Aİ-nin “öldürücü olmayan silah”lar manipulyasiyası
06.04.2024 [10:50]
Fransanın Ermənistana ötürdüyü silahlar öldürücü mahiyyət daşıyır
Dünyanın ən yüksəkgəlirli, amma qaranlıq biznesi sayılan silah alveri siyasi güclərin əsas manipulyasiya alətlərindəndir. Başqa sözlə, dünyada müharibələrin, kataklizmlərin, qarşıdurmaların yaşanmasını “ən çox arzulayanlar” məhz bu sahəyə “iqtisadi gəlir mənbəyi” kimi baxan güclərdir. Dünyada baş verən müharibələr silah biznesinin tərəflərini maraqlandıran ən mühüm amildir - bu baxımdan da, silahların əsas funksiyası müdafiə refleksinin artırılmasından daha çox iqtisadi gəlirlə izah olunur.
Xüsusilə, geniş silah satışı ilə məşğul olan ölkələr öz iqtisadi maraqlarını təmin etmək üçün bir çox coğrafiyalarda kataklizmləri körükləyir. Aİ bu məsələdə hər zaman “seçilir” - nəzərə alsaq ki, “köhnə qitə”nin bəzi dövlətləri silah biznesinin əsas tərəfləridir, onlar özlərinin əsas məramlarını pərdələmək üçün bir çox yollara əl atırlar. Məsələn, Ermənistanı silahla təchiz edən Fransa bu qeyri-qanuni fəaliyyətini ört-basdır etmək üçün min bir yalan danışır. Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos da Avropa İttifaqının Ermənistanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək və onu öldürücü olmayan silahlarla təmin etmək niyyətində olduğunu deyib: “Aİ Ermənistan silahlı qüvvələrinə öldürücü olmayan silahlar baxımından dəstək vermək niyyətindədir, imkanları gücləndirə bilmək üçün əhəmiyyətli dəstəkdən söhbət gedir. Söhbət Avropa Sülh Mexanizmi çərçivəsindən gedir”.
İlk olaraq vurğulayaq ki, ölümcül olmayan silahlar anlayışı əsasən septik yanaşma sayılır. O baxımdan ki, guya həmin silahlar şəxsi heyəti və ya canlıları zərərsizləşdirmək, öldürücü təsiri minimuma endirmək və ətraf mühitə, canlılara arzuolunmaz təsirlərin qarşısını almaq üçün nəzərdə tutulmuş silahlar kimi müəyyən edilir. Amma əslində bu da öldürücü silahdır - sadəcə, burada itkiləri “minimuma” salmaq kimi bir “göstərici” önə sürülür ki, bu da Ermənistan üçün yad xüsusiyyətdir. Birinci Qarabağ müharibəsinin xronologiyasında Xocalı soyqırımı, İkinci Qarabağ müharibəsi zamanı isə xain Gəncə hücumu Ermənistanın əsl simasını ortaya qoyan sübutlardır.
Qeyd edək ki, Fransanın Ermənistana ötürdüyü silahlar heç də “öldürücü olmayan” silahlar da sayıla bilməz. Fransanın Ermənistana verdiyi “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli zirehli texnika, MISTRAL 3 zenit-raket kompleksləri və başqa silahlar kifayət qədər öldürücü mahiyyətə malikdir.
Eyni mahiyyət Hindistanın əli ilə Ermənistana çatdırılan Fransa silahlarına da şamil olunur - özünün ixrac etdiyi və istehsalçısı olduğu, amma Hindistanın əli ilə Ermənistana çatdırılan silah-sursatın verilməsinin əsl məqsədi də məhz öldürməkdir. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir.
Mövzu ilə bağlı fikirlərini bölüşən hərbi ekspert, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, silah anlayışında öldürücü olmayan xarakter mümkün deyil: Silahın ilkin mahiyyəti, funksiyası məhz sıradan çıxarmaq, öldürmək və zərərsizləşdirməkdir. Bu mənada, Aİ rəsmisinin açıqlaması məntiqsiz və xüsusi maraq çərçivəsindədir. Çünki insanı nəikni raket və ya güllə ilə, hətta soyuq silahla da öldürmək mümkündür. Əgər, burada özünümüdafiə məsələsinə istinad edirsə, yenə də səhvə yol verir. Çünki özünümüdafiə silahları da dağıdıcı, öldürücü mahiyyətə malikdir”.
Hərbi ekspert Fransanın timsalında Ermənistanın aktiv şəkildə silahlandırılmasını Aİ-nin bölgədə yeni eskalasiya arzusundan doğduğunu dilə gətirib. Onun fikrincə, səfir Maraqos bunu gizlətmək üçün təmsil etdiyi strukturun Ermənistanla bağlı planlarını fərqli istiqamətlərdə izah etmək istəyir. “Ermənistan üzərindən fərqli planlar quran təsisatlar və ölkələr bilməlidirlər ki, onlar hər hansı bir uğur qazanmaq iqtidarında deyillər. Bu gün bölgədə yeni siyasi-hərbi reallıqlar formalaşıb və bu reallıqların fonunda Ermənistanın atacağı qeyri-adekvat addımlar onun özünün əleyhinə yönələcək. Ermənistan anlamalıdır ki, silahlanma hər şey demək deyil. Regionda eskalasiya arzusunda olanlar birmənalı şəkildə bunun mümkünsüzlüyünü başa düşməlidirlər”, - deyə E.Həsənli deyib.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxGündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45

