Azərbaycanın birgəyaşayış nümunəsi...
18.10.2023 [10:08]
Ermənilər Azərbaycanda hər zaman sülh şəraitində yaşayıb
Sabitliyi, sülhü və təhlükəsizliyi təhdid edən ən mühüm amillərdən biri kimi meydana çıxmış diskriminasiya, ayrı-seçkilik dünya üçün əsl baş bəlasına çevrilməkdədir. Bütün qitələrdə, əksər ölkələrdə vəziyyət demək olar ki, yuxarı-aşağı az fərqlənir - insanlar dini və ya etnik mənsubiyyətinə görə təqib olunur, hətta XXI əsrdə rənginə və ya irqinə görə diskriminasiyaya məruz qalır. Belə bir mənzərənin fonunda Azərbaycanda hökm sürən tolerant mühit, multikultural həyat tərzi həqiqətən də nümunəvi model kimi çıxış edir.
Xüsusi vurğulanmalıdır ki, Azərbaycanın tolerantlıq ənənəsi heç də yaxın bir və ya iki əsrə söykənmir - bu, tarixin özü ilə birgə inkişaf edən həyat tərzidir. Ölkəmizdəki bütün etnik azlıqlar daima dostluq və yaxın qonşuluq münasibətləri əsasında birgəyaşayış nümunəsi formalaşdırıblar. Müasir dövrümüzdə isə bu məsələ daha qabarıq şəkildə özünü biruzə verib - Azərbaycanın millətlərarası münasibətlər sahəsində siyasəti xalqımızın xoş niyyəti, tarix boyu formalaşan ənənələri və ölkəmizin bugünkü müsbət mənzərəsi nəzərə alınmaqla müəyyənləşdirilib. Ölkəmizin mənzərəsi bu gün də milli-dini zəmində rəngarəngliyi ilə fərqlənir. Eyni zamanda, hüquqi dövlət olan Azərbaycanda qanun bu bərabərliyin əsas təminatçısı və qarantıdır. Azərbaycan dövləti öz vətəndaşının hüquqlarını bərabər, heç bir təsirə və ya ayrı-seçkiliyə məruz qalmadan tanıyır, qiymətləndirir...
Nəinki Xankəndidə...
Qeyd etdiyimiz kimi, tolerantlıq bizim həyat tərzimiz olub. Bu gün Qarabağı öz xoşu, öz arzusu ilə tərk edən erməni əhalisi də vaxtilə bu mühitin tərkib hissəsi kimi çıxış edib. XX əsrin 80-ci illərinə qədər Azərbaycan torpaqlarında yaşayan ermənilər bütün hüquqlardan yararlanıb, onlara qarşı hər hansı bir ayrı-seçkilik edilməyib. Sadəcə olaraq, 80-ci illərin sonunda erməni millətçiliyinin Qarabağla bağlı məkrli planları başlayıb. Bundan sonra azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb və azərbaycanlılar öz doğma yurd yuvalarından qovulublar.
Amma həmin dövrə qədər Qarabağda tolerant mühit hökm sürüb - bu, faktdır. Prezident İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağının ucaldılması ilə bağlı çıxışında qeyd edib ki, vaxt var idi burada azərbaycanlılarla ermənilər dostluq şəraitində yaşamışdır: “Vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşamışlar. Mən o illəri xatırlayıram və xüsusilə Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. Düz 18 il. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi. Mən xatırlayıram, atamla birlikdə burada olmuşam. O ab-havanı mən xatırlayıram. Burada, sözün əsl mənasında, səmimi bir ab-hava şəraitində təmaslar var idi, birgə işlər görülürdü”.
Dövlət başçısı qeyd edib ki, insanlar burada yaxşı yaşayırdı: “Heç bir ayrı-seçkilik, diskriminasiya olmamışdır. Bu sözlərimi təsdiq etmək üçün bir misal gətirə bilərəm, o vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin doqquz nəfərdən ibarət büro üzvü var idi. Onlardan səkkizi erməni, biri azərbaycanlı idi, o da Şuşa Şəhər Partiya Komitəsinin birinci katibi. Yaxşı, əgər ayrı-seçkilik var idisə, onda bax, gətirdiyim misal nəyi göstərir? Birinci katib erməni, icraiyyə komitəsinin sədri erməni, bütün digər vəzifəli şəxslər, burada heç bir ayrı-seçkilik yox idi. Azərbaycanda erməni dilində qəzet dərc edilirdi, yəni o illərdə olub və bilirsiniz biz o illəri də kənara qoya bilmərik. Əksinə, o illəri xatırlayanlar o xatirələri gənc nəsillə bölüşsünlər”.
Reinteqrasiya proqramına əsasən...
Bu gün ermənilərin Azərbaycan torpaqlarında yaşamasına heç bir əngəl yoxdur - reinteqrasiya proqramı təqdim olunub və bu proqramda əksini tapan bütün məsələlər reallığı əks etdirir. Reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir. Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir. Azərbaycanın Prezident Administrasiyasının məsələ ilə bağlı açıqlamasında da bildirilir ki, hüquqi və idarəetmə sahəsi üzrə inteqrasiya özündə bir sıra məsələləri ehtiva edir. Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır. Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir.
Eyni zamanda, sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir. Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur. Erməni dilinin istifadəsinə imkan yaradılır. Qanunun aliliyinin təmin olunduğu ölkəmizdə hər bir vətəndaşı dövlətin inkişafına öz töhfəsini verməlidir. Bunun üçün isə qanunlara tabe olmaq, müvafiq hüquqlardan yalnız və yalnız dövlətin inkişafı üçün istifadə etmək gərəkdir. Azərbaycan dövləti hər zaman birgəyaşayış nümunəsi kimi qeyd olunub. Bu gün də eyni ənənəni yaşadırıq...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51

