Əsrlərə söykənən dostluq, qardaşlıq münasibətləri
19.03.2024 [09:55]
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərginin açılışında iştirak ediblər
Dost ölkələr olan Azərbaycan və Özbəkistan müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqə?ərini uğurla inkişaf etdirirlər. Martın 17-də Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgi açılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva sərginin açılışında iştirak ediblər.
Hazırda Heydər Əliyev Mərkəzi beynəlxalq konfransların, sərgilərin keçirilməsi üçün platformaya çevrilib. Burada bəhs olunan sərginin baş tutmasına Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dəstək göstərib. Özbəkistan Mədəniyyətinin və İncəsənətinin İnkişafı Fondu ilə birgə keçirilən sərgidə bu ölkənin muzey toplusundan olan 140-dan çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdirilir.
Liderlərin şəxsi münasibətləri əsasında uğurla inkişaf edən dostluq münasibətləri
Azərbaycan və Özbəkistan arasında möhkəm etimad mühiti formalaşıb. Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycan və Özbəkistan arasında əsrlərə söykənən dostluq və qardaşlıq münasibətlərinin xüsusilə son illər Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri əsasında uğurla inkişaf etdiyini vurğulayıb.
Həqiqətən də, Azərbaycan və özbək xalqlarını tarixin dərin qatlarından başlayaraq yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2- də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 150-dən çox sənəd imzalanıb.
Azərbaycanla Özbəkistan arasında getdikcə genişlənən münasibətlər ilk növbədə çoxvektorlu olması ilə diqqət çəkir. Təqdirəlayiq haldır ki, ölkələrimizin daha da yaxınlaşmasına həm dövlətlər və liderlər güclü siyasi iradə sərgiləyirlər, həm də buna cəmiyyətlər səviyyəsində böyük istək var. Liderlərin şəxsi münasibətlərinə uyğun olaraq iki ölkə arasında siyasi dialoq öz intensivliyi ilə səciyyələnir. Əlamətdar haldır ki, Prezident İlham Əliyev vaxtaşırı Özbəkistanda, Prezident Şavkat Mirziyoyev isə Azərbaycanda səfərdə olurlar.
Azərbaycanla Özbəkistan arasında siyasi dialoğun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da genişlənir. Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşıdır. Son 6 ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1200 faiz artırıb.
Mədəni əlaqələrin xüsusi yeri
Açılış mərasimindəki çıxışında Azərbaycan-Özbəkistan münasibətlərində mədəni əlaqələrin xüsusi yer tutduğunu qeyd edən Prezidentin köməkçisi ölkələrimizin mədəniyyət günlərinin uğurla təşkil olunduğunu xatırladıb. Sərgi ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha bir göstəricisidir. “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” sərgisi bir neçə bölmədən ibarətdir. Qeyd edək ki, sərgi başlamazdan bir gün əvvəl “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşasının təqdimatı baş tutub. Bu, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan rəqsdir. Sərginin davam etdiyi dövrdə digər mədəni tədbirlərin də təşkili nəzərdə tutulub. Qarşıdan gələn bayram günlərində ziyarətçilər həm sərgi, həm də bu sərgi ərəfəsində mərkəzdə Daniel Vürtzelin nümayiş etdirilən “Hava fontanı” instalyasiyası ilə tanış ola biləcəklər. Açılış mərasimində çıxış edən Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva iki ölkə arasında bənzərsiz tarixi əlaqələrin mövcudluğunu qeyd edərək vurğulayıb: “Hər iki dövlət çoxəsrlik tarixə və zəngin mədəni ənənələrə malikdir. Özbəkistanı və Azərbaycanı tarixdə, mədəniyyətdə və ənənələrdə çoxsaylı ortaq məqamlar birləşdirir. Hər iki xalq qonaqpərvərliyi, zəngin milli mətbəxi və tikmə, ağac üzərində oyma, keramika kimi nadir xalq sənəti irsinə sahibdir. Qoy bu böyük tədbir xalqlarımız arasında daha bir körpüyə, gözəllik və harmoniya ilə bağlı ortaq səylərimizin sübutuna çevrilsin”.
Çıxışlardan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Azərbaycan xalçası-ilmələrin rəqsi” və “Kukla incəsənətdə” sərgiləri ilə tanış olublar.
Qeyd edək ki, xalça kolleksiyası səkkiz il ərzində ərsəyə gəlib. Qədim sənətə yeni nəfəs verən sərginin kolleksiyasındakı “Yaranış”, “Şikargah”, “Xan ovu”, “Cəng və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”, “Adəm və Həvva”, “Ağaclı”, “Narlı”, “Göllü”, “Ləçək-turunc”, “Dörd fəsil”, “Tağlı”, “Cəmadət” xalçaları, “Cənnət quşları” və “Cənnət bağı” dəstxalı - gəbələri bənzərsiz sənət nümunələri böyük maraqla qarşılanıb. Kolleksiyadakı xalçaların hər biri naxışları, ornamentləri vasitəsilə ziyarətçilərə öz mesajlarını çatdırır.
“Kukla incəsənətdə” sərgisində isə 200-dən çox kukla nümayiş etdirilir. Ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

