5 aprel görüşü regiona təhdiddir - İran niyə susur?
30.03.2024 [10:20]
Qərbin regiona “daşınması” İran və Rusiya üçün böyük təhlükədir
Cənubi Qafqazın ümumi inkişaf tempinin sürətlənməsi, regionun iqtisadi-siyasi cazibədarlığının daha da artırılması son illərin əsas siyasi prioritetidir. Bu fakt həm də Azərbaycanın yürütdüyü çoxvektorlu siyasət kursunda özünü bariz şəkildə ortaya qoymaqdadır. Ölkəmiz istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu bütün qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Məhz ölkəmizin səyi nəticəsində Cənubi Qafqaz yeni iqtisadi-siyasi nizamın ən mühüm elementlərindən biri qismində çıxış edir.
Yeni iqtisadi seqment nə vəd edir?
Paralel olaraq Azərbaycan həm də Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının yenidən qurulması uğrunda mübarizə aparır. 2020-ci il Vətən müharibəsi, 2023-cü il lokal antiterror tədbirləri nəticəsində Cənubi Qafqaz böyük ölçüdə sabitlik və sakitlik qazanıb - ölkəmiz apardığı siyasətlə əməkdaşlığı hədəfləyən və təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə töhfələr verən ikitərəfli əlaqələrin inkişafında da hər zaman maraqlı olduğunu ortaya qoyub. Bu, siyasi kurs nəinki yalnız Azərbaycanın, bütövlükdə, yerləşdiyimiz regionun inkişafına yeni mahiyyət qazandırır. Cənubi Qafqazdakı sabitlik və sülh mühiti böyük bir coğrafya üçün yeni iqtisadi imkanlar yaradır. “Bir kəmər, bir yol” layihəsinin keçid məntəqəsi kimi Orta Dəhlizin aktuallaşmasını şərtləndirir. Beləliklə də, yeni iqtisadi nizamda Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya seqmenti üzrə ən rentabelli xəttin effektivliyini ortaya qoyur.
Həm də bu mənada, ölkəmizin Cənubi Qafqazın ümumi inkişaf tempinin daha da sürətlənməsi, əməkdaşlıq platformalarının genişləndirilməsi işində oynadığı rol əvəzsizdir. Növbəti mərhələdə Cənubi Qafqazın həyatında yeni - sabit, inkişafa yönəlik dövr başlaya bilər. Bu gün yeni iqtisadi nizamın formalaşdığı bir zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapmasını təmin edən mühüm faktlardan birinə çevriləcək. Bəhs edilən yeni inkişaf mərhələsinin başlanması üçün isə Ermənistanın ikitərəfli münasibətlərin normallaşması prosesinə töhfə verməsi gərəkir - rəsmi İrəvan bütün əsassız iddialarını kənara qoymalıdır.
Qafqazda yeni Ukrayna planı...
Bəli, sülh prosesinin inkişafı nə qədər real və yaxın görünsə də, o qədər maneə və əngəllərlə qarşı - qarşıyadır. İllərlə Ermənistan, separatçı xunta üzərindən manipulyativ siyasət yürütmüş, özünə vaxtilə mövcud olan münaqişə üzərindən bölgəyə nəzarət imkanları formalaşdıran, bu gün isə artıq bu imkanların məhdudlaşdığını görərək yeni təxribatlar axtarışında olan bəzi güclər Cənubi Qafqazı yaşıl əməkdaşlıq zonası fonundan çıxarmağa niyyətlənib - onlar, bölgədə yeni münaqişə ocağı axtarışındadır. Konkret olaraq ABŞ və Aİ-nin səyləri məhz bu istiqamətə köklənib. Təsadüfi deyil ki, aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan ABŞ-Aİ-Ermənistan üçtərəfli “danışıqları”nın əsas mahiyyəti də regiona sülhün gəlişinin qarşısını almaqdır. Bir müddət öncəyə qədər Ermənistanı aktiv şəkildə silahlandıran Fransanın bütün kartları açıldığı üçün prosesə “yeni nəfəs” qazandırmaq gərəkib - Aİ-nin “mülki missiya” adı altında Ermənistana “ezam etdiyi” kəşfiyyat qrupunun sayının artırılması, bu qrupun xarakterinin dəyişməsi, üstəlik, ABŞ-ın da məsələyə aktiv müdaxiləsi regiona yeni gərginliklər qazandırmaq axtarışıdır. Birmənalı şəkildə vurğulanmalıdır ki, ABŞ-ın tutduğu mövqe bu gün konstruktivlikdən, mövqelərin yaxınlaşdırılmasından daha çox gərginliyin artırılmasına, yeni münaqişə ocağının yaradılmasına, bölgəni qeyri-sabit yönümdə təqdim etməyə köklənib. Hətta bu görüşü yeni “hərbi pakt” kimi xarakterizə edən bir sıra siyasi mütəxəssislər bununla da ABŞ - Aİ birliyinin bölgədə yeni Ukrayna yaratmaq cəhdini istisna etmirlər. Üzdə Ermənistanın “maraqları”nın əsas götürüldüyü bu “ittifaq”ın ən real mahiyyəti bölgəni nəzarətdə saxlamaq mexanizmi formalaşdırmaqdır.
Rusiyadan açıq bəyanat...
Təbii ki, bu fakt yalnız Azərbaycana deyil, Cənubi Qafqazla birbaşa və ya dolayısı ilə əlaqəlsi olan dövlətlər üçün də təhdiddir. Xüsusilə, indiki mərhələdə Rusiya və İran bu məsələdə daha ehtiyatlı davranmalıdırlar - çünki Ermənistanın əli ilə bölgəyə “yerləşməyə” çalışan qüvvələr birbaşa bu iki dövlətə qarşı düşmən mövqedədirlər və bunu açıq şəkildə də dilə gətirirlər. Ermənistanın KTMT-dəki fəaliyyətini dondurması ilə bağlı “bəyanatı”, Qərbdən silah alması, “Qərb inteqrasiyası” siyasətini daha da “gücləndirdiyini” bildirməsi birmənalı şəkildə bölgəyə yeni təhdidlərin yeridilməsindən xəbər verir. Beləliklə, Qərb özünün siyasi-hərbi varlığını Ermənistana daşıdığı zaman rusiya və İran üçün yeni cəbhələr formalaşdıracaq. Təsadüfi deyil ki, baş verənlər Rusiya tərəfindən kəskin etirazla qarşılanıb. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarovanın Brüsseldə Ermənistan, Avropa İttifaqı və ABŞ arasında keçiriləcək üçtərəfli görüşün Rusiyada narahatlıq doğurduğunu dilə gətirməsi rəsmi Kremlin açıq mövqeyi kimi anlaşılır. Zaxarova bildirib ki, bu cür tədbirlər Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti Rusiyaya qarşıdır: “Bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur. Ona görə ki, bu görüşlər Azərbaycanla Ermənistan arasında sülhün nail olunmasına deyil, Cənubi Qafqazda yeni bölücü xətlərin yaradılmasına, region ölkələrinin anti-Rusiya gündəliyinə riayət edilməsinə məcbur etməyə, onların Moskva ilə olan çoxəsrlik əlaqələrinin məhv edilməsinə, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin sarsıdılmasına yönəlib. Rəsmi İrəvanın söhbətin nədən getdiyini anlamaması kimi davranması böyük sual doğurur. Axı Ermənistanı bütün dünyanın gözü qarşısında kollektiv Qərbin həddindən artıq təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirirlər”.
Tehran üçün yeni SOS...
Maraqlıdır ki, aprelin 5-də Brüsseldə baş tutuması gözlənilən Paşinyan - fon der Leyen - Blinken görüşü öncəsi rəsm Tehran hələ də susqunluğunu qoruyur. Halbuki, bu yeni təhlükənin qarşısında İranın sükuta qərq olması məntiqli sayıla bilməz. Çünki bir müddət öncə, İran tərəfi öz narahatlığını dilə gətirmişdi - İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ilə erməni həmkarı Suren Papikyan arasındakı görüşdə Aştiani açıq şəkildə bildirmişdi ki, bölgəyə kənar dövlətlərin hərbi birləşmələrini cəlb etmək əks təsir göstərə bilər. M. R. Aştiani vurğulamışdı ki, regionu kənar dövlətlərin geosiyasi rəqabət meydanına çevirmək bölgənin bütün dövlətlərinin maraqlarına ziddir. Bəli, İran özü də etiraf edir ki, Ermənistanın silahlandırılması, yeni “hərbi pakt”, bölgəyə yönəlik təhdidlərin ortaya çıxması bütövlükdə, regionun təhlükəsizlik arxitekturasına ziyan gətirəcək amillərdir. Ermənistanın ABŞ-ı və ya Aİ-nin kəşfiyyat qruplarını İranın sərhəddinə “daşıması” Tehran üçün yeni SOS siqnalı sayılmalıdır...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34

