Görkəmli şərqşünas alim
11.10.2011 [15:37]
Oktyabrın 10-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri -şərqşünas alim, tərcüməçi, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın dünyaya göz açdığı gündür. Qədirbilən xalqımız hər il bu günü alimin xatirəsinə ehtiram və hörmət əlaməti olaraq silsilə tədbirlərlə qeyd edir.
AzərTAc xəbər verir ki, dünən professor Aida İmanquliyevanın ailə üzvləri, yaxın qohumları İkinci Fəxri xiyabana gələrək onun xatirəsini dərin ehtiramla yad ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivləri, Milli Məclisin deputatları, respublikanın qadın ictimaiyyətinin nümayəndələri, tanınmış elm xadimləri, ziyalılar da alimin doğum günündə İkinci Fəxri xiyabana gəliblər. Görkəmli şərqşünas alimin məzarı üzərinə əklillər və tər gül-çiçəklər düzülüb.
Mərasimdə AQUPDK-nın sədri Hicran Hüseynova şərqşünaslıq elminin inkişafında böyük xidmətləri olmuş alimin həm elmi, həm də ictimai fikir tarixindəki rolundan, mənalı ömür yolundan və zəngin yaradıcılığından danışıb. Bildirib ki, Aida xanım Azərbaycan şərqşünaslıq elminin korifeylərindən biri, yorulmaz tədqiqatçı, həssas, qayğıkeş, nəcib insan idi. Mühacir ərəb ədəbiyyatını dərindən tədqiq edib, şərqşünaslıq elmində silinməz iz qoymuş Aida İmanquliyevanın tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin əvəzolunmaz sərvəti, dünya şərqşünaslığı xəzinəsinə daxil olmuş çox dəyərli araşdırmalardır. İyirmidən artıq ölkəni təmsil edən yeni ərəb ədəbiyyatının ən ciddi tədqiqatçılarından biri A.İmanquliyeva tarixə ilk müsəlman şərqşünas alim qadın, ilk qadın ərəbşünas, ərəb mühacir ədəbiyyatının tədqiqatçısı, Azərbaycan ərəb ədəbiyyatşünasları məktəbinin yaradıcısı kimi düşüb.
Bildirilib ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub, 132 nömrəli orta məktəbi qızıl medalla bitirib. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq fakültəsini müvəffəqiyyətlə başa vuraraq 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyaları müdafiə edib. O, ilk azərbaycanlı qadın şərqşünas elmlər doktoru idi. Aida xanım uzun illər Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru olub. O, öz istedadı və əməksevərliyi sayəsində qısa müddətdə keçmiş Sovet İttifaqında yeni ərəb ədəbiyyatının ən tanınmış mütəxəssislərindən birinə çevrilib.
Aida İmanquliyeva nisbətən qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin ədəbi irs qoyub gedib, fundamental tədqiqatları ilə təkcə Azərbaycan və sovet şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirib, inkişaf etdirib. Onun ərəb məhcər ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilmiş əsərlərdir. Alimin bir çox xarici dillərə tərcümə edilmiş “Yeni ərəb ədəbiyyatı korifeyləri” kitabı onun çoxillik gərgin tədqiqatlarının yekunu, ərəb məhcər ədəbiyyatı haqda yazılmış ən sanballı tədqiqat əsəridir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb alimləri arasında da geniş maraq doğurub, görkəmli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Aida İmanquliyeva keçmiş Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biridir. Fədakar alim bu sahədə böyük əmək sərf edib, nəticədə belə bir çətin kursun yaradılmasına nail olub. Onun bu haqda yazdığı məqalələr, beynəlxalq konfrans və simpoziumlarda etdiyi çıxışlar, uzun illər ərzində BDU-nun şərqşünaslıq fakültəsində oxuduğu yüksək səviyyəli mühazirələr yeni ərəb ədəbiyyatının çağdaş dövrdə daha dərindən öyrənilməsi üçün ən gözəl mənbələrdən, mötəbər elmi vəsaitlərdəndir. Professor Aida İmanquliyeva çox az adama nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən bir alim idi.
AQUPDK-nın sədri bildirib ki, komitənin “Ərəb filologiyası sahəsində tələbələrin və gənc alimlərin arasında ən yaxşı elmi-tədqiqat əsəri” mövzusunda artıq üçüncü dəfə keçirdiyi müsabiqə ölkəmizdə şərqşünaslıq elminin inkişafına əlavə təkan verəcəkdir. Bu il müsabiqənin münsiflər heyətinə xeyli iş təqdim edilib. Onların arasından seçilmiş üç ən yaxşı işin müəllifi mükafatlandırılacaq. H.Hüseynova vurğulayıb ki, belə bir müsabiqənin keçirilməsi qərarına gəlməyimiz Aida İmanquliyevanın xatirəsini onun adına və yerinə yetirdiyi şərəfli missiyaya layiq şəkildə qeyd etmək, bu gün də aktuallığını itirməyən zəngin ədəbi irsini qoruyub saxlamaq istəyindən yaranıb. Aida xanım o qədər qeyri-adi, təkrarsız şəxsiyyət olub ki, onun adı ilə bağlı hər hansı bir tədbir dərin məna və məzmunu ilə seçilməlidir.
Tədbir AQUPDK-da davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

