Diqqət ölkəmizdə olacaq!
16.03.2024 [09:55]
Son vaxtlarda dünyada Azərbaycana diqqət və maraq daha da artıb. Bunu yenidən dövlət başçısı seçilməsi, həmçinin bu günlərdə paytaxtımızda XI Qlobal Bakı Forumunun keçirilməsi və cari ilin noyabrında baş tutacaq COP29 tədbirinə ev sahibliyi hüququnun ölkəmizə verilməsi ilə bağlı Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı məktublarda ifadə olunan fikirlər də əyani şəkildə təsdiqləyir. Bu günlərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak da Azərbaycan Prezidentinə məktub göndərib. Məktubda Baş nazir yaranan qlobal çağırışlara diqqət çəkərək Azərbaycanın dünya gündəliyinin aktual məsələlərinə həsaslıqla yanaşmasını və ümumi problemlərin həllinə davamlı töhfələr verməsini yüksək dəyərləndirib.
Birgə fəaliyyətin zəruriliyi
Hazırda dünya iki mühüm çağırışla üz-üzədir. Bunlar aşağıdakılardır:
1.Enerji transformasiyası - ənənəvi enerjidən “yaşıl enerji”yə keçid edilməsi,
2.İqlim dəyişikliyi.
Çox aktual olan bu iki çağırış bir-biri ilə sıx bağlı olan məsələlərdir. Əslində, enerji transformasiyasını qaçılmaz zərurətə çevirən əsas amillərdən biri məhz iqlim dəyişikliyidir. İqlim dəyişikliyi, xüsusilə də qlobal istiləşmə fəsadlarla müşayiət olunur . Qobal istiləşmə isə daha çox dərəcədə sənaye inkişafı və karbon emissiyalarının nəticəsi olaraq sürətlənir. Gecikmək, necə deyərlər, dünyanın sonunu gətirə bilər. Beynəlxalq Enerji Agentliyinin (BEA) ötən ilin sonlarında yaydığı yeni hesabatında dünyada “yaşıl enerji”yə keçidin labüd olduğu xüsusi olaraq vurğulanır. Bildirilir ki, dünya bərpaolunan enerjiyə doğru qarşısıalınmaz bir keçiddədir. Ölkələr mövcud siyasətlərinə və iqlim məqsədlərinə uyğun hərəkət etsələr, təmiz enerji sahəsində irəliləyiş daha sürətli ola bilər. Baş nazir məktubunda diqqəti birgə fəaliyyətin zəruriliyinə yönəldib. “Dubayda COP28 çərçivəsində keçirilmiş Qlobal Dəyərləndirmə təcili fəaliyyətə ehtiyac olduğunu nümayiş etdirdi. Bu il razılaşdırdığımız iddialı öhdəliklərin həyata keçirilməsi baxımından diqqət Azərbaycanda olacaqdır. Birlikdə biz mərhələli şəkildə yanacaq enerji növlərindən və davamlı kömür istifadəsindən imtina yolu ilə enerji keçidlərini irəlilətməli və qlobal tullantıları azaltmalıyıq. Biz, həmçinin həssas vəziyyətdə olan ölkələrin iqlim dəyişikliklərinə qarşı dözümlülüyünü gücləndirməyə davam etməliyik”, - deyə Rişi Sunak bildirib.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi respublikamızın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı olacaq. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir.
Məktubda vurğulandığı kimi, COP29 çərçivəsində maliyyə sahəsinə ciddi diqqət yetiriləcək. Aydın şəkildə dərk olunur ki, dünya iqlim dəyişikliyi ilə mübarizə üçün milyardlarla deyil, trilyonlarla ölçülən geniş maliyyə mənbələrini səfərbər edəcək “Yeni Kollektiv Kəmiyyət Məqsədi” ilə bağlı iddialı nəticələr əldə etməlidir. “Böyük Britaniya hər bir COP tədbiri zamanı əvvəlki illə müqayisədə daha iddialı hədəflərin qarşıya qoyulması üçün Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərə bilməsi imkanını alqışlayır. Biz bu tədbirə hazırlıq mərhələsində COP26-nın Qlazqoda keçirilməsi ilə bağlı əldə etdiyimiz təcrübəni Azərbaycanla bölüşməyə hazırıq”, - deyə Baş nazir məktubunda vurğulayıb.
Böyük Britaniyanın yeni nəqliyyat bağlantılarının yaradılmasına dəstəyi
Hazırda daha təhlükəsiz və iqtisadi baxımdan səmərəli marşrutların önəmi heç vaxt olmadığı qədər artıb. İndiki heç də adi olmaya bir şəraitdə nəzərlər həm də Azərbaycana dikilib. Ölkələr və şirkətlər müxtəlif istiqamətlərdə yüklərin məhz Azərbaycan üzərindən daşınmasına üstünlük verirlər ki, bu da təsadüfi deyil.
Azərbaycan qısa müstəqillik tarixində böyük həcmlərdə investisiyalar yönəltməklə ölkə ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub, həmçinin TransXəzər marşrutları üzrə mükəmməl infrastruktur qurmağa nail olub. İndiki geosiyasi gərginliklər fonunda ölkəmizin nəqliyyat-logistika imkanlarının genişləndirilməsinə, bu sahədə uzlaşdırılmış fəaliyyətlərin həyata keçirilməsinə yanaşmaları regional və qlobal əməkdaşlıq üçün çox vacibdir. Eyni zamanda, Azərbaycan postmüharibə dövründə Zəngəzur Dəhlizinin yaradılmasına güclü siyasi iradə ortaya qoyur və bu məqsədlə praktiki müstəvidə ardıcıl tədbirlər görür. Yeni kommunikasiya bağlantılarının yaradılması və təhlükəsizlik mühitinin formalaşdırılması Avrasiya coğrafiyasında əlaqələrin intensivləşməsinə mühüm töhfə olacaq. Baş nazir yeni bağlantıların açılması ilə bağlı ölkəsinin mövqeyini diqqətə çatdıraraq vurğulayıb: “Azərbaycan bütün dünyada dəyər verilən məhsulların daşındığı ticarət marşrutlarının üzərində yerləşir. Böyük Britaniya Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, Türkiyə və Qara dəniz vasitəsilə isə Avropaya aparan yeni bağlantıların açılmasını dəstəkləməkdə davam edəcəkdir”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

