5-ci raund
03.06.2023 [10:20]
Vaşinqton görüşündə...
Tərəflər razılığa gələcəklərmi?
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin bu ay ABŞ-ın paytaxtı Vaşinqtonda görüşəcəyi gözlənilir. Görüşün iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Nazirlər görüşdə sülh sazişi layihəsini müzakirə edəcəklər.
Qeyd edək ki, tərəflər arasında sülh sazişi ilə bağlı danışıqların dörd raundu arxada qalıb. Bu yöndə ilk görüş ötən il oktyabrın 2-də Cenevrədə, ikinci görüş isə noyabrın 7-də Vaşinqtonda keçirilmişdi. Üçüncü görüş ötən ilin dekabrında Moskvada nəzərdə tutulsa da, son məqamda Ermənistan tərəfi bu görüşdən imtina etmişdi. Bu səbəbdən də, həmin görüş Rusiya və Azərbaycanın XİN başçıları arasında keçirilmişdi. Bundan sonra isə sülh sazişi üzrə müzakirələr onlayn formatda aparılırdı. Lakin bu ilin 1-4 may tarxilərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da görüşü keçirildi ki, bu da üçüncü raund oldu. Həm də bu görüş tərəflərin masaya qayıtmasının təsdiqi oldu. Bu görüşdə tərəflər bir sıra məslələr üzrə razılığa gəldilər. Ceyhun Bayramovla Ararat Mirzoyanın dördüncü görüşü isə mayın 19-da Moskvada baş tutdu.
Bütün bunlar onu göstərir ki, tərəflər vasitəçilərin iştirakı ilə sülh sazişinin üzərində intensiv şəkildə işləyirlər. Prosesdə ABŞ-ın vasitəçiliyi isə daha çox diqqəti çəlb edir. Təsadüfi deyil ki, sülh sazişi üzrə XİN başçılarının dörd görüşündən ikisi məhz ABŞ-da keçirilib. Beşinci görüş də Vaşinqtonda baş tutacaq. Ümumiyyətlə, ABŞ dəfələrlə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu və bu prosesə töhfə verməyə hazır olduğunu bəyan edib. Son dövrlər isə Birləşmiş Ştatlar bu istiqamətdə diplomatik fəallığını xeyli artırıb.
Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlməsinə baxmayaraq Ermənistanla münasibətlərin normallaşdırılmasına maraqlı olduğunu bəyan edib. Çünki müharibə dövrü tarixin arxivində qalmalı, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir. Məlumdur ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.
Bütün bunların fonunda ABŞ Dövlət Departamentinin mətbuat katibi Millerin bugünlərdə yaydığı bəyanat da Birləşmiş Ştatların Cənubi Qafqazda tezliklə sülhün təmin olunmasında maraqlı olduğunu bir daha təsdiqləyir. İyunun 14-də XİN başçılarının Vaşinqtonda keçiriləcək görüşü sülh sazişi üzrə irəliləyişlərə səbəb ola bilər. Bunun üçün ilk növbədə Ermənistanın konstruktiv mövqe nümayiş etdirməsi lazımdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

