Cənubi Qafqazda gərginliyi artıran “müqavilə”
26.10.2023 [10:40]
Nardar BAYRAMLI
Fransa Ermənistanı silahlandırır. Oktyabrın 23-də Parisdə iki ölkənin müdafiə və silahlı qüvvələr nazirlərinin imzaladığı müqavilələr də bunu təsdiqləyir. Fransanın silahlı qüvvələr naziri Sebastyan Lökornü və onun erməni həmkarı Suren Papikyanın imzaladığı sənədlərə əsasən, Ermənistana hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü nəzərdə tutulur. “Reuters” agentliyinin yaydığı məlumata əsasən, Ermənistan Fransadan üç GM200 radio lokasiya sistemləri alacaq. Qeyd olunub ki, İrəvan və Paris Fransanın “Mistral” qısamənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu da imzalayıblar.
Fransa Ermənistana verəcəyi silahların həcmini kiçik göstərməyə çalışsa da, reallıqda İrəvana daha çox silah tədarük etmək niyyətindədir.
“Anadolu agentliyi”nin müxbiri Fransa silahlı qüvvələr naziri Sebastian Lökornüyə onun erməni həmkarı Suren Papikyan ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında “Azərbaycan Fransanın Ermənistanı silahlandırmaq qərarının regional sülhün bərqərar olması üçün göstərilən beynəlxalq səylərə xidmət etmədiyini bildirir. Fransanın Ermənistana verdiyi silahların 30 il əvvəl olduğu kimi, Azərbaycan torpaqlarını işğal etməyə deyil, yalnız müdafiə məqsədləri üçün istifadə olunacağına necə təminat verə bilərsiniz?” sualı verib. S.Lökornü suala cavabında deyib ki, ölkəsinin Ermənistana verəcəyi silahlar müdafiə xarakterli olacaq və yalnız hərbi təcavüz zamanı mülki əhalini müdafiə etmək məqsədilə istifadə olunacaq. Yerli jurnalistlərin Ermənistana silahların çatdırılma tarixi ilə bağlı suallarına cavab verən nazir bildirib ki, hüquqi prosedurlar, eləcə də istehsal vaxt tələb edir. Buna görə də dəqiq tarix bilinmir.
Mətbuat konfransında diqqətçəkən məqam isə erməni nazirə sual verilməsinin qadağan edilməsi ilə bağlı olub. Mətbuat konfransından əvvəl erməni nazirə sual verilməyəcəyi bildirilib. Konfrans zamanı fransız deputat erməni nazirə sual vermək istəyərkən, S. Lökornü deputata göz vuraraq, erməni həmkarı ilə fikir mübadiləsi aparmaq üçün deputatların kifayət qədər vaxtlarının olacağını deyib.
Qeyd edək ki, Fransanın Ermənistanı silahlandırmaq niyyətini oktyabr ayının əvvəlində bu ölkənin Avropa və xarici işlər naziri Katrin Kolonna İrəvana səfəri zamanı anons etmişdi. Kolonna bildirmişdi ki, Fransa gələcəkdə Ermənistana hərbi texnika verilməsini nəzərdə tutan saziş imzalamağa razılaşıb. Azərbaycanın Xarici İşlər Nazirliyi isə buna etiraz etmişdi. Bununla bağlı XİN-nin bəyanatında vurğulanırdı ki, Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir: “Bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır”.
Beləliklə, Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda yenidən müharibə alovlandırmaq məqsədi güdür. Təsadüfi deyil ki, bu yaxınlarda Fransanın silahlı qüvvələr naziri ölkəsinin Ermənistanın müdafiə ehtiyaclarını öyrəndiyini bəyan etmişdi. Bununla əlaqədar Fransa hərbi attaşelərinin İrəvanda danışıqlar apardıqları da rəsmi olaraq təsdiqləndi. Aydın məsələdir ki, Fransa NATO ölkəsidir və Paris NATO ordusunda istifadə olunan silahlarla Ermənistanı təhciz edə bilməz. Lakin Fransa əvəzində özünün istehsalı olan silahlarla Ermənistanın müdafiə ehtiyaclarını təmin edə bilər. Bunun ardından rəsmi Parisin başqa hədəfləri də var. Onlar əgər Zəngəzur dəhlizi açılarsa, orada iştirak etmək, onun təhlükəsizliyinin təminində “tərəf” olmaq niyyətindədir. Qafanda konsulluq açmaq niyyəti də buradan qaynaqlanır. Bütün hallarda, Fransanın Cənubi Qafqaz regionu üçün təxribatçı planları qəbulolunmazdır.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

