Tehranın regional təhlükəsizliyə təhdidi…
12.04.2023 [11:08]
İran ilə Ermənistan arasında yeni "anlaşma" – hədəflər, reallıqlar…
"Din təəssübkeşliyi" adı altında təbliğat quran Tehran hakimiyyəti İslam məscidlərini təhqir edənlərlə necə qardaş oldu?
Azərbaycanın 2020-ci ildə regionda yaratdığı yeni siyasi reallıqlar 30 ilə yaxın "gizli" saxlanılmasına çalışılmış bir sıra məsələləri ortaya çıxardı. Burada ən diqqət çəkən məqam isə İranın Ermənistanla "qardaş" münasibəti, hətta Ermənistanın "maraqlarının" Tehran üçün "qırmızı xətt" kimi dəyərləndirilməsi idi. Ümumiyyətlə, İranda baş verən son proseslər molla rejiminin əsl simasını ortaya qoymaqla yanaşı, dövlətin apardığı siyasətin qeyri-səmimiliyini də ifşa etdi. Maraqlı cəhət orasındadır ki, hər zaman dini əlində "bayraq" edən İran Ermənistana münasibətdə bu amillə bağlı tamamilə sükuta qərq olur. "Din təəssübkeşliyi" adı altında günahsız insanları edam edən, qatı radikal qərarlar verən, hüquq və azadlıqları tanımayan İran rejiminin Azərbaycan – Ermənistan məsələsindəki davranışları da heç də bir "İslam dövləti"nə yaraşan davranışlar deyil. Məsələn, 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarındakı məscidləri dağıdan, təhqir edən, həmin məscidlərdə donuz bəsləyən ermənilərə qarşı nümayiş etdirdiyi "qardaşlıq nümunəsi" İranın əsl üzünü nümayiş etdirir. Yaxud, molla rejiminin din pərdəsi altında gizləndiyindən xəbər verir.
İran təhlükəsizliyinin "erməni ayağı"…
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın aprelin 9-da İranın paytaxtı Tehrana işgüzar səfəri də bu mənada birmənalı qarşılana bilməz. Xatırladaq ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Səfər zamanı Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb. Tərəflər regiondakı vəziyyəti müzakirə edib. Həmçinin iki ölkə arasında əlaqələr və onların inkişaf perspektivlərindən söz açılıb.
Qriqoryanın Tehran səfərində diqqət çəkən bir sıra məqamlar:
- İndiki məqamda İranın Ermənistanın "təhlükəsizliyi" məsələsini yenidən aktuallaşdırması:
- Anti-Azərbaycan koalisiyasıda "birləşən" iki dövlətin eyni maraqlardan çıxış etməsini nümayiş etdirmək;
-Sülh gündəliyinin Qərb tərəfindən səsləndirilməsi faktına qarşı "İran alternativi" məsələsini qoymaq. Ermənistan həm də sülhü formalaşdırmağa çalışan Qərbə açıq İran "mesajı" ünvanlayır;
- Nəhayət, Azərbaycanın təşəbbüskarı olduğu regional layihələrin – ən əsası da Zəngəzur dəhlizi məsələsinin reallaşmaması üçün İranın "çabaları.
Beləliklə, Qriqoryanın İran-Azərbaycan münasibətlərinin son 30 ildəki ən kəskin dövrə, 4 İran diplomatının Azərbaycandan qovulduğu bir zamana təsadüf etməsi düşündürücüdür.
Tehranın "Zəngəzur ağrıları"…
İranın Azərbaycana qarşı apardığı düşmənçilik siyasətinin arxasında dayanan səbəblər fərqlidir və bəllidir. O baxımdan ki, birinci növbədə rəsmi Tehran Azərbaycanın son dövrlərdə beynəlxalq aləmdə güclənən nüfuzundan çəkinir. Bu ilin yanvarın 27-də səfirliyimizə qarşı torədilmiş terror zamanı bu, daha bariz şəkildə ortaya qoyuldu – bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar İranda baş verən terroru qınadı və baş verənlərin məsuliyyətini rəsmi Tehranın daşıdığını bildirdi. Təbii ki, beynəlxalq aləmin bu mövqeyinin arxasında illərdir ki, aparılan diplomatik fəaliyyət – rəsmi Bakının xarici siyasət kursu dayanır.
Digər tərəfdən, İranın hazırki geosiyasi durumu ürəkaçan deyil – çoxsaylı sanksiyalar, məhdudiyyətlər, beynəlxalq aləmdən təcrid olunma İrandakı daxili ictimai-siyasi vəziyyəti də gərginləşdirib. Belə olan halda, İran anlayır ki, Zəngəzur dəhlizinin açılması bir çox mənalarda regiona yeni nizam qazandıracaq. Burada Türk birliyi amili olduqca böyük önəmə malikdir. Təsadüfi deyil ki, İranın rəsmi və ya qeyri-rəsmi kanalları Zəngəzur dəhlizini "Turan yolu" adlandırırlar. Rəsmi Tehran anlayır ki, dünyanın yeni iqtisadi aortasına çevrilmə potensialına malik Zəngəzur dəhlizi Türk dövlətləri arasındakı əlaqələri daha da yaxınlaşdıracaq. O baxımdan da, İranın davranışları anti-Türk dairələrinin maraqlarına xidmət göstərir. Halbuki, istər Azərbaycan, istərsə də Türkiyə dəfələrlə bu layihənin gerçəkləşəcəyi təqdirdə İranın da iqtisadi dividenlər qazanacağını açıq şəkildə bildirirlər. Tehran isə öz yolunu, öz xəttini "seçir" – həm Azərbaycanla, həm də Türkiyə ilə düşmən olmaq bahasına anti-Türk dairələrə xidmət etmək xəttini yürüdür. Ən əsası isə İran düşünür ki, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi onun regional maraqları ilə də uzlaşmır – bu, regionda Türkiyə-Azərbaycan birliyinin timsalında mühüm bir qüvvəni daha da gücləndirəcək. O baxımdan da, İran əlinə düşən fürsəti dəyərləndirir və qeyd edildiyi kimi, Ermənistandan öz maraqları üçün istifadə edir. Hazırki vəziyyətdə Ermənistan üçün daha real xilas yolu sayılan Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq cəhdləri ilə İran Ermənistana ən böyük pisliyi edir.
Xamneiyə tabe şəxsin Qriqoryanla görüşməsi…
Bu görüş başqa bir maraqlı məsələni ortaya çıxardı - İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani birbaşa İranın Ali Dini rəhbəri Xamneiyə bağlı olan şəxsdir. Ermənistanın isə vaxtilə işğal altında saxladığı Azərbaycan torpaqlarında İslam dininə məxsus dəyərlərə "yanaşması" hər kəsə bəllidir. Belə olan halda, demək ki, İslam dəyərlərini təhqir edən ermənilərlə əlaqələrin daha da gücləndirilməsi, onların təhlükəsizliyinin "qırmızı xətt" sayılması, Azərbaycana qarşı olan terror təhdidlərinin daha da şiddətlənməsi üçün verilən dəstək birmənalı şəkildə İran rəhbərliyinin "diqqətindədir". Bu isə rəsmi Tehranın hətta milli maraqlarına söykənəməyən, sadəcə anti-Azərbaycan ruhundan qaynaqlanan addımlarının hədəflərini göstərir. Demək ki, İranın davranışlarının yeganə istiqaməti və məqsədi Azərbaycanın maraqlarına qarşı dayanmaqdır. Bu isə olduqca çətindir. Ən azından ötən müddət bunu sübut etdi…
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

