Beynəlxalq birlik erməni terrorçularının əməllərinə göz yummamalıdır
16.07.2011 [14:59]
Son hadisələrdən sonra bir daha əmin oluruq ki, ermənilər bölgədə sülh istəmir və regionun daim təhdid altında qalmasında maraqlıdır. Hər dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar aktiv fazaya daxil olarkən, Ermənistan ənənəvi vəhşilik metodlarına əl ataraq prosesi “ölü nöqtə”yə sürüyür. çox təəssüflər olsun ki, ermənilər bu zaman ən çirkin yola baş vuraraq, uşaqları hədəfə götürürlər. Cəmi 5 ay ərzində iki azərbaycanlı azyaşlı uşağı vəhşicəsinə qətlə yetirən ermənilər bir daha dünyaya nümayiş etdiriblər ki, onlar qana doymurlar, sülh istəmirlər.
Qeyd edək ki, Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd Əlibəyli kəndində dəhşətli hadisə baş verib. Partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası, 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə ağır yaralanıb.
Məlumata görə, partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsevər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.
Şahmalıyevlər ailəsi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Ailə üzvləri Əlibəyli kəndinə qohumlarının yanına qonaq gəliblər.
Xatırladaq ki, 1994-cü ildə həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.
Beləliklə də, ermənilərin uşaq oyuncaqlarından istifadə edərək, terror aktı törətmələri bir daha göstərir ki, onlar məhz azərbaycanlı uşaqları hədəfə alıblar. Uşaqların oyuncağa münasibətini bilən erməni hərbçiləri qətlləri bu vasitə ilə həyata keçirməyi özləri üçün əlverişli metod sayıblar.
ümumiyyətlə, erməni hərbçilərinin azərbaycanlı azyaşlı uşaqları qətlə yetirməsi təkcə partlayıcı oyuncaq vasitəsilə deyil, eyni zamanda, snayperdən də istifadə etməklə də həyata keçirilir.
2011-ci il mart ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovun snayperlə qətlə yetirilməsi də heç kəsin yadından çıxmayıb. Snayper vasitəsilə qətlə yetirilən 9 yaşlı uşaq təsadüfi deyil, tam şüurlu şəkildə, uzun müddət hədəfdə saxlanılaraq, dəqiq atəş vasitəsilə öldürülüb.
Bir sözlə, 1994 və 2011-ci illərdə partlayıcı oyuncaqdan, bu ilin mart ayında isə snayperdən istifadə edərək, uşaqların ermənilər tərəfindən qətlə yetirilməsi faktları bir daha onu sübut edir ki, Ermənistan hərbçiləri azərbaycanlı uşaqları öldürmək taktikasını seçib və bu metoddan geniş istifadəyə başlayıb.
Bununla yanaşı, ermənilər bu hərəkətlərilə beynəlxalq konvensiyalarda öz əksini tapmış 3 mühüm prinsipi pozub:
- atəşkəs olduğu üçün atəş açmaq olmaz,
- mülki şəxslərə atəş açmaq olmaz,
- uşaqlara atəş açmaq olmaz.
Qeyd edək ki, beynəlxalq hüquq səviyyəsində müharibə qanunları müəyyənləşdirilib ki, hərbçilər onlara mütləq riayət etməlidirlər. Əlbəttə ki, bu qanunları pozanlar, xüsusilə də, uşaqlara və qadınlara qarşı cinayətlər törədənlər artıq terrorçu adlandırılmalı, eyni zamanda, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Məhz, erməni hərbçiləri tərəfindən azərbaycanlı azyaşlı uşaqların, həmçinin, mülki şəxslərin qətlə yetirilməsi qəbul olunmuş hərbi qanunların və beynəlxalq konvensiyaların tələblərinin pozulması deməkdir. Bu səbəbdən də, Ermənistan dövləti beynəlxalq təşkilatlar tərəfindən təzyiqlərə məruz qalmalı və bu cinayət faktlarına görə, cəza almalıdır.
Azərbaycan tərəfi çox yaxşı anlayır ki, ermənilər bu cür qətllərlə sülh prosesini zərbə altında qoymağa çalışır. Təcrübədə göstərir ki, Ermənistan tərəfi bu metodlardan ancaq münaqişənin həlli ilə bağlı pozitiv mühit formalaşanda istifadə edir. 1994-cü ildə atəşkəs əldə olunduqda, 2011-ci ilin martında və iyul ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq ən yüksək səviyyəyə çatdıqda bu cinayət aktları törədilib.
çox təəssüf ki, əvvəlki qətl hadisələri zamanı beynəlxalq təşkilatlar cinayət faktlarına susmaqla cavab vermişdilər. Amma düşünürük ki, bu dəfə, xüsusilə də, ATƏT, YUNİSEF, AŞPA ermənilərin azyaşlı azərbaycanlı uşaqların qətlinə görə hərəkətə keçməli və bu cür terror hadisələrinin bir daha təkrar olunmaması üçün Ermənistanla bağlı lazımi ciddi addım atmalıdırlar. Əgər beynəlxalq təşkilatlar lazımi anda fəaliyyətə başlamasa, o zaman Azərbaycan adekvat addımlar atmaq məcburiyyətində qalacaq. Beləliklə də, regiondakı sabit vəziyyət destruktivləşəcək və bu isə gələcək üçün yaxşı hal olmayacaq.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27

