Prezident Ərdoğanın yeni kabineti...
07.06.2023 [10:20]
Dünya mətbuatı “Türk Əsrinin komandası”nı müzakirə edir
Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qələbəsi Türkiyə üçün yeni siyasi mərhələnin başlanğıcıdır. Hələ seçki təbliğatı prosesində “Türk Əsri” ilə bağlı səslənən fikirlər, irəli sürülən layihələr qarşıdakı dönəm üçün yeni siyasi-iqtisadi münasibətlər sistemi formalaşdırır. Türkiyə Prezidentinin müəyyənləşdirdiyi hədəflər isə çoxşaxəli, genişdir. Bunun üçün isə “Türk Əsri komandası”, başqa sözlə yeni hökumət var gücü ilə çalışmalıdır. Yeri gəlmişkən, Prezident Ərdoğan iyunun 3-də yeni kabinetini də açıqlayıb. 60-cı hökumətdə dövlət naziri, 61-ci, 62-ci və 64-cü hökumətlərdə inkişaf naziri, 63-cü hökumətdə isə baş nazirin müavini olan, TBMM Plan və Büdcə Komitəsinin sədri vəzifəsində çalışan Cevdet Yılmaz yeni dövrün Vitse prezidenti təyin edilib. Bir neçə dəfə Bartın vilayətinin millət vəkili seçilən, Məclisin Ədliyyə Komitəsinin sədri vəzifəsində çalışan Yılmaz Tunc ədliyyə naziri olub.
Keçmiş MİT rəhbəri yeni dönəmdə xarici siyasət idarəsinə başçılıq edəcək
Avropa Parlamentinə hicabla daxil olan ilk qadın deputat kimi tarixə düşən, 2019-cu ildə Əlcəzairdə Türkiyənin səfiri olmuş Mahinur Özdemir Göktaş isə Ailə və Sosial ?idmətlər naziri təyin edilib. 2018-ci ildə Prezident yanında Sosial Siyasət Şurasının üzvü, 2021-ci ildə isə Prezident yanında Sosial Siyasət Şurasının sədr müavini olmuş Vedat Isıkan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, 2015-ci ildə AK Partiyadan Kayseri millət vəkili seçilmiş, 2016-2018-ci illərdə ətraf mühit və şəhərsalma naziri vəzifəsində çalışan Mehmet Özhaseki isə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri olub.
Vaxtilə TİKA sədri, Baş nazirliyin xarici siyasət və beynəlxalq təhlükəsizlik üzrə müşavir müavini, baş nazirliyin xüsusi nümayəndəsi, MİT rəhbəri müavini, 2010-cu ildən isə MİT rəhbəri vəzifəsini daşıyan Hakan Fidan isə xarici işlər naziri təyin edilib. 2018-ci ildən Baş Qərargah rəisi olan Yaşar Gülər yeni dönəmin Milli Müdafiə naziri olub. Energetika və təbii sərvətlər nazirinin keçmiş müavini Alparslan Bayraktar Enerji və Təbii Sərvətlər naziri, 60-cı hökumətdə xəzinədən məsul dövlət naziri, 61-ci hökumətdə maliyyə naziri, 64-cü hökumətdə isə baş nazirin müavini vəzifələrində çalışan Mehmet Simsek isə Xəzinə və Maliyyə naziri postunu tutub. Ötən dövrün uğurlu hökumət adamlarından sayılan Daxili İşlər naziri Süleyman Soylunu isə 2018-ci ilin oktyabrından İstanbul valisi olan Əli Yerlikaya əvəz edib. Mehmet Nurı Ersoy Mədəniyyət və Turizm, Yusuf Tekın ?əhsil naziri, Fəxrəddin Koca Səhiyyə naziri, Mehmet Fatih Kacır Sənaye və Texnologiya naziri, Osman Askın Bak Gənclər və İdman naziri, İbrahim Yumaklı Kənd təsərrüfatı və meşə təsərrüfatı naziri, Ömər Bolat Ticarət naziri, Abdulqədir Uraloğlu isə Nəqliyyat və İnfrastruktur naziri təyin olunub.
Qeyd edək ki, dünən yeni kabinet ilk toplantısını keçirib.
İbrahim Kalın MİT rəhbəri, Musa Avsevər Baş Qərərgah rəisi oldu...
Hakan Fidan, Yaşar Gülər və Əli Yerlikayanın yeni Kabinetdə təmsil olunması dönəmin Türkiyə Hökumətinin mühüm hədəflər üçün qurulduğunu deməyə əsas verir. Eyni zamanda, Hakan Fidanın yeni kabinetdə xarici işlər naziri təyin edilməsindən sonra boşalan MİT rəhbəri vəzifəsinə Prezidentin sözcüsü İbrahim Kalın təyinat alıb. MİT rəhbəri İbrahim Kalın təyinatı ilə bağlı Twitter hesabından açıqlama verib. Kalın ilk olaraq Türkiyə bayrağı fotosunu paylaşaraq “Gözəl ölkəm üçün dayanmaq olmaz, davam et” sözlərini yazıb. Kalın Prezident Ərdoğana və onu təbrik edənlərə təşəkkür edib: “Güclü, təhlükəsiz və müstəqil Türkiyə üçün çalışmağa davam edəcəm”.
Prezident Ərdoğanın başqa bir qərarı ilə Haluk Görgün Müdafiə Sənayesinin başqanı təyin edilib. Keçmiş Qaziantep valisi Davud Gül İstanbul valiliyinə təyinat alıb. Baş Qərargahın yeni rəisi isə Quru Qoşunları komandanı general Musa Avsevər olub.
Hakan Fidan diqqət mərkəzində...
Qeyd edək ki, Prezident Ərdoğanın yeni kabineti Qərb dünyasında da müzakirə edilməkdədir. Daha çox yeni XİN rəhbəri ilə bağlı məsələ qərb mətbuatının diqqətindədir. “Blomberq”, “Ethnos”, Əl-Cəzirə və onlarla xəbər agentlikləri, nəşrlər Fidanın təyinatını “Türk Əsri” layihəsinin “kilid ismi” kimi təqdim edir. Hakan Fidanın 10 il MİT rəhbəri vəzifəsində çalışdığı dövrü təhlil edən xarici mətbuat orqanları belə bir nəticəyə gəlir ki, Prezident Ərdoğan bu addımı ilə xarici siyasət kursunda təhlükəsizlik seqmentini daha da gücləndirir. Eyni zamanda, Fidanın Misir, Liviya, Suriya böhranlarının həllindəki roluna diqqət çəkilib və bildirilib ki, yeni dönəmdə Türk Dövlətləri Təşkilatının daha güclü inteqrasiyasının şahidi ola bilrik. Fidanın bu məsələdəki rolu da yüksək dəyərləndirilir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

