8 kənd Azərbaycana qaytarılmalıdır!
09.05.2023 [10:28]
Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar hesab edir ki, məsələ delimitasiya prosesi zamanı həll olunmalıdır
Nardar BAYRAMLI
Avropa İttifaqı Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüslərini davam etdirir. Belə ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu regionda vəziyyətin diqqət mərkəzində olduğunu vurğulayıb. Klaar hələ də Ermənistanın işğalı altında olan Azərbaycanın 8 kəndinin qaytarılması məsələsinə toxunaraq deyib ki, bu kəndlərlə bağlı məsələ delimitasiya çərçivəsində həll olunmalıdır: “Bu kəndlərin statusu ilə bağlı Ermənistanda da müxtəlif fikirlər var. Delimitasiya prosesi zamanı bu məsələlər öz həllini tapmalıdır”. O, həmçinin qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı dəmiryol xətti Ermənistan üzərindən Qarsadək həyata keçirilə bilər.
Xüsusi nümayəndə həmçinin Avropa İttifaqının Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ-da keçirilən danışıqlarını alqışladığını bəyan edib: “Vaşinqtondan ümidverici xəbər var. Avropa İttifaqı 4 günlük danışıqlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin davamlı əlaqəsini alqışlayır. Tərəqqi yalnız dialoq yolu ilə əldə edilə bilər. Biz Ermənistan və Azərbaycan ilə birlikdə olmağa və davamlı sülh axtarışında tərəfdaşlarımızla işləməyə davam edirik”. T.Klaar Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılması prosesində Aİ və ABŞ-ın fəallığından narahat olan Rusiyaya da mesaj verib. O deyib ki, Cənubi Qafqaz həm də Aİ-nin qonşuluğundadır və bu regionda sülh, sabitlik və firavanlıq tamamilə bizim marağımıza uyğundur: “Biz bütün səylərimizi göstərərək deməyə çalışmışıq ki, Aİ üçün bu, bir növ, geosiyasi oyun deyil. Aİ üçün bu, qonşularımız olan Ermənistan və Azərbaycana münaqişə mərhələsini aradan qaldırmaqda, onun öhdəsindən gəlməkdə kömək etməkdən ibarətdir. Yeganə marağımız budur. Çünki qonşularımız daha yaxşı vəziyyətdədirsə, biz bir o qədər yaxşıyıq və bu, bu qədər sadədir. Mən şad olardım ki, Moskvada da bunu başa düşsünlər ki, əgər, əslində, eyni məqsədimiz varsa, biz bunu, bir növ, rəqabət kimi görməkdənsə - hansı ki bu Aİ-nin perspektivindən uzaq bir yanaşmadır - bir-birimizin səylərini tamamlaya bilərik”.
Aİ-nin xüsusi nümyəndəsi T.Klaarın fikirlərini qəzetimizə şərh edən politoloq Ramiz Alıyev bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər davamlı olaraq inkişaf edir. Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla Cənubi Qafqazda geosiyasi mənzərəni kökündən dəyişməsi dövlətlərin, beynəlxalq təşkilatların, güc mərkəzlərinin regiona diqqətini və marağını daha da artırıb: “Bu baxımdan, Avropa İttifaqı da istisna deyil. Regionda bundan sonrakı proseslərdə fəal iştirak etmək üçün Azərbaycanla əməkdaşlıq zəruri və həlledici amildir. Bu məqam Aİ-Azərbaycan münasibətlərinin hazırkı mərhələsi üçün əhəmiyyət kəsb edir. Yeni əməkdaşlıq platformasında Avropa İttifaqı münaqişədən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına töhfə vermək niyyətindədir. Ona görə də, Avropa İttifaqı bölgədə sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün fəallıq göstərir. Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə görüşü keçirilib. Bundan əlavə,
Aİ-nin rəsmiləri mütəmadi olaraq iki ölkənin rəhbərləri ilə telefon danışığı aparırlar. Həm də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tez-tez regiona səfər edir. Bütün bunlar proseslərin kifayət qədər aktivliyinin göstəricisidir. Bu o deməkdir ki, Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır və bu yöndə töhfələrini verməyə hazırdır”.
Politoloq qeyd edib ki, T.Klaarın Azərbaycanın işğal altında qalan 8 kəndi ilə bağlı fikirləri maraq doğurur. Ermənistanın hələ Naxçıvanın Sədərək rayonunun Kərki və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndlərini azad etmək əvəzinə, bu kəndlərin Azərbaycana məxsusluğunu sual altına qoyması bu ölkənin hələ də ölkəmizə qarşı ərazi iddialarından əl çəkmədiyini göstərir. Hələ bir neçə il əvvəl Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bu sənəd də hüquqi baza rolunu oynayıb. Artıq postmünaqişə dövründə Azərbaycanın yaratdığı reallıqları Avropa İttifaqı da qəbul edir. Brüssel görüşləri zamanı Şarl Mişelin səsləndirdiyi bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsini işlətməməsi, hansısa “status” məsələsinə toxunmaması da bunu təsdiqləyir. Bütün bunların fonunda T.Klaarın sözügedən 8 kəndlə bağlı fikirləri də göstərir ki, Avropa İttifaqı həmin kəndlərin qaytarılmasının tərəfdarıdır.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16

