/ / Birinci xanım Mehriban Əliyeva Berlindəki "Berlin-Baku-Galeri" sərgi salonunda və Azərbaycanın Almaniyadakı səfirliyində olub
Birinci xanım Mehriban Əliyeva Berlindəki "Berlin-Baku-Galeri" sərgi salonunda və Azərbaycanın Almaniyadakı səfirliyində olub
01.10.2011 [15:31]
Bakıdakı “Qız qalası” rəsm qalereyasının direktoru Emin Məmmədov “Berlin-Baku-Galeri” sərgi salonunun fəaliyyəti barədə Mehriban xanım Əliyevaya məlumat verib.
Azərbaycanın birinci xanımı “Berlin-Baku-Galeri” salonunun rəhbəri, tanınmış rəssam İbrahim Əhrari ilə görüşüb.
Məlumat verilib ki, 2007-ci ildən fəaliyyət göstərən bu qalereya Bakıdakı “Qız qalası” rəsm qalereyasının Berlindəki filialıdır. İndiyədək burada 62 Azərbaycan, 46 alman rəssamının sərgisi keçirilib. Açılışından bəri qalereyada 43 sərgi, bu ilin ötən dövründə isə 12 sərgi təşkil olunub. Hazırda qalereyada alman rəssamı İnqa Şmitin və Azərbaycan rəssamı Əli İbadullayevin rəsm əsərləri sərgilənir. Bu qalereya, həmçinin Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra Mehriban xanım Əliyeva Azərbaycanın Almaniyadakı səfirliyinə gəlib.
Səfir Pərviz Şahbazov Azərbaycanın Almaniyadakı diplomatik nümayəndəliyinin fəaliyyəti barədə Mehriban xanım Əliyevaya məlumat verib. Qeyd olunub ki, səfirliyin yerləşdiyi binada əməkdaşların fəaliyyəti üçün bütün şərait yaradılıb.
Heydər Əliyev Fondunun prezidenti burada Azərbaycanın Əməkdar rəssamı, Almaniyada yaşayan soydaşımız Əşrəf Heybətov ilə görüşüb. Rəssam Azərbaycanın birinci xanımının portretini və “Azərbaycan - Şərq dünyası” adlı qrafik əsərlərinin albomunu Mehriban xanım Əliyevaya təqdim edib.
Birinci xanım Mehriban Əliyeva səfirlikdə Almaniyanın Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri professor Yeva Mariya Aux ilə görüşüb.
Yeva Mariya Aux 2010-cu ildə açılan kafedranın fəaliyyəti barədə Mehriban xanım Əliyevaya məlumat verib.
Mehriban xanım Əliyeva Azərbaycan tarixini tədris edən kafedranın fəaliyyətinə dəstək verdiyini bildirib və uğurlar arzulayıb.
Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları ilə görüşən Mehriban xanım Əliyeva onlara işlərində uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

