“AŞPA əməliyyatı”nın Fransa üzü...
31.01.2024 [10:23]
Makronun beyinsiz siyasətinə peyin “töhfəsi”...
Avropa Şurası Parlamet Assambleyasının Azərbaycana qarşı nümayiş etdirdiyi qərəz birmənalı şəkildə subyektiv xarakter daşıyır. O baxımdan ki, bu əsassız “təşəbbüs”ün arxasında heç də iddia olunan məqamlar dayanmır - başqa sözlə, Fransa və ya Almaniya öz xoşu ilə Qarabağdan Ermənistana gedən insanlar haqqında heç düşünmürlər belə. Həmin erməniəsilli insanlar indiki məqamda Qərb imperializmi üçün təsir rıçaqından uzağa getmir. Başda Fransa olmaq şərtilə AŞPA-da bu “oyunu” təşkil edən dairələr əllərindən bütün mümkün imkanların çıxdığının fərqindədirlər:
- Separatizmə son verilib;
- Regionda yeni münasibətlər sistemi və reallıqlar formalaşdırılıb;
- Azərbaycan bütün proseslərə (həm siyasi, həm iqtisadi, həm də hərbi) nəzarət və təsir ertmək imkanlarını dəfələrlə artırıb;
- Bölgənin yeni siyasi şəkilləndirilməsi Qərbin təsirindən kənarda baş verir.
AŞPA üzərindən köhnə oyunlar...
Bu deyilənlər həm də siyasi reallığın tablosudur. Azərbaycan ötən ilin sentyabrında keçirdiyi antiterror tədbirləri ilə regiona yeni siyasi-iqtisadi nəfəs verdi. Artıq özünü “hakim” sayan siyasi dairələr (xüsusilə Qərb təsisatları) regionun gələcək inkişaf trayektoriyasının yönləndirilməsinə təsir imkanlarını itirib. Dolayısı ilə, Fransanın timsalında Ermənistan üzərindən Cənubi Qafqazı siyasi basqıda saxlayan ermənipərəst qüvvələr birmənalı şəkildə zərərsizləşdirilib. Azəırbaycanın qəti və beynəlxalq hüquqa əsaslanan mövqeyi isə açıq və şəffadır - bölgədə formalaşacaq sülh Cənubi Qafqazın yeni inkişaf hədsəflərinin müstəqil inkişafını təmin edəcək. Nəzərə alsaq ki, Azərbaycan hər zaman müstəqil və milli maraqlara əsaslanan siyasət yürüdüb, bu tezis Ermənistanın da siyasi-iqtisadi müstəqliyi üçün “xartiya” sayıla bilər. Fransanın əsas qorxusu da budur:
- Bölgənin yüksək aktuallığa malik tranzit imkanlarının istismarı prosesindən kənarda saxlanılır;
- Cənubi Qafqaz kimi strateji bir məkanda Ermənistan kimi sözəbaxan vassal əldən çıxır;
- Yeni siyasi mərhələnin aparıcı ünsürünə çevriləcək Şərq-Qərb dəhlizinin yaratdığı imkanlarla güclənəcək Mərkəzi Asiyaya yönəlik planlaşdırılan siyasət iflasa uğrayacaq.
Bəli, Fransanı əsas “düşündürən” məqamlardan biri məhz böyük bir coğrafiyada Türk dövlətləri konseyinin formalaşmasıdır. Makron anlayır ki, Fransanın imperializmə əsaslanan Orta Şərq - Mərkəzi Asiya siyasəti üçün keçilməz sədd olan Türk amili yenidən və sürətlə beynəlxalq sistemin aparıcı elementinə çevrilməkdədir.
Fransa öz dərdini niyə çəkmir?
AŞPA-nın qərəzinin Fransadan qaynaqlandığı sirr deyil. Müzakirələrdə daha çox “canfəşanlıq” edən Fransa-Almaniya cütlüyünün tutduğu yol isə birmənalı şəkildə dalana doğru sürət yığır. AŞPA-da alınan bu kimi qərəzli qərarlarla, tutduğu ermənipərəst mövqe ilə, özünün dövlət büdcəsi hesabına Ermənistanı silahlahdırmaqla Fransa özünə quyu qazmaqdadır. Son dövrlərdə iqtisadi geriləmə, vergilərin fantastik səviyyəyə çatması, kənd təsərrüfatının iflası, təqaüdlərlə bağlı narazılıqlar Makron hökumətini pis yerdə yaxalayıb. Vəziyyətin gərginliyi və çıxılmaz olması isə bütün çılpaqlığı ilə ortadadır.
Məsələn, artıq bir neçə gündür davam edən fermer etirazları mütəşəkkil hal almaqdadır. Xatırladaq ki, fermerlər inflyasiya səbəbindən gəlirlərinin azalmasına, həmçinin Ukraynadan ölkəyə kənd təsərrüfatı məhsullarının idxalının genişlənməsinə etiraz edirlər.
Fransa polisi Avropanın ən böyük ərzaq bazarı olan Rungi və Paris yaxınlığındakı Roissy-Charlesdə etiraz edən fermerləri zirehli texnikalarla blokadaya alıb. Fermerlər isə artıq magistral yolları bağlamağa başlayıblar. Rungi kənd təsərrüfatı bazarında mühafizə gücləndirilib. Dəstək tədbirləri tələb edən fermerlər bu ölkənin 40 kommunasında etiraz aksiyaları keçirirlər. Eyni zamanda, fransalı fermerlər dövlət binalarına peyin vururlar. Onlar bununla Makron hökumətinin dövləti beyinlə yox, peyinlə idarə etdiyini simvolizə edirlər.
Parisə başucalığı gətirməyəcək
Beləliklə, bu gün Azərbaycana qarşı əssasız “səlib yürüşü” təşkil edən, itaətkar AŞ PA-nı bu oyunların “icraçısı” qismində çıxış etməyə yönləndirən Fransa özünün daxilindəki gərginliklərlə məşğul olsa, daha yaxşıdır. Dövlətin pulu ilə Ermənistana silah peşkəş edən, separatizmə illərlə yardım göstərən Makron hakimiyyəti özünü dalana məhkum edib. Avropanın enerji təhlükəsizliyində aparıcı rol alan, etibarlı tərəfdaş kimi tanınan, yeni dövrün əsas iqtisadi partnyoru kimi şöhrət qazanan, ən əsası isə bütün addımlarında beynəlxalq hüquqa istinad edən Azərbaycana qarşı əsassız və qərəzli addımlar Parisə başucalığı gətirmir. Makron bu işə açıq beyinlə yanaşmayana qədər, onun payı peyin olacaq...
S. İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52

