Təkidlə tələb olunur!
01.09.2023 [10:10]
Xəbər verildiyi kimi, avqustun 31-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Nazirliyin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Fransadan təhrikçi və utancverici addımlar
Məğlub Ermənistan postmüharibə mərhələsində revanşizm iddialarından çıxış edir və sülh prosesini əngəlləməkdən ötrü müxtəlif manipulyativ əməllərə əl atır. Bu ölkənin baş naziri Nikol Paşinyan vasitəçilərin iştirakı ilə müxtəlif məkanlarda baş tutan yüksəksəviyyəli görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, ölkəmizin Laçın-Xankəndi yolunun üzərində suveren hüquqlarından istifadə etməklə nəzarət-keçid məntəqəsi qurmasına etiraz edir. Ermənistan rəhbərliyi və separatçılar ona nail olmaq istəyirlər ki, bu ölkədən Xankəndinə - Azərbaycan ərazisinə keçid hansısa bir yoxlama, nəzarət həyata keçirilmədən təmin edilsin. Azərbaycan müstəqil dövlətdir və onun sərhədləri də beynəlxalq səviyyədə təsbit olunan prinsiplərə uyğun olaraq qorunmalıdır. Sərhəddə, öz ərazisində bəhs olunan məntəqəni qurmaqla ölkəmiz də məhz bunu edir. Lazımdır ki, hər kəs, o cümlədən də Ermənistan respublikamızın suveren hüquqlarına hörmətlə yanaşsın.
Bəs 44 günlük müharibədə acınacaqlı məğlubiyyət acısı yaşadığına görə onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalayan və üzərinə öhdəliklər götürən Ermənistanı postmüharibə dövründə, xüsusilə də son vaxtlarda sülhyaratma prosesini daha açıq-aydın pozmağa cəsarətləndirən hansı qüvvələrdir? Hər kəsə bəllidir ki, Ermənistan öz mövqeyi olmayan bir dövlətdir. Bu ölkənin siyasi hakimiyyəti fəaliyyət istiqamətlərini, o cümlədən də sülhyaratma prosesində sərgilədiyi destruktiv mövqeyi məhz ayrı-ayrı mərkəzlərdən aldığı direktivlər əsasında müəyyənləşdirir. Bu dövlətə, onun lideri Nikol Paşinyana “otur-dur” deyən qüvvələr ölkə hüdudlarından kənardadırlar. Ermənistan xaricdəki havadarlarına arxalanmaqla tez-tez təxribatlara əl atır.
Məğlub Ermənistanı revanşizmə, pozuculuq əməllərinə ruhlandıran xarici havadarları sırasında Fransa xüsusi canfəşanlığı ilə fərqlənir. Fransanın prezidenti Emmanuel Makron və bir sıra digər yüksəksəviyyəli rəsmiləri erməni lobbisinin girovluğunda qalıblar, desək, əsl həqiqəti ifadə etmiş olarıq. E.Makron dəfələrlə Ermənistanın yanında olduğunu, bu ölkəni daim dəstəkləyəcəyini dilə gətirib. Elə bu günlərdə o, eləcə də Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona səfirlər konfransında reallıqdan uzaq, sülhyaratma prosesinə xələl gətirməyə hesablanan absurd fikirlər səsləndiriblər. Fransa prezidentinin növbəti dəfə bölgədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir. Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb və burada ağlasığmaz dağıntılar, vandalizm əməlləri törədib. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soyqırımı və kütləvi qırğınlar həyata keçirilib, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, onların hüquqları ən kobud şəkildə tapdalanıb. 44 günlük müharibədən sonra da Ermənistan hərbi-siyasi təxribatlara son qoymur. Bu ölkə Azərbaycan ərazilərindən silahlı qüvvələrinin tam çıxarılması öhdəliyinə əməl etməyib. Bütün bu kimi faktlara göz yuman Fransanın siyasi rəhbərliyinin “humanitar böhran” xoruna qoşulması qeyri-əxlaqi yanaşmanın təcəssümüdür. Emmanuel Makrondan, Katrin Kolondan sonra sözün əsl mənasında ağlaşma quran bu xorda Paris merinin də yer alması və “Laçın” sərhəd-keçid məntəqəsi yaxınlığında ona aid olmayan məsələlərdən danışması, erməni lobbisinin xoşuna gəlmək üçün hansısa vədlər verməsi Fransa cəmiyyətində deqradasiya prosesinin geniş vüsət aldığını göstərir. Açıq-aydın görünür ki, bu ölkənin rəsmiləri gələcəkdə də vəzifədə qalmalarını təmin etməkdən ötrü Avropa maraqlarını lobbi maraqlarına qurban verirlər.
Azərbaycanın prinsipial mövqeyi
Azərbaycan ədalətli mövqeyini qətiyyətlə qorumağa qadir olan ölkədir. Buna həm respublikamızın gücü, həm də siyasi iradəsi çatır. Fransa tərəfinin addımları Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğu vurğulanıb.
Qeyd olunub ki, Ermənistanın yalan və manipulyasiya kampaniyasına alət olan bu təxribatçı əməlləri bölgədə vəziyyətin gərginləşməsinə yönələn və Fransa tərəfindən Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirən və son günlər daha da intensivləşən addımların növbəti nümunəsidir.
Azərbaycan tərəfi, beynəlxalq humanitar yardımın göndərilməsi ilə bağlı beynəlxalq hüquqi çərçivəyə zidd olaraq nümayişkaranə şəkildə Azərbaycan tərəfi ilə razılaşdırmadan, onun iradəsinin əksinə Azərbaycanın beynəlxalq tanınmış ərazisinə hər hansı bir ad altında yüklərin göndərilməsi cəhdini təxribatçı əməl kimi qiymətləndirib və buna qəti etiraz qarşı tərəfin diqqətinə çatdırılıb.
Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda beynəlxalq aktorların fəal səyləri ilə irəlilədilən kövrək normallaşma prosesini təhlükə altına alan addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16

