Paşinyan hansı qərarı verəcək?
13.12.2023 [10:30]
Ermənistanda növbədənkənar parlament ajiotajı...
Ermənistanda gələn il üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı günü-gündən artmaqdadır. Qeyd edək ki, istər sosial şəbəkələrin erməni seqmentində, istərsə də Ermənistan mətbuatında bununla bağlı iddialar həm artıb, həm də səslənən arqumentlərin sferası genişlənib. Belə ki, son günlərdə Ermənistan tərəfinin, dolayısı ilə baş nazir Nikol Paşinyanın sülhlə bağlı mövqeyindən narahatlıq keçirən revanşist müxalifətin “hərəkətlənmələri” nəzərə çarpmaqdadır. Məsələn, Ermənistan parlamentinin eyni adlı fraksiyasının üzvü Armen Rüstəmyan, Respublika Partiyasının icra orqanının üzvü Eduard Şarmazanovun qeyri-standart, həqiqətləri özündə əks etdirməyən açıqlamaları Ermənistan siyasi rəhbərliyinə təzyiq xarakteri daşıyır. Onlar sülh prosesinin uğurla nəticələnməsindən açıq narahatlıq keçirirlər ki, bu da təbiidir. Müharibə, işğal, zorakılıq faktorları üzərində siyasətə gələnlər öz “siyasi karyeralarını” yeni motivlərə uyğunlaşdıra bilmirlər və bu səbəbdən də Ermənistanın sülh prosesindən kənarlaşması üçün vaxtaşırı təzyiq kampaniyaları “təşkil edirlər”.
Növbədənkənar parlament seçkisi məsələsi aktualdır...
Qeyd edildiyi kimi, Ermənistanın növbədənkənar parlament seçkilərinə getməsi məsələsi yenidən gündəmə qayıdır. Xatırladaq ki, hələ ötən ay Ermənistanda gələn il növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi KİV-də öz əksini tapmışdı. “Hraparak” nəşri bu barədə ölkənin siyasi dairələrində aktiv müzakirələrin getdiyini bildirmişdi. Vurğulanırdı ki, baş nazir Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin son iclaslarından birində hazırkı parlament müxalifətinin “məqsədinə çatacağı” ilə hədələyib. “Paşinyan yeni seçkilər keçirəcəyini, parlamentin hazırkı mənzərəsini dəyişdirəcəyini və parlament müxalifətini tamamilə yeni bir formaya salacağını qeyd edib”, - nəşr vurğulayırdı. “Siyasi dairələrdə o da istisna edilmir ki, Paşinyan mandatını daha da möhkəmləndirmək üçün inzibati resurslarından növbəti dəfə istifadə edərək, belə bir qətiyyətli addımı atıb növbədənkənar seçkilərə gedə bilər”, - nəşr əlavə etmişdi. Həmçinin qeyd olunurdu ki, bu addımı atmaqda məqsəd siyasi qüvvələri hazırlıqsız yaxalamaq və yeni müxalifətin baş qaldırmasına imkan verməməkdir.
Ermənistan üçün reallıq ...
İndiki halda, Nikol Paşinyan sülhün Ermənistan üçün hansı anlamı daşıdığını artıq dərk edir - Azərbaycanın regionun ümumi inkişafı ilə bağlı həyata keçirdiyi konsepsiya - strateji yol xəritəsi Cənubi Qafqaza yeni sima qazandırır. Ölkəmizin genişmiqyaslı fəaliyyəti bütün dünyanın, xüsusilə qlobal iqtisadi nizamın formalaşmasında iştirak edən dövlət və qurumların diqqətini bölgəyə fokuslandırır. Ermənistanın sülhlə bağlı pozitiv münasibət sərgiləməməsi bu ölkəni növbəti dəfə yeni iqtisadi konfiqurasiyadan kənarda qoymaq ehtimalı yaradır. Bu isə özlüyündə Ermənistanın nəinki regional, bütövlükdə, qlobal inkişafdan geri qalmasını şərtləndirəcək. Ermənistan dərk edir ki, bu dövlətin iqtisadi və siyasi müstəqilliyinin təsdiqi yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıracağı təqdirdə reallaşacaq. Bunun üçün isə real sülhün imzalanması əsaslı şərtdir.
Müxalifətə qarşı dəstək...
Nikol Paşinyanın indiki halda növbədənkənar parlament seçkilərinə start verməklə bağlı “arzusu” həm də revanşist müxalifəti tam sıradan çıxarmaq üçün ən əsas silahdır. 44 günlük Vətən müharibəsindən sonra da analoji addımı atan, növbədənkənar parlament seçkilərinə gedən Paşinyan əldə etdiyi uğur sayəsində ictimai dəstəyini həm möhkəmləndirmiş, həm də dəqiqləşdirmişdi. Görünən budur ki, yeni dövr üçün də Paşinyana belə bir “etimad vəsiqəsi” lazımdır. Çünki sülh prosesi ilə paralel olaraq Paşinyanın daxili auditoriyaya müraciət imkanları da genişlənməlidir. Bəlli olduğu kimi, lokal antiterror tədbirlərindən sonra Qarabağdan Ermənistana könüllü şəkildə köçən emənilər daxili siyasi auranın müəyyən dərəcədə dəyişməsinə səbəb olub. Başqa sözlə, bir sıra revanşist müxalifət dairələri, xüsusilə “Qarabağ kartı” üzərindən Ermənistanın siyasi hakimiyyətinə qədər “yol getmiş” Sarkisyan-Koçaryan cütlüyü yenidən fəallaşıb. Onlar artıq yeni sima - Levon Koçaryanın “liderliyi” ilə gündəmə qayıtmaq fikrindədirlər. Paşinyanın növbədənkənar seçkulərə qərar verməsi keçmiş “Qarabağ klanı”nın bu arzusunun da üstündən xətt çəkə bilər...
PƏRVİZ
Xəbər lenti
Hamısına baxGündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34

