"YARAT! Müasir İncəsənət Məkanı" "012 Bakı Public Art Festivalı"nın açılış mərasimini keçirib
25.02.2012 [01:54]
Dünən “üNS Yaradıcılıq Səhnəsi”ndə müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının birinci “012 Bakı Public Art Festivalı”nın təntənəli açılış mərasimi keçirilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.
AzərTAc xəbər verir ki, festivalın açılış mərasimində layihənin ümumi ideyası, konsepsiyası və eləcə də yaradıcılıq prosesi gedişində toplanmış eskizlər, qeydlər, fotoşəkillər təqdim olunub.
“012 Bakı Public Art Festivalı”nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdiriblər. Rəssamlar tarixçilərlə bir yerdə məlumat toplayaraq seçdikləri yerlərin - binaların, küçələrin, parkların və hətta ayrı-ayrı eyvanların tarixini ətraflı şəkildə öyrəniblər.
Layihə martın 9-dan başlayaraq (ilk sənət işinin təqdimi) 21 həftə davam edəcək. Layihə planı çərçivəsində hər cümə günü növbə ilə rəssamlar öz əsərlərini seçdikləri ərazidə yerləşdirib təqdim edəcəklər. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq tamaşaçıya hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq.
Beləliklə, rəssamlar öz əsərlərini daha açıq məkanda, geniş şəkildə təqdim edərək qalereyaların və muzeylərin yaratdıqları müəyyən məhdudiyyətdən azad olaraq tam yaradıcılıq sərbəstliyi əldə edəcəklər. Bu, şübhəsiz, şəhər sakinlərinin və qonaqların - geniş auditoriyanın diqqətini cəlb edəcək.
Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar. Sərgidə rəssamlar Altay Sadıqzadənin, Ağa Hüseynovun, Fuad Salayevin, Məmməd Mustafayevin, Hüseyn Haqverdinin, Mahmud Rüstəmovun, Teymur Daiminin, Niyaz Nəcəfovun, Mehdi Məmmədovun, Rəşad Ələkbərovun, Əli Həsənovun, Aida Mahmudovanın, Faiq Əhmədin, Leyla Əliyevanın, Fərid Rəsulovun, Sitarə İbrahimovanın, Rəşad Babayevin, Nail Ələkbərovun, Orxan Hüseynovun, Nəzrin Məmmədovanın və Şərqiyyə Rəhmanlının əsərləri nümayiş olunacaq.
Tanınmış ictimai-siyasi xadimlərin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, incəsənət təmsilçilərinin iştirak etdikləri mərasimi “YARAT müasir incəsənət məkanı” təşkilatının rəhbəri, rəssam Aida Mahmudova açaraq layihənin həyata keçirilməsində əməyi olan hər bir kəsə minnətdarlığını bildirib.
Gənc rəssam deyib: “Mən Azərbaycan incəsənətinin çoxcəhətliliyini, özünəməxsusluğunu və inkişafını göstərəcək festivalı elan etməyə çox şadam. Bütün bunlar dünyanın ən cəlbedici şəhərlərindən biri olan Bakının səhnəsində təqdim olunur. Azərbaycan mədəniyyətində təsviri incəsənət həmişə mühüm rol oynamış, Bakı isə Azərbaycan rəssamları üçün vacib bir məkan, oriyentir olmuşdur. “012 Bakı Public Art Festivalı” nikbinliyi və gələcəyə inamı ifadə edən, eyni zamanda, şəhərin tarixi ənənələrini və mədəni irsini nəzərə çarpdıran müasir incəsənət nümunələrinin çox maraqlı dəstini təqdim edir”.
Aida Mahmudova əminliklə vurğulayıb ki, fevralın 25-dən sentyabrın 1-dək Bakıda davam edəcək bu festival bütün iştirakçıların ürəyincə olacaq və onlara xoş anlar bəxş edəcək. A.Mahmudova qeyd edib ki, festivalın baş sponsoru “Bank Respublika” və sponsoru isə “Azercell” Telekom MMC-dir. Festivalda iştirak edən rəssamlar tamaşaçılara əsərləri barədə məlumatlar veriblər.
Tədbirdə çıxış edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva iştirakçılara təşəkkür edərək sərgi haqqında məlumat verib.
Bildirilib ki, anası, görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın xatirəsinə yaradılmış “üNS” teatrı gənc rəssamların ilk dəfə öz tədbirlərini keçirməsinə ürəkdən şaddır. Bu günədək bu məkanda artistlər, yazıçılar, şairlər, ədəbiyyatçılar çıxış ediblər, lakin rəssamlar olmayıblar. çox şadam ki, bu gün rəssamlar pleadası bizim sevimli məkanımız “üNS” teatrının ənənəsini davam etdirirlər. Bizim ilk layihəmiz “Bakı” adlanırdı. Bugünkü layihəmiz də “012 Bakı Public Art Festivalı” adlanır. “012” öz adını Bakının ərazi kodundan götürür və festivalın mövzusunu göstərir. Təsadüfən, yoxsa reallıqdan iştirakçıların da sayı 21-dir, yəni 12 rəqəminin güzgüdə əksi kimi. Bu sərgidəki işlər rəssamların təkcə spesifik mühitini, vizual interpretasiyasını deyil, həmçinin 21 yaşdan 69 yaşa qədər olan nəslin nümayəndələrinin fikirlərini, sosial, sosioloji və mədəni dəyişiklikləri əks etdirir.
Layihənin əsas məqsədi yaddaşdır, insanlığın, millətin, şəhərin yaddaşı. Yalnız yaddaş bizi böyük ideallara, cəhdlərə istiqamətləndirir. Festival özündə çoxlu tarixi faktları əhatə edir ki, bu da geniş ictimaiyyətə indiyədək məlum deyildir. Bakı qədim şəhərdir, biz onun bütün mədəni qatlarını, bizi böyük xalqa çevirən, millətimizlə bağlı dəyərli tarixi faktları qoruyub saxlamalıyıq. Əgər biz keçmişi unutsaq, gözəl gələcəyimiz olmayacaq. Biz əcdadlarımızın qoyub getdiyi hər bir şeyi xatırlamalıyıq. Yaddaş hər şeyə aiddir, insan münasibətinə də, mədəni münasibətlərə də. Mən çox istərdim ki, bu layihə bizim keçmişimizlə bağlı hər bir şeyi işıqlandırsın.
Qonaqlar unudulmaz təsir bağışlayan əsərlərlə böyük maraqla tanış olublar.
Tamaşaçılar “üNS” teatrındakı bütün eksponatları fevralın 25-dən martın 1-dək seyr edə biləcəklər.
Bildirilib ki, “012 Bakı Public Art Festivalı” çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcək. Müəlliflərlə ünsiyyət nəticəsində rejissor layihəyə hazırlıq prosesini lentə alacaq və hər həftə sənət əsərlərinin sərgisinin açılması filmin kulminasiyasını təşkil edəcək.
Film “012 Bakı Public Art Festivalı”nın sentyabrda keçiriləcək bağlanış mərasimində göstəriləcək.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56

