/ / Birinci xanım Mehriban Əliyeva: Biz fəxr edirik ki, bu gün Azərbaycanın adı beynəlxalq aləmdə səslənir
Birinci xanım Mehriban Əliyeva: Biz fəxr edirik ki, bu gün Azərbaycanın adı beynəlxalq aləmdə səslənir
19.04.2012 [00:48]
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi, Rusiya Federasiyasının Dövlət Dumasının sədri Sergey Narışkin, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, bu agentliyin baş direktorunun birinci müavini Mixail Qusman, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin prorektoru Pyotr Litvitski, MDB və Baltikyanı ölkələrin Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina ziyafətdə çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı “Birliyin ulduzları” Dövlətlərarası mükafatına və Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülməsi münasibətilə təbrik ediblər.
Natiqlər təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasını Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini bildirib, Azərbaycan ilə Rusiya arasında əlaqələrin əhəmiyyətini vurğulayıb, humanitar sahədə münasibətlərin inkişafında Heydər Əliyev Fondunun və onun rəhbəri, xoşməramlı səfir Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd ediblər.
Mərasimdə Azərbaycanın qədim və zəngin mədəniyyət ənənələrinə malik olduğu, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında təhsilin müasir standartlar səviyyəsində qurulduğu, burada istedadlı gənclərin elmlərin sirlərinə dərindən yiyələndikləri vurğulanıb, respublikamızda rus dilinə göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib.
Sonra ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib. Birinci xanım deyib: “Mən dostlarımın əhatəsindəyəm, xeyli xatirələrlə bağlandığım ölkədəyəm. Həyatımın xeyli illəri, gəncliyim bu ölkədə keçib. Bu da mənim üzərimə böyük məsuliyyət qoyurdu. Mən bütün bu tədbirlərin təşkil olunmasında, məni hər iki mükafatla təltif etmək qərarının qəbul olunmasında iştirak edənlərin hamısına təşəkkür etmək istəyirəm. Yaratdığınız şəraitə görə də sizə təşəkkür etmək istəyirəm. Mən belə şəraitdə özümü elə rahat, elə yaxşı, elə fərəhli hiss edirdim ki, bu duyğular indi sizin əhatənizdə də davam edir. Demək istəyirəm ki, biz bu gün Azərbaycanda həqiqətən öz ölkəmizlə fəxr edirik. Əminəm ki, buradakıların əksəriyyəti bizim ölkəmizdə olub və onlar mənim nə demək istədiyimi yaxşı başa düşürlər. çünki 20 il tarixi baxımdan o qədər də böyük vaxt olmasa da, qısa müddət ərzində ölkəmiz böyük nailiyyətlər əldə edib.
Biz azərbaycanlılar fəxr edirik ki, bu gün Azərbaycanın adı beynəlxalq aləmdə səslənir, ölkəmizin insanları daha yaxşı yaşamağa başlayıblar, həyatımızın bütün sahələrindəki tərəqqini elə ilk baxışdan görmək olar. Buna görə də, indi mən sizin aranızda olarkən demək istəyirəm ki, hamınızı Azərbaycanda görməyimizə çox şad olardıq. Sizin hamınızı salamlamağa şad olardıq. Bizim ümumi keçmişimiz vardır, bizi çox şey birləşdirir. Hansı proseslər, hansı dəyişikliklər baş versə də, bu keçmişi silmək, unutmaq mümkün deyildir. Onu heç unutmaq lazım da deyildir.
Bu gün Azərbaycanda rus dilinə, rus ədəbiyyatına, rus poeziyasına dərin hörmətlə yanaşırlar. ölkəmizdə müstəqillik illərində heç bir rusdilli məktəb bağlanmayıb, onların hamısı fəaliyyət göstərir. Bakıda Slavyan Universiteti, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Təbii ki, rus ədəbiyyatı, rus dili dünyəvi sərvətdir. Buna bizim insanların münasibəti də həmişəki kimi böyük hörmət və ehtiram olacaqdır. Buna görə də mən fürsətdən istifadə edərək sizin hamınızı Bakıya, paytaxtımıza dəvət etmək istəyirəm. Təkcə paytaxtımıza yox, regionlarımıza da. Bizdə çox gözəl yerlər vardır. Bizim gözəl Xəzər dənizimiz vardır. Eyni zamanda, bizdə indi çox müasir, çox gözəl dağ xizəkçiliyi kurortu inşa olunur. Dağlarımız, meşələrimiz vardır, görməli, istirahət etməli yerlərimiz çoxdur. Mən hamınızı ölkəmizə dəvət edirəm.
Sözümün sonunda burada çıxış edənlərin hamısına mənim ünvanıma, fəaliyyətim haqqında, ilk növbədə Azərbaycanın ünvanına dedikləri hərarətli, səmimi sözlərə görə təşəkkür edirəm. Mən həqiqətən burada söylənilənlərin hamısının ölkəmin ünvanına deyildiyini hesab edirəm və bununla qürur duyuram. çox sağ olun”.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

