurmalarına kömək etmək məqsədilə peşə hazırlığı proqramlarının yaradılması istiqamətində addımlar atılır. Xüsusilə, gənclərimizin Qarabağda işləmək və yaşamaq həvəsində olmaları sevindirici məqamlardan biridir.
Şuşaya qayıdışın ilk addımları...
Yeri gəlmişkən, Prezident İlham Əliyevin tapşırığı əsasında tezliklə Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışına başlanılacaq. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bununla əlaqədar Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri də iştirak ediblər.
Qayıdışın başlanmasını böyük sevinc hissi ilə qarşılayan şuşalılar məcburi köçkünlük dövründə onlara göstərilən diqqət və qayğıya, həmçinin hazırda şəhərin bərpasına və yenidən qurulmasına, orada müasir tələblərə cavab verən yaşayış şəraitinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır.
Püşkatmada iştirak etmiş ailələrin may ayının əvvəllərində Şuşa şəhərinə yola salınması nəzərdə tutulur. Şuşa şəhərinə köçürüləcək ailələr arasında püşkatma mərhələli şəkildə davam etdiriləcək.
Növbə şuşalılara çatdı...
Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsindən seçilən millət vəkili Elman Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, “Böyük Qayıdış” Proqramına uyğun olaraq öz doğma yurdlarına köçmək növbəsi Şuşadan olan keçmiş məcburi köçkünlərə də çatdı: “Şübhəsiz ki, şuşalılar qayıdışın başlanması xəbərini çox böyük sevinc hissi ilə qarşılayıblar. Onların sevinc hisslərinə hər birimiz şərikik. Çünki işğaldan azad edilmiş torpaqlarımıza yenidən sahiblənməyimiz hər bir azərbaycanlı üçün xüsusi önəm daşıyır. Mədəniyyət paytaxtımız olan Şuşaya qayıdış həm də siyasi, psixoloji anlam daşıyır. Böyük Qayıdışın hər bir mərhələsi “Qarabağ Azərbaycandır!” həqiqətinin təsdiqinə çevrilir.
Bu qayıdış şəhid ruhlarını da sevindirəcək...
Deputat qeyd edib ki, Laçınlı, zəngilanlı, ağdamlı, cəbrayıllı, füzulili soydaşlarımızdan sonra indi də sıra şuşalılarındır: “Ona görə də bu gün şuşalıları ürəkdən təbrik edir, onlara “Qayıdışınız mübarək olsun!” deyirik. Öz canlarını qurban verməklə Böyük Qayıdışı həsrətdən gerçəkliyə çevirən müqəddəs şəhidlərimizin ruhları da şad olsun. Bəli, Şuşaya qayıdış şəhid ruhlarını da sevindirəcək.
Sürətli inkişafımızın açarı...
Millət vəkilinin sözlərinə görə, tezliklə Qubadlıya, Kəlbəcərə, Xankəndiyə, Xocalıya, Xocavəndə də qayıdışımız baş tutacaq: “İndi “Böyük Qayıdış”ın uğurla həyata keçirilməsi dövlətimizin əsas prioritetlərindən biridir. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi və Ordumuzun şücaəti ilə işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzura ikinci nəfəs vermək, talan edilən şəhər və kəndlərimizin dirçəlişinə nail olmaq üçün bütün qüvvələr səfərbər edilib. “Böyük Qayıdış” Proqramının həyata keçirilməsi təkcə işğaldan azad edilmiş ərazilərimizin deyil, bütövlükdə ölkəmizin daha sürətli inkişafına təkan verəcək. Böyük Qayıdış sürətli inkişafımızın açarı deməkdir”
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

