Bakıda "YARAT müasir incəsənət məkanı" təşkilatının "Ön söz" sərgisi açılıb
06.10.2011 [23:30]
Bakıda “YARAT müasir incəsənət məkanı” təşkilatının “ön söz” adlı sərgisi açılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.
Məzmununa və formasına görə onsuz da seçilən müasir incəsənət əsərləri bu dəfə həm də fərqli məkanda təqdim edilib. Əsərlər hələ ki, inşası davam edən binada sərgilənib. Təmir və tikinti fonunda gənc rəssamların qeyri-adi əsərlərinin ideyası daha qabarıq şəkildə təqdim olunub. Belə sərginin keçirilməsi ideyası isə tədbiri təşkil edən “YARAT müasir incəsənət məkanı” təşkilatına məxsusdur. Bu, qurumun ilk ekspozisiya layihəsidir və eyni zamanda, onun yeni, fəaliyyətdə olan mədəni institusiya kimi təqdimatıdır.
Təşkilatın əsas məqsədi müasir Azərbaycan incəsənətinin professional səviyyədə dəstəklənməsi, rəssamlarımızın yaradıcılığının ölkəmizdə və xaricdə təbliğinə yönələn sərgilər, festivallar, seminarlar, ustad dərsləri və müxtəlif təlim-tədris tədbirlərinin keçirilməsini təşkil etməkdir.
Sərgidə müasir incəsənətin ənənəvi növləri və janrları ilə yanaşı quraşdırmalar, performans və videoart təmsil olunur. Burada 27 rəssamın əsərləri təqdim edilir. Sərginin məqsədlərindən biri də tamaşaçıları müasir incəsənətin tanınmış nümayəndələri ilə yanaşı, yeni, gənc, ümid doğuran istedadlarla tanış etməkdir.
Adından da göründüyü kimi, “ön söz” ekspozisiyasında söhbət incəsənətin dövrümüzün önəmli və canlı problemlərinə toxunan ən aktual, eksperimental yanaşmalarından gedir.
Ekspozisiya həm də ictimaiyyətin diqqətini müasir incəsənətin özünəməxsus art-analitika, yəni günümüzün ən aktual meyilləri və problemlərini konseptual bədii modellər vasitəsilə üzə çıxaran və təhlil edən sahə qismində önəmli roluna cəlb etmək məqsədini daşıyır.
Tanınmış ictimai-siyasi xadimlərin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, incəsənət təmsilçilərinin iştirak etdiyi mərasimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı ömər Eldarov açıb. O, rəssam Aida Mahmudovanın rəhbərlik etdiyi “YARAT müasir incəsənət məkanı” təşkilatının üzərinə götürdüyü missiyanın incəsənətimizin təbliği istiqamətində yeni addım hesab ediləcəyinə ümidvar olduğunu bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova bu sərginin insanları müasir incəsənətin müxtəlif istiqamətləri ilə tanış etdiyini vurğulayıb. Bildirib ki, Aida Mahmudovanın rəhbərliyi ilə yaradılan yeni təşkilat öz ətrafında gənc rəssamları toplayaraq, onların yaradıcılıqlarına təkan verəcək və bu gənclər Azərbaycanın incəsənətini xaricdə yüksək səviyyədə təbliğ edən şəxslər olacaqlar.
Sərginin qeyri-adiliyindən danışan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev vurğulayıb ki, rəssam üçün həm əsəri yaratmaq, həm də onu nümayiş etdirmək vacib məsələdir. “YARAT müasir incəsənət məkanı” isə yaradıcı insanlara yeni imkanlar açır.
Akademik Arif Paşayev təşkilata və gənc rəssamlara uğurlar arzulayıb.
“YARAT müasir incəsənət məkanı” təşkilatının rəhbəri, rəssam Aida Mahmudova çıxış edərək tədbirə gələn qonaqlara minnətdarlığını bildirib. Gənc rəssam qeyd edib ki, bu sərgini həm təşkil etmək, həm də burada iştirakçı kimi çıxış etmək, arzuların reallığa çevrildiyini görmək sevindirici haldır.
Sonra sərgidə əsərləri təqdim edilən rəssamlar xatirə şəkli çəkdiriblər.
“ön söz” adlı sərgi ilə tanış olan qonaqlara təqdim edilən əsərlər barədə məlumat verilib.
Müasir incəsənət artıq cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilmiş və Azərbaycanda daha da populyarlaşır. Sərgi ilə tanış olanlar fərqli bir məkana gəldiklərini hiss ediblər. Bir ay ərzində bu özəl avanqard dünyası paytaxt sakinlərinin və qonaqların ixtiyarında olacaq. Təqdim edilən əsərlər müasir incəsənət nümunələridir. Bu əsərlər realist çalarlarla, fərqli forma və rənglə diqqəti cəlb edir. Müasir incəsənətin nəfis nümunələri qeyri-adi düşüncənin əksidir. Bir qədər sərt görünən əsərlər əslində heyrətamiz gözəlliyi və maraqlı işlənmə texnikası ilə seçilir. Ekspozisiyanın zəngin toplusu müasir sənətin xüsusiyyətlərinin açıqlanmasına imkan verir.
Qeyri-adi üslubda və formatda qurulan sərgini cəsarətlə eksklüziv də adlandırmaq olar. Burada avanqard üslubda işlənilən əsərlər böyük maraq doğurur. Qeyri-ənənəvi formada qurulan məkanda ekspozisiyaya yanaşma tərzi də fərqlidir.
İncəsənət həmişə insanın məkanda tutduğu yeri ifadə edir. Amma müasir incəsənət bu ideyanı yeni forma vasitəsilə həyata keçirir. Avanqard yeni çalarlar, yeni ritm, yeni plastika və forma ilə maraqlıdır. Həqiqətən parlaq və orijinal bir fenomen olan müasir Azərbaycan incəsənətinin nümunələri özəlliyi ilə seçilir. Buradakı əsərlər estetik tərbiyə, bədii zövqün inkişafı, fərqli düşüncə üçün gözəl imkanlar açır. Sərgidəki əsərlərdə daha çox qeyri-ənənəvi, bəzən hətta gözlənilməz ifadə texnologiyası tətbiq edilib.
Bu sərgi onu da təsdiqləyib ki, müasir incəsənət əsərlərində müəllif yeni obrazlar axtarmaqla yanaşı, həm də onların yeni ifadə formaları üzərində çalışır. Bu sahədə yaradan hər bir rəssam seçdiyi mövzu haqqında ən dolğun məlumat vermək üçün özünəməxsus ifadə üsullarından istifadə edir. Müasir incəsənət üslubunu seçənlər əsərləri ilə tamaşaçını dialoqa, diskussiyaya çağırırlar. Müasir incəsənətin ən parlaq aspekti onun qeyri-müəyyənliyidir.
Qonaqlar tükənməz təsir bağışlayan əsərlərlə böyük maraqla tanış olublar.
Bütövlükdə, belə sərgilər zəruri peşəkar mühitin və yaradıcılıq məkanının yaradılmasına kömək edəcək.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

