Çevriliş əmri gəldi?
05.04.2023 [10:31]
Ermənistan müxalifəti “küçə müharibəsi”nə start verir
Ermənistanda siyasi sükut yenidən pozula bilər. Belə ki, ölkə müxalifəti yeni hərəkətlənməyə start verməyə hazırlaşır. Qeyd edək ki, Azərbaycanın son günlərdə Laçın yolunda bir sıra yüksəkliklərə nəzarəti ələ alması Ermənistanda yenidən siyasi gərginliklərə yol açıb. Bunun nəticəsidir ki, artıq bəzi qüvvələr hətta “küçə döyüşləri” haqqında danışır. Belə ki, jurnalistlərə müsahibəsində Ermənistan parlamentində “Hayastan” fraksiyasından olan deputat, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan Ermənistanda müxalifətin yaxın vaxtlarda küçə döyüşlərinə başlaya biləcəyini deyib. O bildirib ki, biz qüvvələri birləşdirməliyik, gündəmi dəyişməliyik və bunlardan (hakimiyyətdən) qurtulmalıyıq ki, ölkəni xilas edə bilək. “Müxalifətin küçə mübarizəsindən əl çəkib klassik müxalifətə çevrildiyi, özünü parlament fəaliyyəti ilə məhdudlaşdırdığı andan öz əsas gündəliyindən, hədəfindən uzaqlaşacaq. Biz bu vəziyyətə dözmək və növbəti seçkilərə hazırlaşmaq fikrində deyilik, çünki növbəti seçkilərə qədər ölkəmizdən heç nə qalmayacaq”, - deyə İşxan Saqatelyan bildirib.
Mövsümi aksiya - ötən il də apreldə başlamışdılar...
Ümumiyyətlə, Saqatelyanın da təmsilolunduğu müxalif kəsim Azərbaycana qarşı revanşist iddialarla yadda qalır. Onların xarici ölkələrin sifarişi ilə hərəkət etdiyi iddia olunur və bu Ermənistanın siyasi rəhbərliyi tərəfindən də dəfələrlə dilə gətirilib. Hər dəfə “əmr” aldıqda küçələrdə etiraz aksiyalarına start verilir. Məsələn, ötən il aprel ayından başlayaraq Saqatelyan və tərəfdarları iyun ayına kimi küçə aksiyaları təşkil eymişdi, hətta “Fransa meydanında” çadırlar belə qurmuşdular. Həmin dövrdə Qarabağın Azərbaycanın tərkibində olmasına etiraz xarakteri daşıyan aksiyalar ictimai maraq kəsb etməmişdi - İşxan Saqatelyan isə bildirmişdi ki, Fransa meydanındakı “çadır şəhərciyi” öz missiyasını yerinə yetirib: “Çadırlar sökülür, lakin zərurət yarandıqda istənilən vaxt “çadır şəhərciyi”ni bərpa edəcəyik. Hakimiyyətə və baş nazir Nikol Paşinyana qarşı çıxan hər kəsi aksiyalara cəlb edə bilmədik. Onların hakimiyyətdən getmələri üçün hər şeyi etdik. İstənilən başqa güc gedərdi, amma bu güc qan istəyir. Biz artıq dedik ki, qan tökülməsini istəmirik və əgər bizi qətiyyətsizlikdə ittiham edirlərsə, bəli, erməniləri öldürmək əzmimiz yoxdur”, - deyə Saqatelyan uğursuzluğun səbəblərini izah etməyə çalışmışdı.
Qarabağın Azərbaycan torpağı kimi tanınması...
Müxalifətin bu dəfəki “xəbərdarlığı” isə fərqli mahiyyətlərə malikdir. Belə ki, revanşist müxalifət Azərbaycanın Qarabağda əldə etdiyi siyasi-hərbi zəfəri görür və həzm edə bilmir. Danışıqlar prosesinin məhz Azərbaycanın şərtləri əsasında inkişaf etdiyini dərk edən müxalifət sülhə vasitəçilik edən tərəflərin masa üzərində müzakirə etdikləri məsələlər arasında onların “maraqlarının” olmamasını iddia edirlər. Daha doğrusu, Azərbaycanın Qarabağla bağlı məsələni sülh gündəliyinə salmaması, bunu daxili işi kimi qiymətləndirməsi Saqatelyan və ətrafını “hərəkətə” gətirir. Ötən ilin oktyabrında Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıması həm də Qarabağın suveren Azərbaycan torpağı kimi tanınmasına dəlalət edirdi. Beləliklə, artıq bu məsələ yekunlaşıb - erməni müxalifəti istəsə də, istəməsə də.
Eyni zamanda, martın 1-də Xocalı şəhərində birinci raundu baş tutan, Qarabağda yaşayan erməni vətəndaşlarımızla təmasın davamlı olması ehtimalları revanşistlərin maraqlarına cavab vermir. Beləliklə də, 2023-cü ilin sülh ili olmaması, hərbi eskalasiyanın yenidən alovlanması üçün bütün gücünü sərf edən erməni müxalifəti hazırki, sülh prosesinə kölgə salmaq üçün yenidən aksiyalara başlamaq niyyətindədir.
Düyməyə basılıb
Bu aksiyaların bir digər səbəbi isə Ermənistanın tutduğu “Qərb yolu”dur. Saqatelyanın açıqlamasının məhz aprelin ilk günlərində - II Demokratiya Sammitindən bir neçə gün sonra səslənməsi də mühüm əhəmiyyət daşıyır. Bəlli olduğu kimi, bu sammitə daha çox Qərbin patronajlığında olan, müstəqil siyasi mövqeyi olmayan ölkələr dəvət almışdı. Ermənistanın da bu siyahıda olması, son dövrlərdə açıq anti-Rusiya siyasəti yürütməsi rusiyapərəst müxalifətin hərəkətlənməsini şərtləndirib. Rəsmi İrəvanın son dövrlərdə KTMT, Avroasiya İttifaqı platformasından uzaqlaşma yolu tutması, bunu açıq dillə səsləndirməsi müxalifət üçün əsl bəhanəyə çevrilib. Saqatelyanın açıqlamasından o da bəlli olur ki, deyəsən, müxalifət artıq güc yolu ilə də olsa Ermənistanda hakimiyyəti ələ almaq niyyətindədir. Ötən il “qan tökülməsindən” qaçdıqlarını iddia edən Saqatelyanın budəfəki davranışı daha radikal çərçivəyə əsaslanır. Eyni zamanda, onun “seçkiləri gözləməyəcəyik” fikri onu deməyə əsas verir ki, Ermənistan daxilində qarşıdurmalarla bağlı “düyməyə basılıb”. Görünən budur ki, siyasi mütəxəssislərin bir neçə ay əvvəlcədən proqnozlaşdırdığı Ermənistanda dövlət çevrilişi prosesinə artıq start verilir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

