İcmada yeni mərhələ...
02.05.2024 [10:39]
“Qərbi Azərbaycan TV” binasının açılışı oldu
Yeganə BAYRAMOVA
Ağrı, acı və məşəqqətlərlə üzləşən, öz ata - baba yurdundan didərgin salınan Qərbi Azərbaycanlıların sonuncu deportasiyası zamanı 1989-cu ildə yaradılmış Azərbaycan Qaçqınlar Cəmiyyəti 2022-ci il avqustun 3-də Qərbi Azərbaycan İcması (QAİ) adı ilə yenidən təşkilatlandı. Tarixi torpaqlarımızdan zorla çıxarılan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə aktiv məşğul olması həm də Qərbi Azərbaycan həqiqətlərinin mümkün geniş təbliğ edilməsinin vacibliyini artırırdı. Bu məqsədlə 2023-cü ildə İcmanın nəzdində yeni “Qərbi Azərbaycan TV” internet televiziyası fəaliyyətə başlamışdı.
Televiziya ötən il avqustun 1-dən etibarən ilkin olaraq həftədə 4 dəfə saat 17:00-da iki saatlıq efirlə fəaliyyət göstərirdi və Azərbaycan-rus dillərində buraxılışlar nəzərdə tutulmuşdu.
Dünən isə Qərbi Azərbaycana qayıdış yolunda addımlarımıza dəstək olmaq üçün yaradılan Qərbi Azərbaycan Televiziyası binasının açılışı olub. Tədbirdə İcma rəhbərliyi və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər. Açılışın rəmzi xarakteri olan qırmızı lent kəsildikdən sonra qonaqlar və media nümayəndələri bina ilə tanış olublar.
Bütün lazımi şərait yaradılıb...
Tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O, bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 200 ildə mərhələlərlə öz el-obasından deportasiya edilən soydaşlarımız, Qərbi Azərbaycanda məhv edilən irsimiz barədə həqiqətlərin çatdırılması üzrə öz fəaliyyətini qurub. Onun sözlərinə görə, yeni televiziya həmçinin sülh yolu ilə təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmaqla bütün işini bu istiqamətə kökləyib.
Sədr qeyd edib ki, televiziyanın yeni istifadəyə verilən binası bu fəaliyyəti həyata keçirmək üçün bütün lazımi şəraitlə təchiz olunub: “Qərbi Azərbaycan İcmasının həyatında yeni mərhələ başlayıb. Qərbi Azərbaycan Televiziyası tarixi ədalətin bərpasında müstəsna rol oynayacaq”.
Həftədə 6 dəfə...
Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri, İcmanın sözçüsü Ülviyyə Zülfiqar “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu açılış mərasimi ilə televiziyanın efir siyasəti də yenilənir: “Televiziya həftədə 6 dəfə, 3 dəfə Azərbaycan, 3 dəfə rus dilində olmaqla 2 saat boyunca efir yayımlayacaq. Üstəlik, həftə ərzində yarım saatlıq ingilis dilində icmal da nəzərdə tutulub. Televiziyanın ənənəvi verilişləri olan “Müzakirə vaxtı”, Xəbər buraxılışı, “İnsan Hekayəsi” kimi verilişlərlə yanaşı başqa verilişlərin yayımı da nəzərdə tutulub. Ümummilli ?ider Heydər
Əliyevin Qərbi Azərbaycanla bağlı fəaliyyətinə dair “Ulu Öndər və Qərbi Azərbaycan”, Prezident İlham Əliyevin Qərbi Azərbaycana dair gördüyü işlərlə bağlı “Qərbi Azərbaycana doğru”, Qayıdış Konsepsiyasına dair “Qayıdış haqqımızdır”, soydaşlarımızın başlarına gələn müsibətləri əks etdirən “İnsanlıq əleyhinə” o cümlədən Qərbi Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini özündə əks etdirən “Deportasiyaya uğrayan irs”, “Addım-addım Qərbi Azərbaycan”, “Ədəbi İrəvan”, “Qərbi Azərbaycan ləzzətləri” və sair kimi verilişlər də yayımlanacaq. Qeyd edim ki, televiziyanın binasında sözügedən verilişlərin çəkilməsi üçün müvafiq studiyalar və lazımi avadanlıqlar quraşdırılıb, yaradıcı heyətin fəaliyyət göstərməsi üçün geniş şərait yaradılıb”.
Xəbər lenti
Hamısına baxSosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45

