“Kompromis həllər” masada...
09.06.2023 [10:20]
Zəngəzur dəhlizi tezliklə açıla bilər
Son zamanlar Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan danışıqlar daha da fəallaşıb. Bu fəallıq layihənin reallaşmasına inamı artırmaqdadır. Ermənistanın baş naziri Nikol Paşinyan da bunu etiraf edib. Belə ki, Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə bildirib ki, ötən həftənin sonunda Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupunun iclasında regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı mühüm irəliləyiş əldə edilib. “Ümid edirəm ki, biz konkret qərarlara gələ biləcəyik”,- deyən Paşinyan Ermənistan tərəfinin təkliflər verdiyini və həmin təkliflərin qəbul ediləcəyinə ümidvar olduğunu söyləyib. Ardınca isə Ermənistanın baş naziri bu layihə ilə bağlı təkliflərin onlara məxsus olmadığını etiraf edib: “Prinsipcə, bu, bizim təkliflərimizə oxşamır, bunlar bizim son iki il ərzində hazırladığımız kompromis həllərdir”.
Təşəbbüs və təkliflər Azərbaycana məxsusdur
Ermənistanın təkliflərinə “oxşamayan” məsələlər nədən ibarətdir? Paşinyan bununla nə demək istəyib? Əslində, bölgədə kommunikasiyaların açılması 10 noyabr üçtərəfli Bəyanatın tələblərindən biridir. Həmin sənədin 9-cu bəndində bu məsələ öz əksini tapır. 9-cu bənddə qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Buradan göründüyü kimi, indiki Ermənistanın ərazisində yerləşən Zəngəzurdan hərəkət maneəsiz olmalıdır. Nəzərə almaq lazımdır ki, həmin bənd məhz Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə sənədə daxil edilib. Bu onu göstərir ki, Zəngəzur dəhlizi adlandırdığımız bu layihə ilk növbədə ölkəmizin marağındadır. Bu layihənin həyata keçirilməsi ilə bağlı əsaslı təkliflər də məhz Azərbaycan tərəfindən irəli sürülüb.
Layihə region dövlətlərinin maraqlarına uyğundur
Ermənistan bu layihənin qarşısını almaq üçün indiyə qədər bir çox cəhdlər edib. Lakin buna nail ola bilməyib. Çünki Zəngəzur dəhlizinin açılmasında Ermənistanla İrandan savayı digər region ölkələri maraqlıdır. Eləcə də dünyanın aparıcı dövlətləri də bu layihəni dəstəkləyir. Təsadüfi deyil ki, Soçidə Paşinyanla görüşü zamanı Rusiyanın Baş naziri Mixail Mişustin də kommunikasiyaların açılmasının, ümumilikdə, regionun bütün dövlətlərinin maraqlarına cavab verdiyini vurğulayıb. O deyib ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün sistemli iş aparılır.
Hələ Moskvada üçtərəfli işçi qrupunun görüşü ərəfəsində Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da tərəflərin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin bərpa edilməsinə çox yaxın olduqlarını bildirmişdi. Onun sözlərinə görə, İşçi Qrupunun iclasında əsas müzakirə mövzusu Azərbaycan və Ermənistan arasında sərhədi keçmə modeli ilə bağlı texniki detallardır. Buna pasport, gömrük və beynəlxalq sərhədlərdə mövcud olan bütün digər nəzarət növləri daxildir. Görünən odur ki, iclasda bu məsələlər üzrə müsbət nəticələr əldə olunub.
Lakin rəsmi İrəvanın hər zaman qeyri-konstruktiv mövqe tutması səbəbindən bu layihənin reallaşması da bir qədər gecikir. Erməni tərəfi “dəhliz” sözündən qorxur, sanki bu faktı Ermənistanın varlığının sonu kimi qəbul edirlər. Halbuki, “dəhliz” termini beynəlxalq miqyasda işlədilən ifadədir. Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının toplantısına qonaq qismində iştirak edən Prezident İlham Əliyevin çıxışı zamanı Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs etməsini Ermənistanın baş naziri Nikol Paşinyan nə qədər gülünc olsa da, ölkəsinə qarşı ərazi iddiası kimi “qiymətləndirdi”. Lakin dövlətimizin başçısı İlham Əliyev onun fikirlərinin əsassız olduğunu vurğuladı: “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”.
Vasitəçilər Ermənistana təzyiq edirmi?
Aydındır ki, Ermənistanın məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın bərpasına mümkün qədər əngəl olmaqdır. Lakin rəsmi İrəvan bu layihənin gerçəkləşməsinin qarşısını almaq iqtidarında deyil. Çünki regionda kommunikasiyaların bərpası təkcə Azərbaycan üçün deyil, bütün ətraf ölkələr üçün böyük önəm kəsb edir. Ehtimal etmək olar ki, bu məsələdə Ermənistana beynəlxalq təzyiqlər də var. İki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə vasitəçilik edən tərəflər hər zaman regionda kommunikasiyaların açılmasının vacibliyini vurğulayıblar. Ən əsas məqam ondan ibarətdir ki, Cənubi Qafqazın lideri və qalib Azərbaycan yeni şəraitdə bölgə ilə bağlı şərtləri di?tə edir. Zəngəzur dəhlizinin açılması da məhz dövlətimizin irəli sürdüyü təşəbbüsdür. Beynəlxalq birlik də bu təşəbbüsü dəstəkləyir. Ona görə də, Ermənistanın başqa çıxış yolu qalmayıb.
Zəngəzur dəhlizi təhlükəsiz marşrut kimi daha etibarlıdır
İlk növbədə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Dünyanın aparıcı dövlətləri və müvafiq beynəlxalq təşkilatlar da hesab edir ki, bu layihə Avropa ilə Asiya arasında ticarət əlaqələrini daha da genişləndirəcək. Hazırda dünyada baş verən mürəkkəb proseslər, xüsusilə Rusiya-Ukrayna müharibəsi bu ölkələrin ərazisindən gedən ticarət yolları üçün risk yaradır. Bu baxımdan, Zəngəzur dəhlizi təhlükəsiz marşrut kimi daha etibarlıdır. Digər tərəfdən, bu dəhliz Avropa ilə Asiya arasında məsafə baxımından daha yaxın və tariflərə görə də sərfəli hesab edilir.
Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün faydalıdır. Bu ölkə dəhliz vasitəsilə həm iqtisadi dividentlər qazanacaq, həm də Zəngəzur dəhlizi regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

