Əmanət sahibləri Prezidentin Fərmanını böyük sevinclə qarşılayıblar
30.03.2012 [13:01]
Xatırladaq ki, əmanətlərin qaytarılması Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən və iqtisadi cəhətdən gücləndikdən sonra mütəmadi gündəmə gətirilən məsələlərdən olub. ölkəmizin son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər, makroiqtisadi sabitlik bu problemin həllinə də imkan verib. Belə ki, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması əhalinin inflyasiya nəticəsində ucuzlaşmış bank əmanətlərinə görə onlara dövlət tərəfindən əlavə yardım ödənilməsi üçün şərait yaradıb. Bu uğurları nəzərə alaraq, Azərbaycan dövləti keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsini məqsədəuyğun sayıb. Prezidentin sözügedən Fərmanı imzalanmasına ən çox sevinən də məhz SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olub.
Düşünürdüm ki, daha pulumuz batdı
Həmin əmanətçilərdən biri - Azad Bilaloğlu Qazax rayonundandır. O, uzun illərdir ki, atasının Sovet banklarına qoyduğu əmanətinin qaytarılacağı günü gözləyir: “Atam artıq rəhmətə gedib. Onun varisi kimi pulu mən alacam. 7000 rubla görə 760 manat verəcəklər”.
Onun sözlərinə görə, bu qərar onun üçün gözlənilməz olub: “Düzdür, bildiyimə görə, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında saxlanılan bank əmanətləri Azərbaycan dövləti tərəfindən 1993-1997-ci illərdə bir neçə dəfə indeksləşdirilib və onlara görə kompensasiyalar verilib. Əmanətçilərin bir qismi qeyd olunan kompensasiyanı alıb. Ancaq əmanətçilərin böyük bir hissəsi əmanətləri və onlara görə verilən kompensasiyaları almaq hüquqlarından istifadə etməyib. Artıq kifayət qədər böyük vaxt keçirdi. Düşünürdüm ki, daha pulumuz batdı. Təbii ki, Prezidentimizin fəaliyyəti nəticəsində son dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafında qazanılan uğurlar danılmazdır. Bu da bir həqiqətdir ki, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması əhalinin sovet dövründən qalan bank əmanətlərinə görə onlara dövlət tərəfindən əlavə yardım ödənilməsi üçün şərait yaradıb. Bu Fərmanı imzalamaqla dövlət başçısı İlham Əliyev bir daha sübut etdi ki, öz sosial siyasətində əhalinin rifahını hər şeydən üstün tutur. ölkənin artan iqtisadi uğurlarında əhaliyə daha çox pay düşməsinə çalışır”.
Mənim üçün bu əmanətin dəyəri çox böyükdür
Səadət Osmanova isə müəllimədir. Sovet hakimiyyəti dağılana qədər bankda 2000 rubl pulu olub: “Qızımın və özümün həyat sığortası idi. Hər ay hər birimizə 17,50 rubl olmaqla 35 manat ödəyirdim. Axırıncı dəfə 2035 manatı əmanət şəklində banka qoydum. Elan olunan qaydalara görə, ən azı 300 manat alacam. İndiyədək keçmiş Sovet respublikaları arasında vətəndaşlarının əmanətlərini qaytaran dövlətlər olub. Bu proseslə yaxından maraqlanırdım. Bizdə də nə vaxt qaytarılacağını səbrsizliklə gözləyirdim. Nəhayət, gözlədiyimiz qərar verildi. Dövlət başçısı İlham Əliyevin həmin Fərmanı imzaladığını eşidəndə çox sevindim. Mənim üçün qəpik-qəpik yığdığım bu əmanətin dəyəri çox böyükdür”.
Səadət xanımın fikrincə, Azərbaycan dövləti əmanətə görə məsuliyyəti üzərinə götürməyə də bilərdi: “Məlum olduğu kimi, Azərbaycan vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanətləri yerləşdirdikləri dövrdə qüvvədə olan SSRİ-nin “Banklar və bank fəaliyyəti haqqında” Qanununda və Azərbaycan Respublikasının “Banklar və bank fəaliyyəti haqqında” 1992-ci il 7 avqust tarixli Qanununda Əmanət Bankının öhdəliklərinə görə dövlətin məsuliyyəti nəzərdə tutulmayıb. Buna baxmayaraq, Azərbaycan dövləti belə məsuliyyətli addım atdı. özü də cəmi 1 il yarım ərzində bu prosesi başa çatdırmağı qarşıya məqsəd qoyub”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10

