Separatçılara icazə verilmir
15.03.2024 [10:22]
Onlara Ermənistanı tərk etmək qadağan edilib
Azərbaycan Ordusu ötən ilin sentyabrında Qarabağda bir günlük antiterror tədbiri keçirməklə erməni separatçılarını diz çökdürdü. Qondarma qurumun başçısı Samvel Şahramanyan isə ötən il sentyabrın 28-də “Artsax”ın özünü buraxması barədə “fərman” imzaladı. Qarabağda yaşayan ermənilər könüllü olaraq Ermənistana getdilər. Bundan sonra keçmiş qondarma qurumun nümayəndələri Ermənistanda separatçı fəaliyyətlərini davam etdirməyi istəsələr də, məqsədlərinə çatmadılar. Çünki hakimiyyət onlara belə imkan yaratmaq istəmir.
Erməni mediası yazır ki, Qarabağdakı keçmiş qondarma qurumun nümayəndələrinin Ermənistanı tərk etməsinə icazə verilmir. Bu barədə “Joxovurd” nəşrində dərc edilən məqalədə deyilir ki, qondarma qurumun “deputatı” Qeğam Stepanyan bir neçə gün əvvəl Ermənistanı tərk etmək istəyib, lakin o, “Zvartnots” hava limanından geri qaytarılıb. Buna səbəb konkret cinayət işi ilə bağlıdır. Qəzet yazır ki, separatçı “deputatlar” bir-bir Ermənistan İstintaq Komitəsində sorğu-sual edilir. Onlara Qarabağda antiterror əməliyyatından əvvəl baş verən hadisələr, Arayik Arutyunyanın istefa səbəbləri barədə suallar verilir.
Görünən odur ki, Ermənistanın özündə separatçıların “strukturlarının” fəaliyyəti qadağan edilib. Qanunsuz rejimin sonuncu başçısı Şahramaryan nə qədər cəhd göstərsə də, baş nazir Nikol Paşinyan onu qəbul etmir. Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan hələ vəzifədə olarkən separatçıların İrəvanda fəaliyyət göstərməsinin qeyri-mümkün olduğunu bəyan etmişdi. O bildirmişdi ki, “Artsax”ın heç bir “dövlət qurumu” Ermənistan ərazisində fəaliyyət göstərə bilməz və bunu təhlükəsizlik məsələsi adlandırmışdı. Onun açıqlaması Ermənistanda ciddi müzakirə mövzusu oldu. Marukyanın səbəbsiz yerə deyil, birbaşa baş nazir Nikol Paşinyanın təlimatı əsasında belə danışdığı qeyd edilirdi. Eyni zamanda, Qarabağdakı separatçıların heç bir vəchlə İrəvanda siyasi fəaliyyətlə məşğul olmayacağı vurğulanır.
Bununla belə, müəyyən beynəlxalq dairələr “artsax” mövzusunu müxtəlif platformalara daşımağa çalışırlar. Bu məqsədlə yanvar ayında qondarma “artsax parlamenti” Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın rəhbərliyi ilə “artsax üzrə beynəlxalq komitə” yaradıb. Bu cəfəng “qurumun” “məqsədi” “artsax ermənilərinin öz evlərinə qayıdışının və digər əsas hüquqlarının təmin edilməsinə” nail olmaqdan ibarətdir. Separatçıların Ermənistandan buraxılmaması fonunda bu yanaşmanın Oskanyana qarşı tətbiq edilməməsi ciddi suallar doğurur. Ola bilər ki, onun Qarabağ ermənisi olmaması xaricə getməsinə səbəb olub. Erməni mediasının yazdığına görə, V.Oskanyan və “komitə”nin bir sıra üzvləri bir neçə həftədir ki, xaricdədir.
“Hraparak” qəzeti yazır ki, Oskanyanın dəstəsi Avropanın müxtəlif siyasi xadimləri, beynəlxalq strukturların nümayəndələri ilə görüşlər keçirirlər: “Artsax parlamentariləri (?!) Oskanyanın martın ortalarında Ermənistana qayıdışını və onlarla görüşüb görülən işlərlə bağlı məlumat verəcəyini gözləyirlər. Amma onlar artıq bilirlər ki, Oskanyan nazir işlədiyi dövrdəki Avropa əlaqələrini bərpa edib, əsas fiqurlarla, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşlər keçirib. 3 gündə 16 görüş keçirib. “Komitə” isə hazırda beynəlxalq mandat almaq üçün işlərlə məşğuldur. Bu məqsədlə hüquqi təqdimatların hazırlanması üçün hüquqşünaslarla müzakirələr davam edir”.
Ərazi bütövlüyünü və suverenliyi bərpa etmiş Azərbaycan hazırda regionda yeni reallıqların müəllifidir. Belə olan halda, dövlətimizə qarşı bu təxribat cəhdi də keçərli deyil. Qondarma “komitə”yə hər hansı beynəlxalq mandatın verilməsi də mümkünsüzdür. Çünki hansısa beynəlxalq təşkilat belə bir qondarma dəstəyə bu statusu verə bilməz. Ən azı belə bir mandatın verilməsi üçün ciddi beynəlxalq hüquqi əsaslar lazımdır. Ümumiyyətlə, dünyada münaqişələr və digər məsələlər üzrə nüfuzlu beynəlxalq qurumlar mandat verir. Məsələn, uzun müddət Yaxın Şərqdə münaqişələrin həlli ilə bağlı BMT-nin xüsusi nümayəndələri fəaliyyət göstərib ki, onlara beynəlxalq mandatı məhz həmin qurum verib.
Bundan başqa, artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun mandatını xatırlayaq. Minsk qrupunun tarixi ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Belə ki, həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdi. 1994-cü il dekabrın 5-6-da isə təşkilatın Budapeştdə keçirilən Zirvə toplantısında Minsk qrupunun həmsədrlik institutu təsis olunmuşdu. Yəni, Minsk qrupuna məhz ATƏT tərəfindən beynəlxalq mandat verilmişdi.
Görünür, V.Oskanyan öz dəstəsi ilə Avropa İttifaqından “beynəlxalq mandat” almaq istəyir. Tovio Klaarla görüş də buna hesablana bilər. Amma keçmiş qondarma qurumun nümayəndələrindən və digər separatçı əhval-ruhiyyəli şəxslərdən ibarət qrupa beynəlxalq hüquqa zidd olaraq “beynəlxalq mandat”ın verilməsi mümkünsüzdür, reallıqdan tamamilə uzaqdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55

