Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bölgəyə sülh gəlir!

Bölgəyə sülh gəlir!

02.05.2024 [10:00]

Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən uğurlu proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda ortaya qoyulan mövqelər də təsdiqləyir. Vasitəçisiz davam edən ikitərəfli təmasların verdiyi nəticələr təqdir olunur - istər ötən ilin dekabrında bəyan edilmiş ikitərəflli açıqlama və orada əksini tapan müddəalar, istərsə də bu il aprelin 19-da əldə edilmiş razılığa əsasən 4 kəndin qaytarılması sülhə olan inamı artırır. Xüsusilə, ikitərəfli müzakirələrin Qazaxıstanda davam etdirilməsi ilə bağlı verilən qərar bölgədə yeni siyasi situasiyanın yaranması ehtimalını gücləndirir. Eyni zamanda, prosesdə maraqlı bir məqam da diqqətdən yayınmır - istər Şərq, istərsə də Qərb dünyası hər bir kiçik nüansı belə nəzərə alır, əldə olunan razılığın detallarını müzakirə edərək gələcək perspektiv baxımından dəyərləndirir. Təbii ki, Azərbaycan bu kimi mövqeləri - hər zaman səmimi və tərəfsiz yanaşmanı yüksək qiymətləndirib. Bununla belə, Ermənistan ilə Azərbaycanın münasibətlərinin normallaşmasının hazırki qlobal şərtlərin mənzərəsində nələr vəd etdiyi bütün ölkələr üçün aydındır - bu amil xüsusilə yeni dönəmdə Avrasiyanın mərkəzində sülh və təhlükəsizlik seqmentinin gücləndirilməsinə, hətta fərqli siyasi baxışlara malik qütələrin ortaq iqtisadi maraq müstəvisində uzlaşmasına yol açacaq. Beləliklə, Cənubi Qafqaza sülhün gəlişi hətta deyərdik ki, bütün dünya üçün yeni bir üfüq formalaşdırır...

ABŞ inanır...

Vurğulandığı kimi, qlobal dünyada baş verənlər və onun təhlili mütləq şəkildə maraqların uzlaşması kontekstinə istinad edir - başqa sözlə, yaranan yeni siyasi-iqtisadi situasiyalar bu və ya digər şəkildə böyük güclərin diqqətindədir. Təsadüfi deyil ki, ayrı-ayrı dövlətlərin, təşkilatların rəhbərləri, məsul şəxsləri, rəsmi nümayəndələri vaxtaşırı bölgəyə səfərlər və ya telefon zəngi edirlər. Demək ki, prosesin nəticəsi hamı üçün maraqlıdır - Azərbaycan ilə Ermənistan arasında əldə olunacaq razılaşma bütün tərəflər üçün müsbət imkanlar vəd edir. Şərq-Qərb ticari xəttinin digər tərəfi sayılan Qərb məkanının bu mənada baxışları xüsusi təhlil tələb edir. 

Məsələn ABŞ-ın mövqeyi bu ilin aprelində dövlət katibi səviyyəsində Bakıya edilən iki zəngin mahiyyətində özünü biruzə verməkdədir. Bəlli olduğu kimi, hələ aprelin 3-də edilən zəng zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını söyləmişdi - Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparılmışdı. Prezident İlham Əliyev xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımdan faydalı olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu demişdi. 

Aprelin 28-də edilən zəng zamanı isə Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırmışdı, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulamışdı. Dövlət katibi ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirmişdi. 

Vaşinqtonun hazırki mövqeyini əks etdirən daha bir misal: ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel ənənəvi mətbuat konfransında Dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəng etməsi ilə bağlı suala cavabında bildirib ki, biz bu bölgədə sülhün mümkün olduğuna inanırıq və bu istiqamətdə işləməyə davam edəcəyik. Onun sözlərinə görə, bu məsələ ilə Dövlət katibi şəxsən məşğul olur: “Blinken Dövlət katibi olduğu müddətdə müəyyən intervalla hər iki ölkənin dövlət başçıları ilə ünsiyyətdədir. Bizim tərəflərlə təmaslarımız davam edir”.

Beləliklə, ABŞ ikili təmasların sülhlə nəticələnəcəyinə inamını ifadə edir. Bu, Azərbaycanın qəti mövqeyinin ortaya qoyduğu nəticədir - o baxımdan ki, dövlətimiz israrla üçüncü tərəf olmadan mühüm uğurların əldə edilə biləcəyinə real nümunələri ortaya qoydu. Beləliklə, 2020-ci ilin Vətən müharibəsi, 2023-cü ilin antiterror tədbirlərində olduğu kimi, beynəlxalq və hüququ əsas götürməklə regional münaqişələrin həlli presedentini formalaşdırdı...

Almaniya dəstəkləyir...

ABŞ ilə yanaşı Avropanın da bu məsələdə özünəməxsus “maraqları” var ki, bunu inkar etmək olmaz. Ölkəmizin sülhpərvər mövqeyinin, bölgədə yaratmağa çalışdığı yeni situasiyanın hansı hədəflərə tuşlandığını görən bəzi dövlətlər məsələyə praqmatik yanaşma sərgiləməyə başladı - bunu, Almaniyanın timsalında daha real görmək mümkündür. Azərbaycan Prezidentinin bu ilin fevralında və aprelində Almaniyaya səfəri mühüm məqamlarla yadda qaldı. Xüsusilə, aprelin sonunda reallaşan səfərin xronoloji ardıcıllığına və səsləndirilən fikirlərə nəzər salsaq, Berlinin dəyərləndirməsinin dəstək xarakteri daşıdığının şahidi olarıq:

- Almaniyanın xarici işlər naziri ilə görüşdə Annalena Berbok Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini bundan sonra da dəstəkləyəcəyini vurğuladı;

- Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşdə Almaniya Prezidenti ölkəsinin Ermənistanla Azərbaycan arasında sülh gündəliyini yaxından dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini dedi;

- Prezident İlham Əliyevlə birgə mətbuat konfransında Kansler Olaf Şolt 2024-cü ilin regionda sülh ili ola biləcəyini düşündüyünü bildirdi. O qeyd etdi ki, demarkasiya ilə əlaqədar ilkin razılıqlar Almaniyanı sevindirir.

Beləliklə, Almaniyada “Petersberq İqlim Dialoqu” çərçivəsində keçirilən görüşlərin hər birində Berlinin prosesi dəstəkləməyə hazır olması mövqeyi ortaya qoyuldu. Bu isə özlüyündə mühüm bir amili önə çıxarır - Azərbaycan prosesin gedişini izləyən hər bir ölkənin səmimi dəstək nümayişini dəyərləndirir. Ölkəmiz prosesin gələcək perspektivin spektrlərinin genişliyini izah edə bilir...

Fransa qapı arxasında qalıb...

Bütün bu müsbət məqamların fonunda Fransanın “oyundan kənar” vəziyyətə düşməsi xüsusilə diqqəti cəlb etməkdədir. Rəsmi Parisin qeyri-konstruktiv mövqeyi, tərəfsiz yanaşma sərgilməməsi, hətta bölgədə yeni eskalasiyalar üçün verdiyi “çabalar” göz önündədir. Təsadüfi deyildi ki, Azərbaycan Ermənistan ilə danışıqlar prosesinin müəyyən mərhələlərini məhz Fransanın iştirak üçün israr etməsinə görə bloklamışdı. Çünki Parisin ortaya qoyduğu mövqe qərəzli, birtərəfli və sülh üçün hədəflənməmiş siyasi mövqedir. Onlar Ermənistandan istifadə etməklə özlərinin bölgəsəl maraqlarını təmin etməyə çalışır - bu kimi davranışlar isə göründüyü kimi, Parisi nəinki prosesdən kənarda saxlayır, hətta onun öz qitəsində belə “çıxdaş edilməsinə” şərait yaradır. Bölgədə sülhü təşviq etmək əvəzinə, Ermənistanı silahlandıran Paris birmənalı şəkildə özünün xəbis niyyətini ortaya qoymuş oldu - Azərbaycan isə Fransanın təzyiqlərindən və ya təhdidlərindən heç bir zaman çəkinməyib. Ötən illər ərzində dəfələrlə beynəlxalq meydanlarda Fransanı açıq məğlub edən, Parisin diqtəsi ilə işləyən platformalarda belə onu siyasi nokauta salan Azərbaycan bütün sferalarda üstünlüyünü ortaya qoya bildi və nəhayət Avropa üçün vaciblik indeksinin nə qədər yüksək olduğunu nümayiş etdirdi. Fransa isə bu gün qapı arxasında qalıb - təbii ki, qeyri-adekvat mövqeyi ilə özünün öz arxasınca bağladığı qapının arxasında...

Pərviz Sadayoğlu

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Analitik

Xəbər lenti

Siyasət

Siyasət

Sülhə doğru...

16 May 10:20

Xəbər lenti

Gündəm

Gündəm

Vaxt yetişib...

16 May 10:00

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31