31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
29.12.2011 [18:54]
20 il öncə -1991-ci ilin dekabrında Azərbaycan tarixinin ən keşməkeşli dövrlərdən birini yaşayırdı. Yenicə müstəqillik əldə etmiş ölkəmiz azadlığın şirinliyini dadmamış tarixin ən acı zərbələrinə tuş gəlmişdi. Azərbaycana qarşı yönələn təzyiqlərin, iddiaların ardı-arası kəsilmirdi. Xarici güclər regionun strateji nöqtəsi sayılan, zəngin təbii sərvətlərə malik ölkəmizi ələ keçirmək üçün bütün vasitələrə əl atırdılar. Bu isə müstəqillik yolunda ilk addımlarını atmağa hələ macal tapa bilməyən Azərbaycanın parçalanmasına, formal müstəqillik pərdəsi altında müstəmləkəyə çevrilməsinə gətirib çıxarmaq üzrə idi.
Həmin dövrlərdə Azərbaycanın hər bir nöqtəsində analoji gərginlik hiss edilirdi. Amma ağır blokada şəraitində yaşayan, erməni fitnəkarlığı ilə üz-üzə qalan, Naxçıvan Muxtar Respublikasında vəziyyət daha gərgin idi. Bununla belə, böyük dövlətçilik bacarığı və uzaqgörən siyasəti ilə Naxçıvanı xarici müdaxilələrdən qoruyan, blokada şəraitində olan Muxtar Respublikanı qoruyan Ulu öndər Heydər Əliyev həmin vaxt, eyni zamanda, Azərbaycanı düşünürdü. ümummilli lider yaxşı bilirdi ki, Azərbaycanı bu cür ağır çətinliklərdən bir yolla - milli birliyə nail olmaq yolu ilə xilas etmək olardı. Daha doğrusu, nəinki ölkə daxilində, həm də dünyanın hər yerində yaşayan soydaşlarımızın milli maraqlar ətrafında bir araya gəlməsi Azərbaycanın çətin vəziyyətdən çıxmasında mühüm rol oynaya bilərdi. Məhz bu məqsədlə də Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin 1991-ci ildə keçirilən tarixi iclasında dünya azərbaycanlılarına üz tutdu. ONLARI BİRLİYƏ, HƏMRƏYLİYƏ, AZƏRBAYCANIN KöMƏYİNƏ SƏSLƏDİ.
ümummilli liderimiz Heydər Əliyevin çağırışı həm özündə Azərbaycanın etnik-mədəni rəngarəngliyini, həm də dövlətin gələcək taleyini və yerləşim coğrafiyasını əks etdirirdi. Bu çağırış müdrik dövlət adamının ölkənin gələcək taleyi ilə bağlı uzaqgörən strategiyasına əsaslanırdı. Qısa bir müddət keçəcək, verilən tarixi qərar hər cür emosionallıqdan uzaq, mükəmməl azərbaycançılıq ideologiyasına, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevriləcəkdi. Dünya azərbaycanlılarının birinci qurultayında Ulu öndər demişdi: “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda, assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram- gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. HƏMİŞƏ FƏXR ETMİŞƏM, BU GüN DƏ FƏXR EDİRƏM Kİ, MƏN AZƏRBAYCANLIYAM!!!”
Qeyd olunduğu kimi, azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirən Ulu öndər xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirir, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən dünya azərbaycanlılarının birinci qurultayı milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri oldu. ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı Sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı.
Ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyalarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı diaspor quruculuğu işini daim xüsusi diqqət mərkəzində saxlayaraq müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla görüşlər keçirib, milli həmrəyliyimizin möhkəmlənməsinə öz töhfələrini verib, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirib. Büdcədən diaspor quruculuğuna ayrılan vəsaitlərin ildən-ilə artırılması da milli həmrəyliyə yüksək diqqət və qayğının bariz nümunəsi kimi diqqəti çəkir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir.
Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkan verdi. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb.
Bu il iyul ayında keçirilən Dünya Azərbaycanlılarının III Qurultayı isə müasir, qüdrətli, yerləşdiyi regionun lideri olan Azərbaycanın bu sahədə yeni mərhələyə qədəm qoymasından xəbər verdi. Bu qurultay indiyə qədər görülən işlərin hesabatı kimi xarakterizə olunmaqla yanaşı, gələcəkdə qarşıda duran vəzifələrin müəyyənləşməsində də böyük rol oynadı. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, bütün dünyada yaşayan azərbaycanlılar bir olduqlarını və öz dövlətlərinin maraqları uğrunda fəaliyyət apardıqlarını nümayiş etdirdi: “Mən bir daha demək istəyirəm ki, xaricdə yaşayan azərbaycanlıların üçüncü qurultayı çox əlamətdar hadisədir. İlk növbədə, ona görə ki, yenə də biz bir yerə yığışdıq. Yenə də həm Azərbaycan xalqına, həm bütün dünyaya göstərdik ki, biz bir yerdəyik. Biz bir xalqıq, biz böyük xalqıq. Bu gün güclənən Azərbaycan bizim qürur mənbəyimizdir”.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan xalqının nümayəndələri dünyanın hansı nöqtəsində olursa olsunlar öz doğma yurdları Azərbaycanın tanınmasına, problemlərimizin həllinə çalışmalıdırlar. Bu, bir daha harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının öz milləti, dövləti üçün lazımi anda səfərbər ola biləcəyini göstərdi. Xalqımızın övladlarının Vətənə bağlılığı, ölkəsinə sevgisi məsafə ilə ölçülmür və hər bir azərbaycanlı dünyanın istənilən nöqtəsində öz milli maraqları uğrunda birləşməyi bacarır. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlının Vətənidir: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.
Bəli, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası ölkəmizdə milli birliyin yaranmasına, dünya azərbaycanlılarının bir məfkurə işığında birləşməsini şərtləndirdi. Bu gün milli birliyimizin əsasının qoyulduğu gündən düz 20 il keçir. Dekabrın 31-də qeyd olunacaq milli həmrəylik günü ölkəmizdə və Azərbaycan diasporu tərəfindən dünyanın müxtəlif ölkələrində əziz bayram kimi təntənə ilə qeyd edilir. çünki bu bayram ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması işində mühüm rol oynamaqdadır.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

