Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Toivo Klaar erməni yalanlarına inanacaqmı?

Toivo Klaar erməni yalanlarına inanacaqmı?

08.06.2023 [11:11]

Nardar BAYRAMLI

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar regionda səfərdədir. Xüsusi nümayəndə artıq iyunun 6-da İrəvanda olub və rəsmi şəxslərlə görüşüb.

Baş nazir Nikol Paşinyanla Toivo Klaarın görüşü zamanı Brüssel və Kişinyovda keçirilən üçtərəfli və beştərəfli görüşlərdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi müzakirə edilib. Müzakirələr zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, Laçın yolundakı vəziyyətə toxunulub. Paşinyan yenə də əsassız olaraq “beynəlxalq zəmanətli dialoq mexanizmi altında Qarabağ əhalisinin hüquq və təhlükəsizlik məsələlərinin həlli” barədə danışıb.

Aİ-nin xüsusi nümayəndəsinin Ermənistanın  xarici işlər naziri Ararat Mirzoyanla görüşündə də regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə olunub. Bu kontekstdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı son proseslərə toxunulub. Mirzoyan erməni tərəfinin regionda hərtərəfli və uzunmüddətli sülhün bərqərar olmasına maraqlı olduğunu (?!) da deyib.

T.Klaarın Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşündə isə regional məsələlər, o cümlədən Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası və təşkili perspektivlərini, sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyasının gələcək işi ilə bağlı məsələlər diqqət mərkəzində olub. T.Klaarın İrəvanda keçirdiyi görüşlər zamanı erməni tərəfi ona guya Azərbaycanın hərbi ritorikadan istifadə etməsinə dair yalan məlumatlar da veriblər. Maraqlıdır ki, Klaar erməni yalanlarına inanacaqmı?

Qeyd edək ki, Avropa İttifaqı münaqişədən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına töhfə vermək niyyətindədir. Ona görə də,  Avropa İttifaqı bölgədə sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün fəallıq göstərir. Məlumdur ki, Aİ Şurasının Prezidenti  Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə  Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın 2021-ci  ilin dekabrında, ötən il aprel, may, avqust aylarında, bu il isə may ayının 14-də üçtərəfli görüşü keçirilib. Bundan əlavə, Aİ rəsmiləri mütəmadi olaraq iki ölkənin rəhbərləri ilə telefon danışığı aparırlar. Həm də Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar vaxtaşırı regiona səfər edir. Bütün bunlar proseslərin kifayət qədər aktivliyinin göstəricisidir. Bu o deməkdir ki, Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır və bu yöndə töhfələrini verməyə hazırdır. Bütövlükdə, Brüssel formatında keçirilən danışıqlarda əsas istiqaməti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinə doğru növbəti addımların atılması, kommunikasiyaların açılması, humanitar məsələlər, o cümlədən Azərbaycana qarşı mina terroru, itkin düşənlərin taleyi və digər məsələlər təşkil edir.

Brüssel görüşləri zamanı Avropa İtifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsi işlədilmir. Bu, Aİ müstəvisində də Dağlıq Qarabağ münaqişəsinin həll edildiyinin təsdiqi anlamına gəlir. Lakin erməni tərəfi hər vəchlə bu məsələni gündəmdə saxlamağa çalışır. Ermənistanın rəsmi şəxslərinin T.Klaarla görüşündə səsləndirdiyi fikirlər də bunu sübut edir.  Amma Ermənistanın hakimiyyət nümayəndələrinin bu günədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırması sadəcə Azərbaycana deyil, beynəlxalq vasitəçilərə də yaxşı bəllidir. Üçtərəfli Bəyanatın müddəalarını yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən, razılaşdırılmış bəyanatlarda hər hansı şəkildə qeyd olunmayan  məsələləri gündəmə gətirməyə çalışan erməni tərəfi bilməlidir ki, bununla bağlı dövlətimizin mövqeyi Azərbaycan Prezidenti tərəfindən bir neçə dəfə, o cümlədən beynəlxalq platformalarda səsləndirilib. Bu da ondan ibarətdir ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi daxili məsələ olaraq Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Azərbaycan iki ölkə arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən beynəlxalq nəqliyyat şəbəkəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin yaradılması istiqamətində səylər göstərir. Son aylar ərzində Ermənistan və Azərbaycan arasında birbaşa dialoq da daxil olmaqla təmaslarda dinamikanın artmasına baxmayaraq, Ermənistan danışıqların imitasiyasına dair keçmiş təcrübəsinə sadiq qalır və öhdəliklərini yerinə yetirmək əvəzinə, tez-tez hərbi təxribatlara əl atır. Bu da  normallaşma prosesinə xələl gətirir. Əlbəttə ki, Azərbaycanın bütün bunlarla bağlı mövqeyi Aİ-nin xüsusi nümayəndəsi T.Klaarın Bakıya səfəri zamanı onun diqqətinə çatdırılacaq.

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Siyasi fitnəkarlıq...

26 Sentyabr 11:46

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Gündəm

Sülhə doğru...

26 Sentyabr 10:26

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30