Çin-Azərbaycan münasibətləri: sabit inkişaf, siyasi qarşılıqlı etimad...
23.12.2023 [10:10]
Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Regionun aparıcı iqtisadi-siyasi aktoru olan Azərbaycan dünyanın bütün ölkələri ilə yaxın ikitərəfli əlaqələrin inkişafında maraqlıdır. Bu mənada, yürüdülən çoxvektorlu və praqmatik xarici siyasət kursu qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlıqların inkişafını və müstəvisini daha da genişləndirir. Ölkəmizin xarici siyasət strategiyasının əsas istiqamətlərini həm də dünya dövlətləri ilə səmərəli əlaqələr və əməkdaşlıq platformaları reallaşdırmaq, mühüm iqtisadi inteqrasiya prosesinin dinamizmini təmin etmək, beynəlxalq münasibətlər sisteminin nüfuzlu milli dövlətlər ilə qarşılıqlı-faydalı münasibətləri davam etdirmək kimi amillər təşkil edir. Bu mənada, Azərbaycan ilə Çin arasındakı əlaqlər xüsusi əhəmiyyət daşıyır. Qeyd edək ki, dünyanın mühüm iqtisadi güc mərkəzi statusuna malik Çin də Azərbaycanla münasibətlərin dostluq və qarşılıqlı maraqlar müstəvisində inkişafının tərəfdarı qismində çıxış edir.
Əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir
Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda da Çin ilə Azərbaycan arasında ənənəvi dostluq və tərəfdaşlığın olması vurğulanır. Doğum günü münasibətilə Prezident İlham Əliyevə səmimi təbriklərini və ən xoş arzularını ünvanlayan ÇXR lideri Çin-Azərbaycan münasibətlərinin çox yaxşı və sabit inkişafa malik olduğunu diqqətə çatdırıb: “Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır. Hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir. Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm”.
Vurğulamaq lazımdır ki, Azərbaycanın 2020-ci il Vətən müharibəsində əldə etdiyi qələbə Cənubi Qafqazda sülhün və sabitliyin formalaşmasına zəmin yaradıb. Bu mənada, regionun geocoğrafi imkanlara bütün dünya üçün mühüm cəlbediciliyini artırmaqdadır. Azərbaycanın Şərq-Qərb tranzitinin yeni dinamizm qazanması, əlaqələrin intensivliyinin təşkili, müasir logistik imkanlardan istifadə etməklə əlaqələrin şaxələndirilməsinin təşkili istiqamətində atdığı addımlar bütövlükdə, təqdir edilir. Bütün bu üstünlüklər və yeni strateji imkanlar Azərbaycan ilə Çin arasındakı əlaqələrdəki dinamizmin artmasına da müsbət təsirini göstərir. Öz növbəsində, Çin də Cənubi Qafqazın ən güclü aktoru olan, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. ÇXR liderinin məktubunda bu məqam xüsusi olaraq vurğulanır. Qeyd edildiyi kimi, tərəflər arasındakı əlaqələr çoxşaxəlidir və siyasi, iqtisadi münasibətlər, o cümlədən təhlükəsizlik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. İqtisadi əlaqələrdən bəhs edərkən ilk növbədə vurğulamaq gərəkdir ki, iqtisadiyyatın bütün sahələrində uğurlu inkişaf edən əməkdaşlıq münasibətləri bütün dövrlərdə ticari əlaqələrin perspektivi üçün mühüm strateji baza formalaşdırır. Ümumilikdə, mövcud olan mühüm siyasi-iqtisadi əməkdaşlıq əlaqələri regionlararası əməkdaşlıq və inteqrasiyanın sürətləndirilməsində önəmli rol oynayır.
Münasibətləri yeni səviyyəyə yüksəltmək üçün...
Çin lideri Si Cinpin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda ötən ilin sentyabrında Səmərqənddə baş tutmuş görüşü də xatırladıb: “Ötən ilin sentyabrında biz Səmərqənd şəhərində yeni dövrdə ikitərəfli münasibətlərin inkişafına dair mühüm razılaşmaların əldə olunduğu uğurlu görüş keçirdik. Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram”.
Xatırladaq ki, 2022-ci ilin sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub. Görüşdə Sədr Si Cinpin Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının otuz illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Çin lideri bildirib ki, Azərbaycan ilə Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir. “Sizin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik”, - deyə Si Cinpin qeyd edib. Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Nəticə etibarilə, çoxtərəfli, bərabərsəviyyəli əməkdaşlıq əlaqələrinə malik olan Çin-Azərbaycan münasibətləri hər iki tərəfin milli maraqlarına xidmət etməklə yanaşı, müasir geostrateji reallıqların fonunda Cənubi Qafqaz bölgəsinin, Avrasiyanın və bütövlükdə, dünyanın hərbi-siyasi, iqtisadi, ekoloji, demoqrafik və enerji təhlükəsizliyinin təmin olunmasına strateji töhfələr verir. Ən əsası isə bu əməkdaşlıq əlaqələri parlaq geostrateji perspektivə malikdir və Çin liderinin də vurğuladığı kimi, hər iki ölkənin siyasi, iqtisadi potensialı əməkdaşlıq səylərini davam etdirməyə zəmin yaradır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42

