ABŞ-ın “xəyanət yuvaları”...
18.11.2023 [10:42]
LƏĞV OLUNMALIDIR!
Vaşinqtonun “missionerləri” fərqli adlar altında gizlənməyə çalışır
ABŞ-ın Azərbaycana qarşı tutduğu qeyri-adekvat mövqe ortadadır. Bir neçə gün öncə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Braynın “Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ABŞ və Azərbaycan arasında münasibətlər normallaşmayacaq” şəklində bəyanatı onsuz da məlum olan mənzərənin rənglərini daha da dəqiqləşdirdi. Bu, sülhə çağırış yox, diqtə etmək, özünün maraqlarının təmin olunmasına şərait yaratmaq, ən əsası isə özünü regionun “siyasi-iqtisadi söz sahibi” kimi qələmə vermək niyyətini ortaya qoyur. Tarix göstərir ki, ABŞ bu kimi ritorika ilə gücü çatmadığı, müdaxilə imkanları məhdudlaşdırıldığı, siyasi oyunlarının fiaskoya uğradığı ölkələrlə “danışmaq” istəyir. Çox uzağa getməyək - yaxın ətrafımıza nəzər salsaq, bunun şahidi olarıq. Bir neçə il öncə hətta Türkiyədə terror çevrilişi planlarının qurulmasına dəstək verən ABŞ-ın oxu orada da daşa dəymişdi. Rəsmi Vaşinqton kağız üzərində müttəfiqlik imzaladığı dövlətlərə qarşı belə çirkin oyunlardan əl çəkmir.
Amma bu kimi oyunlar bizə təsir edə bilməz - ötən 20 il ərzində ABŞ-ın konkret olaraq Azərbaycanla bağlı bütün bədniyyətli oyunları, “layihələri” ifşa edilib, onlar zərərsizləşdiriliblər. Bunlarhəm siyasi “həmlələr” kimi, həm “vətəndaş cəmiyyəti” adı altında, həm “qrant layihələri” şəklində, həm də başqa üsullarla tətbiq olunmağa çalışılıb. Amma bütün cəhdlər faydasız olub - Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti monolit və həmrəy mövqe nümayiş etdirərək bütün xarici, yad və milli maraqlarımıza zidd olan təsirlərin aradan qaldırılmasını təmin edib. Fərqli adlar altında, “siyasi institutlar” şəklində, “donor mənbəsi” formasında, hətta “mətbu nəşr və ya internet resursu” adı altında belə milli dövlətçiliyimizə qarşı çirkin həmlələrin şahidi olmuşuq - bunlar da nəticəsiz qalıb. Ölkəmizdəki milli birlik Azərbaycana xəyanət edən, milli maraqlarımıza düşmən kəsilən “siyasətçilərin”, partiya və onların sədrlərinin əsl simasının ortaya çıxmasını təmin edib.
Bu proses qarşıdakı zamanda da yüksək səviyyədə təmin ediləcək - Azərbaycana diqtə etmək istəyənlərə, ABŞ-a “kölə xidməti” göstərənlərə, maddi maraq uğruna satqınlıq edənlərə öz layiqli yerləri göstəriləcək. Qeyd olunduğu kimi, fərqli üsullarla özünü “gizləməyə” çalışan, vətəndaş cəmiyyəti və ya siyasi palitra görüntüsü ilə özünü pərdələyən şəbəkələr əvvəl-axır özünü ələ verəcək - xainlik və xəyanətin axırı yoxdur. Azərbaycan cəmiyyəti bu məsələdə hər zaman birmənalı münasibət, birmənalı mövqe nümayiş etdirib - ABŞ-ın, Qərbin ölkəmizdəki şəbəkəsi təmizlənməli, USAİD kimi təşkilatların fəaliyyəti dayandırılmalı, heç kəs bu təşkilatlarla əməkdaşlıq etməməlidir - bu gün bəzi beynəlxalq təşkilatlar “humanitar yardım”, “xeyriyyəçilik fəaliyyəti” adı altında böyük biznes qurublar. USAID fəaliyyətində yol verdiyi xeyli korrupsiya, mənimsəmə halları ilə hər zaman məşhur olub - Məsələn, “Wall Street Journal”ın 2013-cü ildə apardığı araşdırma nəticəsində Afrika qitəsində malyariya xəstəliyinə qarşı mübarizə məqsədilə ayrılan yardımın bir qisminin təyinatı üzrə istifadə olunmadığı aşkara çıxmışdı. Belə ki, USAID-in rəhbərlik etdiyi Malyariya Təşəbbüsü Proqramına 2006-2012-ci illərdə ABŞ büdcəsindən 2,5 milyard dollar xərclənsə də, vəsait hesabına alınan dərmanların heç də hamısının bölgə əhalisinə pulsuz çatdırılması təmin edilməmişdi. İl ərzində qitəyə göndərilən dərmanların 20 faizi cinayətkar şəbəkələrə ötürülərək qara bazarda 60 milyon dollar dəyərində satılmışdı. Bu kimi faktlar minlərlədir. Bu təşkilatların və ya şəbəkələrin müstəqil dövlətlərin təməllərini sarsıtmaq üçün fəaliyyət göstərdiyi şübhəsizdir. Onların maraqlarının, fəaliyyətlərinin hədəfi bəllidir - bu təşkilatlar, daha doğrusu ABŞ-ın çirkin siyasətinin “quyruqları” xəyanət yuvası kimi xarakterizə olunurlar. Bu məsələdə cəmiyyət birlik, həmrəylik nümayiş etdirməlidir - hətta “Azadlıq”, “Amerikanın səsi” radiolarında çalışan jurnalistlərimiz bu dağıdıcı ruporların Azərbaycana yaxşı heç nə gətirmədiklərini anlamalıdırlar. Yaradılan Amerika guşələri agentura şəbəkəsidir və onlar ləğv olunmalıdır.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51

