Nüvə silahının yayılmasının qarşısını almaq üçün...
05.03.2024 [10:56]
54 il əvvəl, bu gün
XX əsrin ən böyük hərbi təhlükəsi olan nüvə silahı icad edildiyi, daha doğrusu, ilk istifadədən sonra nə qədər böyük dağıdıcı və məhvedici gücə malik olduğunu ortaya qoydu. Bəşəriyyətə, insanlığa qarşı bir silah kimi xarakterizə olunan nüvə silahı ayrı-ayrılıqda dünyanın aparıcı dövlətləri sayılan ölkələrin də “qorxulu kabusudur”. Bu baxımdan, tarixdə dəfələrlə bu silahdan imtina və ya bu silahdan istifadənin qarşısının alınmasına yönəlik addımların şahidi olmuşuq. Amma təəssüf ki, hələ də “nüvə təhdidi” öz aktuallığını qorumaqdadır. Xüsusilə, son illərdə bu təhdid yenidən aktiv şəkildə ortaya çıxıb. Qlobal güclərin savaşlarda tam üstünlük qazanmaq üçün “nüvə silahı” ritorikasına müraciəti isə qəbuledilməzdir.
3 ölkənin “xeyir-duası” ilə...
Vurğulandığı kimi hələ ötən əsrin ikinci yarısının əvvəlində, bu silahdan istifadədən cəmisi 23 il sonra Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə ilə bağlı fikirlər ortaya çıxdı. Bu müqavilə BMT-nin Silahsızlanma Komitəsi tərəfindən nüvə silahına malik olan ölkələrin dairəsinin genişlənməsinə güclü maneə yaratmaq məqsədi ilə hazırlanmış çoxtərəfli beynəlxalq sənəd idi. Sənədin əsas mahiyyəti isə bu cür silahların istifadəsi ilə silahlı münaqişənin başvermə ehtimalını məhdudlaşdırmaq üçün dövlətlər tərəfindən müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsi üzərində zəruri beynəlxalq nəzarəti təmin etmək, nüvə enerjisindən dinc məqsədlərlə istifadə üçün geniş imkanlar yaratmaq idi. 12 iyun 1968-ci ildə BMT Baş Assambleyası tərəfindən təsdiq edilmiş və 1 iyul 1968-ci ildə Moskva, Vaşinqton və Londonda imzaya açılan sənəd 24 noyabr 1969-cu ildə SSRİ tərəfindən ratifikasiya olundu. Müqavilənin həyata keçirilməsində SSRİ-nin hüquqi varisi kimi Rusiya Federasiyası tanınır. Əsas depozitar dövlətlər (SSRİ, ABŞ, Böyük Britaniya), eləcə də 40 başqa ölkə tərəfindən ratifikasiya edilmiş bu müqavilə 1970-ci il martın 5-də qüvvəyə minib. Fransa və Çin müqaviləni 1992-ci ildə imzalayıblar. 1995-ci il mayın 11-də isə 170-dən çox iştirakçı ölkə heç bir əlavə şərt qoyulmadan müqaviləni qeyri-müəyyən müddətə uzatmağa razılaşıb.
Müqavilənin şərtlərinə görə...
Qeyd edək ki, İsrail, Hindistan, Pakistan, Cənubi Sudan və KXDR (imzalandıqdan sonra müqavilədən çıxıb) istisna olmaqla, dünyanın demək olar ki, bütün müstəqil dövlətləri müqavilənin tərəfləridir. Müqaviləyə əsasən, nüvə silahına malik olan hər bir iştirakçı dövlət bu silahları və ya digər nüvə partlayıcı qurğularını, habelə onlara nəzarəti birbaşa və ya dolayı yolla heç kimə verməməyi öhdəsinə götürür. Müqaviləyə əsasən heç bir şəkildə nüvə silahı olmayan dövlətə nüvə silahı və ya digər nüvə partlayıcı qurğular istehsal etməyə və ya başqa yolla əldə etməyə və ya üzərində nəzarət etməyə kömək etməyə, təşviq etməyə və ya sövq etməyə icazə verilmir. Müqavilə bütün iştirakçı dövlətlərə ayrı-seçkilik qoyulmadan və sənədə uyğun şəkildə dinc məqsədlər üçün nüvə enerjisinin tədqiqatını, istehsalını və istifadəsini inkişaf etdirmək üçün ayrılmaz hüquq müəyyən edir. Eyni zamanda, razılaşmaya mühüm əlavə kimi BMT Təhlükəsizlik Şurasının 1968-ci il 19 iyun tarixli qətnaməsi və üç nüvə dövlətinin - SSRİ, ABŞ və Böyük Britaniyanın müqavilənin iştirakçısı olan qeyri-nüvə dövlətləri üçün təhlükəsizlik təminatları məsələsinə dair eyni bəyanatları daxildir. Qətnamədə qeyd olunur ki, qeyri-nüvə dövlətinə nüvə hücumu və ya belə bir hücum təhlükəsi yaranarsa, Təhlükəsizlik Şurası və ilk növbədə onun nüvə silahına malik daimi üzvləri təcavüzü dəf etmək üçün BMT Nizamnaməsinə uyğun olaraq dərhal hərəkətə keçməlidirlər.
Nüvə silahının yayılmamasına nəzarət Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) köməyi ilə həyata keçirilir və ?üqavilənin nüvə silahına malik olmayan hər bir tərəfi müvafiq saziş bağlamağa borcludur.
VI maddə və müqavilənin preambulasında qeyd olunur ki, nüvə silahına malik dövlətlər öz nüvə ehtiyatlarını azaltmağa və məhv etməyə çalışacaqlar. Bununla belə, müqavilənin mövcud olduğu müddətdə bu istiqamətdə çox az işlər görülüb. Hər hansı bir dövlət özünü hansısa “fövqəladə hadisə” - məsələn, qəbul edilən təhdid nəticəsində buna məcbur hiss edərsə, müqavilədən çıxmaq hüququna malikdir.
Kimin neçə “nüvə”si var?
Vurğulayaq ki, üç dövlət - İsrail, Hindistan və Pakistan müqaviləni imzalamaqdan imtina edib. Bununla belə, hər üç dövlətin nüvə silahına malik olması ilə bağlı informasiyalar mövcuddur. Rəsmi İsrail nüvə inkişafı ilə bağlı iddiaları təsdiq və ya təkzib etməkdən imtina edir. MAQATE-nin üzvü olan İsrail müqaviləyə qoşulmayıb və nüvə ixracına nəzarət üzrə beynəlxalq müqavilələrin iştirakçısı deyil.
Hindistan və Pakistan da nüvə silahına malik olduqlarını bəyan ediblər və silahlarını sınaqdan keçiriblər. Bu ölkələr də heç vaxt müqaviləni imzalamayıblar. Cənubi Sudan isə 2011-ci ildə müstəqilliyini əldə etdikdən sonra sənədə imza atmayıb - lakin bu dövlət gələcəkdə müqaviləyə qoşulma ehtimalını da istisna etməyib.
KXDR isə 1985-ci ilin aprelində SSRİ-nin köməyi ilə atom elektrik stansiyasının tikintisinə ümid edərək Silahlarının Yayılmaması haqqında Müqaviləni imzaladı. Sonradan isə MAQATE ilə fikir ayrılığı rəsmi Pxenyanın müqavilədən çıxması ilə nəticələndi.
Bu gün də nüvə silahları ilə bağlı təhlükə qalmaqdadır. Ən böyük problem isə bu silahların miqdarının düzgün açıqlanmamasıdır. Məsələn, mənbələrin birində hazırda Rusiyanın 7500, ABŞ-ın isə 3 mindən çox nüvə başlıqlı raketinin mövcud olduğu qeyd edilir. Stokholm Beynəlxalq Sülh İnstitutu (SIPRI) və Amerika Elm Adamları Federasiyasının (FAS) 2019-cu ildə birgə apardığı araşdırmalara görə isə dünyada sadəcə 9 ölkədə nüvə silahı var. Siyahıya Rusiya rəhbərlik edir. 6 min 850 nüvə silahı olan Rusiyada prezident Vladimir Putinin bu silahları istədiyi kimi istifadə etmək hüququ var. İkinci yerdə ABŞ dayanır ki, onun da 6 min 450 nüvə silahı mövcuddur. Baydenin də ABŞ Konqresi ilə məsləhətləşmədən nüvə silahlarından istifadə hüququ var. Üçüncü yerdəki Fransanın isə sadəcə 300 ədəd nüvə silahı var ki, bu da prezidentin səlahiyyətindədir. İlk nüvə silahını 1952-ci ildə sınaqdan keçirən İngiltərə isə 225 ədəd nüvə başlığı ilə siyahının dördüncüsüdür. Bu ölkədə nüvə silahından istifadə hüququ ölkənin baş nazirində və ya onun təyin etdiyi bir millət vəkilində olur. Çindəki nüvə prosesləri haqqında çox məlumat yoxdur. 1964-1996-cı illər aralığında ölkədə 45 nüvə silahı sınaqdan çıxarılıb və hazırda Çinin 280 ədəd nüvə silahının olduğu ehtimal edilir. Bu, Çini siyahıda 5-ci yerə qoymağa icazə verir. İlk nüvə silahını cəmi 21 il bundan əvvəl sınaqdan çıxarmış Pakistan isə təxminən 140-150 nüvə başlığı ilə 6-cı yeri tutur. Pakistanda baş nazir Nüvə Qərargahına nəzarət etdiyi üçün nüvə silahları onun tabeçiliyində sayılır. 7-ci yerdəki Hindistanın isə 130 və ya 140 nüvə silahı olduğu ehtimal edilir. Burada da nüvə silahlarına baş nazir nəzarət edir. Nüvə silahı olan digər bütün ölkələrdən fərqli olaraq 8-ci yerdəki İsraildə bu silahların istifadə hüququ bir nəfərdə deyil. Beynəlxalq ictimaiyyət İsrailin nüvə silahı olduğundan şübhə eləmir, ancaq İsrail hökuməti indiyə kimi heç vaxt bu barədə rəsmi açıqlama verməyib. Sonuncu yerdəki Şimali Koreyanın isə 10 və ya 20 nüvə başlığı olduğu ehtimal olunur.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

