/ / "Kütləvi informasiya vasitələrində obyektivlik və operativlik, forma və məzmun vəhdəti prinsiplərinin təmin edilməsinin "Bakı" - "Baku"nun təcrübəsi" mövzusunda elmi konfrans keçirilib
"Kütləvi informasiya vasitələrində obyektivlik və operativlik, forma və məzmun vəhdəti prinsiplərinin təmin edilməsinin "Bakı" - "Baku"nun təcrübəsi" mövzusunda elmi konfrans keçirilib
21.12.2011 [01:40]
AzərTAc xəbər verir ki, Azərbaycan Prezidentinin Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş tədbirdə Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat, mədəniyyət xadimləri, jurnalistlər və alimin tələbələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xeyirxah insan, unudulmaz müəllim Nəsir İmanquliyevin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.
Konfransda Nəsir İmanquliyevin mənalı ömür yolundan, səmərəli elmi, pedaqoji fəaliyyətindən, mətbuatımızın inkişafındakı xidmətlərindən söhbət açılıb, Əməkdar jurnalistin irsinin müasir nəsil üçün örnək səciyyə daşıyan məqamları ətrafında fikir mübadiləsi aparılıb.
Konfransı açan Milli Kitabxananın direktoru Kərim Tahirov Nəsir İmanquliyevin Azərbaycan milli mətbuatının inkişafı istiqamətində yorulmaz fəaliyyətindən danışıb.
Konfransın əhəmiyyətini qeyd edən K.Tahirov deyib ki, professor Nəsir İmanquliyev bütün mənalı ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib.
Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatları Nizami Cəfərov, Elmira Axundova, Bəxtiyar Sadıqov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Xalq şairi Sabir Rüstəmxanlı, jurnalist Zemfira Məhərrəmli və AYB-nin katibi Rəşad Məcid XX əsr Azərbaycan mətbuatı və ictimai fikir tarixində xüsusi yeri olan Nəsir İmanquliyevin mənalı həyatından, yaradıcı əməyindən, eyni zamanda, onun çağdaş mətbuatımıza örnək ola biləcək meyarlarından danışıblar.
Bildirilib ki, Nəsir İmanquliyev ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynamış “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və baş redaktoru olub. Ustad jurnalistin bu nəşrə gətirdiyi yeniliklərlə Azərbaycanda azad sözə, fikrə daha çox yer ayrılıb və oxucular daim yeni informasiyalarla təmin ediliblər. Qəzetin səhifələrində paytaxtın gözəlliyi, yenilikləri ilə yanaşı, şəhərdə həlli vacib məsələlər də geniş şəkildə işıqlandırılıb. O dövrdə “Bakı” və “Baku” qəzetlərinə işə qəbul olunmuş gənclər bu gün jurnalistika sahəsində tanınmış simalardır.
Nəsir İmanquliyev həm peşəkar redaktor, həm də təcrübəli müəllim kimi tələbə jurnalistlərin yaradıcılığına geniş imkan yaradırdı. Nəsir müəllimin məktəbi bu gün də davam edir. Nəsir İmanquliyevin uzun müddət rəhbərlik etdiyi “Bakı” və “Baku” qəzetləri nəinki Azərbaycanda, eləcə də keçmiş sovetlər birliyində daim diqqət mərkəzində olub.
Professor Nəsir İmanquliyevin pedaqoji fəaliyyətindən söz açan natiqlər vurğulayıblar ki, o, yüzlərlə gənc jurnalistə bu peşənin sirlərini dərindən mənimsədib. Ustad jurnalist yetirmələrini gələcəyin yaxşı qələm sahibləri kimi görmək üçün əlindən gələni əsirgəməyib. Nəsir İmanquliyevin həyat və yaradıcılığı müasir jurnalistikamız üçün böyük örnəkdir. Nəsir müəllim yüzlərlə gənc jurnalistə bu peşənin sirlərini öyrədib.
Vurğulanıb ki, müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan professor Nəsir İmanquliyev ömrünün sonunadək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyib, milli kadrların formalaşmasında mühüm rol oynayıb. Lakin Nəsir müəllimin əsl universiteti “Bakı” və “Baku” qəzetləri idi. O, universitet auditoriyalarında tələbələrə jurnalistikanın əsasları barədə nəzəri biliklər aşılamış, “Bakı” və “Baku”nun “auditoriyalarında” isə Azərbaycan jurnalistlərinin bütöv bir nəslinə qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistlik məharəti, redaktə bacarığı, səbirlə işləmək vərdişləri öyrədib. Bütün bunlara görə tam məsuliyyətlə demək olar ki, Nəsir müəllim milli mətbuatımızın tarixində özünün jurnalistika məktəbini yaradıb.
Diqqətə çatdırılıb ki, milli mətbuatımızın bu gün üstünlük verdiyi xəbər janrının əhəmiyyətini hələ 40-45 il bundan əvvəl yüksək qiymətləndirən Nəsir müəllim rəhbərlik etdiyi qəzetlərdə operativ, dəqiq, qərəzsiz, maraqlı, rəngarəng xəbərlərə daim “yaşıl işıq” yandırırdı. Bu, o zaman axşam qəzetlərini digər mətbu nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biri idi.
Tədbirdə çıxış edən Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev böyük alim və jurnalist Nəsir İmanquliyevin zəngin yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüb.
Arif Paşayev öz adından və ailəsi adından Prezident İlham Əliyevə Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama görə minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

