Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Akademik Arif Paşayev: Akademiyamıza İATA-nın regional tədris mərkəzi statusu verilməsi o deməkdir ki, bizdə tədris beynəlxalq səviyyədədir

Akademik Arif Paşayev: Akademiyamıza İATA-nın regional tədris mərkəzi statusu verilməsi o deməkdir ki, bizdə tədris beynəlxalq səviyyədədir

31.05.2012 [22:44]

Milli Aviasiya Akademiyasına (MAA) “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması” üzrə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) regional tədris mərkəzi statusu verən sertifikatın təqdim edilməsi o deməkdir ki, bizdə tədris beynəlxalq səviyyədədir. AzərTAc xəbər verir ki, bu sözləri “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması” üzrə İATA-nın regional tədris mərkəzi statusunu təsdiqləyən sertifikatın MAA-ya təqdimetmə mərasimində Akademiyanın rektoru, akademik Arif Paşayev bildirib.
MAA-nın rektoru qeyd edib ki, daha bizim mütəxəssislərimizin başqa ölkələrdə bu sənətə yiyələnmələrinə ehtiyac olmayacaq. Hesab edirəm ki, bu sertifikatın bizim Akademiyaya verilməsi mülki aviasiyamızda böyük bir addımdır. Mülki aviasiyada ən mühüm problem təhlükəsizlikdir. Təhlükəsizlik problemi isə çoxşaxəli işdir. Təhlükəli yüklərin daşınması bu mənada xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə irəliləyiş əldə etmək üçün mühüm elmi tədqiqatlar, yüksək səviyyədə tədris lazım olur. Ona görə də, MAA qarşıya qoyulan işlərin öhdəsindən gəlməyə hazırdır. Akademiya göstərilən bu etimadı yüksək səviyyədə doğruldacaq.
Paylaş:
Baxılıb: 1093 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31