Çətir altına sığınanın “sorğu oyunu”...
14.03.2024 [11:12]
Paşinyan komandası ictimai rəyi manipulyasiya etməyə çalışır
Ermənistanın hazırki siyasi-iqtisadi durumu bu ölkənin gələcəyi ilə bağlı heç bir pozitiv imkanlar vəd etmir. Əksinə, düşdüyü durumu daha da qəlizləşdirən rəsmi İrəvan özünün qeyri-praqmatik davranışları ilə pis vəziyyətə qalır. Son dövrlərdə daha çox “qərbpərəst” mövqe sərgiləməyə çalışan Ermənistanın siyasi rəhbərliyi gözlədiyi nəticələri əldə də bilmir - başqa sözlə, Fransa və digərlərinin “çətiri altına” keçmək istəyən Paşinyan uğurlu perspektivi hiss etmir. Ölkənin daxilində sosial vəziyyət gərgin olaraq qalır, iqtisadi geriləmə yüksək rəqəmlərlə ifadə edilir, siyasi böhran günü-gündən dərinləşir. Bu baş verənlərdə isə ən böyük günahkar qismində məhz Ermənistan hakimiyyəti təqdim olunur. Hər halda erməni cəmiyyətinin düşüncəsi bundan ibarətdir ki, siyasi rəhbərliyin apardığı “siyasi kurs” Ermənistanı gələcək perspektivdə də bölgə üçün təhdid kimi xarakterizə edəcək. Bundan yaxa qurtarmaq üçün isə Paşinyan hakimiyyəti Qərbin verdiyi vədlərə deyil, Azərbaycanla münasibətləri tənzimləməyə diqqət yetirməlidir.
Paşinyan məsuliyyəti bölür...
Baş nazir Paşinyan da vəziyyəti görür. Ermənistanın “Qərb kursu”nun hansı nəticələrə yol aça biləcəyini ehtimal edən baş nazir özünü kompensasiya etmək hayındadır. İki od arasında qalan Paşinyan həm çətiri altına sığındığı Qərb dairələrini “razı salmalı”, həm də “qərbpərəstliyin” törədə biləcəyi ağır nəticələrin arxasında dayanmalıdır. Bunun üçün isə real təhlükənin miqyasını azaltmaq gərəkir. Son dövrlərdə yeni manipulyasiya vasitəsinə çevrilmiş “Aİ namizədliyi məsələsi”nin heç də hakimiyyətini qorumaq üçün tələ olmadığını, guya xalqdan gələn sosial sifariş olduğunu sübut etmək istəyən Paşinyanın “referendum” “arzusu” da bundan qaynaqlanır. Belə ki, baş nazir Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistanın Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) yer alacağına dair qərar referendum tələb edir. O qeyd edib ki, bu qərarın qəbul edilməsi ölkənin konstitusiyasında dəyişikliyə bərabər olan gücə malik məsələlərdir. Bu səbəbdən hakimiyyətin öz ideyası ola bilər, lakin qərar vermək xalqın ixtiyarındadır.
Sorğu, yoxsa “nəticələr”...
Göründüyü kimi həm Paşinyan, həm də onu dəstəkləyən qərbpərəstlər Ermənistan cəmiyyətinin mövqeyini dəqiqləşdirib. Onlar bilirlər ki, erməni cəmiyyəti vəziyyətin stabilləşməsi, münasibətlərin normallaşması arzusu ilə çıxış edir. Sadəcə, Qərb dairələri diqqəti bu məsələdən yayındırmaq üçün fərqli fəndlərə əl atır. Daxili gərginliyi azaltmaq, gələcəkdə baş verə biləcək istənilən problemi xalqa yükləmək üçün “International Republican Institute” (IRI) tərəfindən Ermənistanda yeni sosial sorğu keçirildiyi elan edilib. Amma bu sorğu xalq arasında deyil, Paşinyanın özünün rəhbərlik etdiyi hakim partiyanın ofisində baş tutub.
Təhlükə mənbəyi...
“Sorğu”nun bir xətti isə “Paşinyanın arzularının ifadəsi” kimi xarakterizə oluna bilər. Rusiya ilə əlaqələrin “təhlükə mənbəyi” olmasını sübut etmək üçün bu cür qeyri-real “sorğu variantları”ndan istifadə edən Ermənistan hakimiyyəti ictimai rəyə Fransa amilini “yedirtməyə çalışır”. Bunun nəticəsidir ki, sorğu iştirakçılarının 61 faizi Fransanı əsas siyasi tərəfdaş hesab edir. Rusiya isə siyahıda 5-ci pillədə “qərarlaşıb”. Təhlükəsizlik sahəsində də vacib müttəfiq qismində məhz Fransa “təqdim olunur”. Rusiya bu göstəricidə 4-cü yerə “geriləyib”.
Hətta respondentlərin 51 faizi Rusiyanı Ermənistan üçün iqtisadi təhlükə olaraq, ikinci yerdə “dəyərləndirib”. Rəqəmlərdən də göründüyü kimi, Paşinyan və dəstəkçiləri Ermənistanda Rusiya amilini tam olaraq sıradan çıxarmağa çalışır. Sorğunun yalan olması isə arqumentlə ortadadır - iqtisadi təhdid kimi qiymətləndirilən Moskva Ermənistanın əsas ticari tərəfdaşıdır. Eyni zamanda, hər iki ölkə Avrasiya İqtisadi İttifaqının üzvü kimi ticari-iqtisadi əməkdaşlığa malikdir.
Düzgün yolun “dolanbacları”...
“Sorğu”dan məlum olur ki, respondentlərin 50 faizi Ermənistanın düzgün yolda irəlilədiyini düşünür. 12 faiz cavab verməkdə çətinlik çəksə də, 38 faiz sorğu iştirakçıları dövlətin düzgün yolda hərəkət etmədiyini deyir. Maraqlı bir tendensiya var: Seçkidə də 51 faizlik baryeri cəmisi az bir üstünlüklə aşan Paşinyan hökuməti bu sorğuda da eyni manipulyasiyaya əl atıb - xalqın 50 faizinin dəstəyini aldığını şüuraltına yeritməklə gələcəkdə yaranacaq problemə də məhz yarıbayarı xalqı şərik edir.
Sorğuda bəzi nüansların xüsusilə qabardılması da məqsədlidir - məsələn, 47 faiz “bildirir” ki, bu gün ölkənin qarşılaşdığı əsas problem milli təhlükəsizlik və sərhəd təhlükəsizliyi məsələsidir. Amma hazırki sosial gərginliyin. İqtisadi geriliyin və ən əsası böhranın fonunda sərhəd məsələsinin “qabardılması” real görünmür.
Tunelin “işıqlı ucu”...
Rusiyanı sorğunun arxa sıralarına “transfer” edənlər yeni “dəstəkçi qrupu” daha ön cərgəyə “yazırlar”. Məsələn, guya respondentlərin 89 faizi ABŞ ilə münasibətlərdən razı olduğunu, 87 faizi Aİ ilə münasibətləri yaxşı qiymətləndirdiyini, 66 faizi isə Kreml ilə İrəvanın münasibətlərinin pis olduğunu “düşünür”.
Qeyd edilənlər isə Ermənistanın yeni dövr üçün “yol xəritəsi” də sayıla bilər. Amma bu xəritə Ermənistanın hazırki hakimiyyətini yəqin ki, tunelin “işıqlı ucu”na aparıb çıxara bilməyəcək. Çünki Paşinyanın “güvəndiyi dağlar”ın məsuliyyəti və qətiyyəti başqa post-sovet ölkələrində də “imtahan verib”... Və nəticə, bütün imtahanlardan “kəsilmə” olub...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14

