D-8-də təmsilçilik Azərbaycana nə verəcək?
15.04.2023 [10:00]
Müstəqil Azərbaycan aparıcı beynəlxalq təşkilatlarda uğurla təmsil olunur və bu sahədə səmərəli əməkdaşlıq təcrübəsinə malikdir. Respublikamız gələcəkdə daha bir beynəlxalq qurumda - D-8-də də təmsil oluna bilər. Artıq respublikamız D-8-ə üzv olmaq üçün müraciət edib. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Türk” kanalına müsahibəsində bildirib.
İslam səkkizliyi
D-8 dünyada İslam səkkizliyi kimi tanınır. Qurum tərkibində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan səkkiz müsəlman ölkəsini birləşdirir. Təşkilatın təməli Türkiyənin o dövrdəki baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub.
D-8 qısa müddətdə bütün dünyada böyük nüfuz qazanıb. Bu da ilk növbədə təşkilatın güclü iqtisadi potensiala malik olması ilə bağlıdır. Böyük coğrafiyanı əhatə edən qurumda bir araya gələn ölkələr zəngin resurslara malikdirlər. Əsas məqamlardan biri ondan ibarətddir ki, təşkilat formalaşdıqdan sonra üzv dövlətlərin iqtisadi fəaliyyətlərinin uzlaşdırılması, qarşılıqlı ticarət dövriyyəsinin atırılması istiqamətində önəmli addımlar atılıb. Verilən məlumatlarına əsasən, D-8 üzvü olan ölkələrdə 1,1 milyard insan yaşayır. 8 ölkənin iqtisadiyyatının həcmi 4 trilyon dollar yaxındır. Eyni zamanda, üzv ölkələrin ticarət həcmi təxminən 2 trilyon dollar həcmindədir ki, bu da dünya üzrə ticarət həcminin 4,5 faizini təşkil edir. İslam səkkizliyinin əsas prinsipləri aşağıdakılardır:
- Münaqişələr əvəzinə sülh,
- Mübahisələr əvəzinə dialoq,
- İkili standartlar əvəzinə hüquq bərabərliyi,
- İstismar əvəzinə kooperasiyalar ,
- İkili standartlar əvəzinə hüquq,
- Zülm əvəzinə demokratiya,
- Diskriminasiya əvəzinə hüquqi bərabərlik və s.
D-8 ölkələri yeni çağırışlar fonunda əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyiblər. Bu məqsəd qəbul olunan qərarlarda da öz əksini tapıb. Təşkilatın dövlət və hökumət başçılarının X sammitində “2020-2030 D-8 10 illik Yol Xəritəsi” adlı sənəd qəbul edilib. Bu sənəd təşkilatın güclənməsi və inkişafını hədəfləyir. Sənəd üç mərhələli inkişaf strategiyasını nəzərdə tutur. Birincisi, 2020-2022-ci illər ərzində ticarət, kənd təsərrüfatı, qida təhlükəsizliyi, sənaye əməkdaşlığı və kiçik biznesin inkişafı, nəqliyyat, turizm, səhiyyə sahəsində əməkdaşlığı əhatə edən yol xəritələrinin hazırlanması, həmçinin dəyişən dünyanın şərtlərində mövcud beynəlxalq mexanizmlərin yenidən gözdən keçirilməsini nəzərdə tutur. 2023-2027-ci illəri əhatə edən ikinci dövrdə isə üzv ölkələr arasında ticarət əlaqələrinin dərinləşməsi və daha əvvəlki dövrdə müəyyən olunmuş 6 istiqamətdə əlaqələrin inkişafı həyata keçiriləcək. 2028-2030-cu illər ərzindəki üçüncü mərhələdə isə həyata keçirilən işlər dəyərləndiriləcək və üzv ölkələrin daxili ticarət dövriyyəsinin ümumi ticarət dövriyyəsinin 10 faizinə çatdırılması təmin olunacaq.
Əlbəttə, qarşıya qoyulan hədəflərə çatılması heç də asan olmayacaq. Çünki hazırda qlobal iqtisadiyyat üçün yeni şərtlər meydana çıxıb, bir sıra hallarda ölkələr mənfi xarici təsirlərlə üzləşirlər. Geosiyasi gərginliklərin artması, nəqliyyat-tranzit zəncirinin pozulması, yüksək inflyasiya əlaqələrin genişlənməsinə öz mənfi təsirlərini göstərir. İslam ölkələrinin bu çətinliklərə effektiv adaptasiyası və onları önləmələri üçün D-8 daxilində islahatların aparılması, o cümlədən də qurumun sıralarının genişləndirilməsi vacibdir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da diqqətə çatdırıb. O qeyd edib ki, bu təşkilatın yaxın zamanda D-20-ə çevirilməsi vacibdir. Hazırda D-8 G-7 formatına uyğundur.
Siyasi və iqtisadi dvidendlər
Bəs Azərbaycanın D-8-də təmsilçiliyi ölkəmizə hansı dvidendləri verə bilər? Qeyd edək ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında uğurla təmsil olunan ölkədir. Eyni zamanda, ölkəmizin İslam Əməkdaşlıq təşkilatına və D-8-ə üzv dövlətlərlə sıx ikitərəfli siyasi və iqtisadi əlaqələri formalaşıb. Respublikamızla D-8 təşkilatlarının gələcək münasibətləri, heç şübhəsiz ki, qarşılıqlı maraqlar əsasında qurulacaq. Güclü potensiala malik Azərbaycan iqtisadi müstəqilliyini uğurla təmin edib. Bu gün ölkəmiz heç bir beynəlxalq maliyyə qurumundan, donor təşkilatdan asılı deyil. Həmçinin respublikamızın xarici ölkələrdə investisiya fəallığı da yüksək səviyyədədir. Bütün bunlar Azərbaycanın D-8 üçün cəlbediciliyini artırır.
Eyni zamanda, quruma üzvlük ölkəmizin qlobal iqtisadiyyata inteqrasiya imkanlarını atıracaq. D-8-ə üzv ölkələrdə bir sıra sahələrə, o cümlədən də müasir infrastruktur quruculuğuna investisiya qoyuluşuna ciddi ehtiyac var. Azərbaycan həm öz təcrübəsi, həm də investisiya imkanları ilə bu ehtiyacı yüksək səviyyədə qarşılaya bilər. D-8-də təmsilçiliklə respublikamız, həmçinin yeni bir siyasi platformaya çıxış əldə edəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

