Erməni vandalizminin qanlı səhifəsi -XOCALI
23.02.2024 [10:20]
Dünya “Xocalıya ədalət!” deyir
MÜBARİZ
Müharibənin öz yazılmamış qanunları var. Hətta ən amansız döyüşlərdə belə köməksiz və günahsız dinc insanlara, uşaqlara, qadınlara, yaşlılara və yaralılara qarşı hər zaman humanist davranış nümayiş olunub. Ermənilərin 1992-ci ilin soyuq qış günündə, fevralın 26-da törətdikləri Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı işlənmiş bir cinayət idi.
Xocalı soyqırımı insanlığa qarşı cinayət idi
Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan, torpaqlarımızın 20 faizini işğal edən və minlərlə günahsız, dinc insanımızın canına qıyan ermənilər Xocalı sakinlərinə qarşı xüsusi qəddarlıq və amansızlıq nümayiş etdirdi. Xocalı şəhəri erməni vandalizminin növbəti ünvanına çevrildi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımından 32 il ötür. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.
Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlifdərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.
Sadalanan faktlar bir daha təsdiqləyir ki, ermənilər bütün beynəlxalq konvensiyaları tapdalayaraq Xocalıda insanlıq əleyhinə cinayət törədiblər. Həm də Xocalı faciəsi ermənilərin son üç onillik ərzində xalqımıza qarşı törətdikləri müharibə cinayətlərinə aid yeganə nümunə deyildir. Vətən müharibəsində işğaldan təmizlənən ərazilərdən təqdim olunan foto və video materiallar erməni vandalizmi barədə konkret təsəvvür yaradır. Ermənilər güc tətbiq etməklə öz nəzarətləri altına aldıqları ərazilərdə hər şeyi dağıdıblar, hətta evlərin dam örtüklərini, qapı-pəncərə sistemlərini, sanitar qovşaqlarını belə sökərək Ermənistana daşıyıblar.
Ümumiyyətlə, Ermənistan hərbi birləşmələri heç vaxt açıq döyüşlərdə hər hansı bir uğur qazanmayıblar. Onlar xain, məkrli niyyətlərini yaşayış məntəqələrimizi, dinc əhalini atəşə tutmaqla həyata keçirməyə çalışıblar. Biz 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində bunun bir daha şahidi olduq. Döyüş meydanında sarsıdıcı məğlubiyyətlə üz-üzə qalan düşmənin hərbi birləşmələri münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə Tərtər, Beyləqan şəhərlərini ağır artilleriyadan, qadağan olunmuş silahlardan atəşə tuturdular. Bunun nəticəsində də aralarında qocalar, uşaqlar və qadınlar da olmaqla 100-dək dinc sakin həyatını itirdi, mülki tikililərə və infrastruktura ciddi ziyan dəydi.
Xocalı faciəsi unudulmur
İnsanlıq dramı olan Xocalı faciəsi unudulmur. Bu faciə bizim qan yaddaşımıza yazılıb. Təsəlli yerimiz ondadır ki, 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan qələbələr sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Artıq üçrəngli Azərbaycan Bayrağı ölkənin bütün ərazilərində , o cümlədən Xocalıda dalğalanır. Zamanında separatçıların yuva qurduqları Xankəndini, əziz şəhərimiz Şuşanı və digər yurd yerlərimizi geri qaytarmışıq. Xocalı da azaddır, buradan da erməni faşistləri qovulub. Beləliklə, şəhidlərimizin qisası alınıb, indi Xocalı faciəsinin qurbanlarının, bütün şəhidlərimizin ruhları Vətən göylərində azad dolaşır. Şəhidlərimizin, xocalıların istəyi torpaqlarımızı bütöv və azad görmək idi. Müzəffər Lider İlham Əliyev arzularımızı gerçəyə çevirdi.
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması ilə biz əsas ümummilli ideyamızı həyata keçirmişik. Ancaq bir xalq olaraq missiyamız tamamlanmayıb. Bütün faciələrimiz, o cümlədən Xocalı faciəsi beynəlxalq müstəvidə bütün miqyası ilə təqdim olunmalıdır. Bununla biz erməni vandalizminin gerçək simasını dünyaya göstərmiş olacağıq. Bu, bizim milli məsuliyyətimiz olduğu qədər də bəşəri səciyyə daşıyır.
Xocalı həqiqətləri dünyaya tanıdılır
Qeyd edək ki, ötən illərdə bu faciənin dünya miqyasında tanıdılması istiqamətində mühüm işlər görülüb. Xüsusilə ulu öndər Heydər Əliyevin adını daşıyan Fond bu istiqamətdə fəal iş aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu soyqırımı ilə baölı həqiqətlərin dünyaya çatdırılmasında müstəsna rol oynayır. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Bu istiqamətdə fəaliyyət gələcəkdə də davam etdirilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

