2 aprel fiaskosu müxalifət daxilində qarşıdurma yaratdı
07.04.2011 [09:50]
Aprelin 2-də növbəti dəfə fiaskoya uğrayan müxalifətin radikal qanadı çaşqınlıq içərisindədir. Cəmiyyətin onları dəstəkləmədiyini bilən, amma öz üzvlərinin sözügedən aksiyaya bu cür etinasız yanaşmasını gözləməyən partiya rəhbərləri ard-arda toplantılar keçirərək düşdükləri vəziyyətdən çıxış yolları axtarırlar. Əldə etdiyimiz məlumata görə, son günlərdə AXCP və Müsavat partiyalarından verilən kütləvi istefalar bu partiyaların rəhbərlərini pis vəziyyətdə qoyub. Onları maliyyələşdirən xarici təşkilatların qarşısında yaranan situasiya ilə bağlı cavab verməyə çətinlik çəkən partiyalarda yaranan ciddi çatlar həyəcan siqnalları səsləndirir.
Məlumata görə, aprelin 2-də aksiyanın baş tutmamasının ardından həm AXCP, həm də Müsavat partiyasında rəhbər strukturların iştirakı ilə toplantılar keçirilib. Həmin toplantılarda yaranan vəziyyətə aydınlıq gətirilməsi adı altında baş verənlərin “günahının” kimin boynuna atılması haqqında müzakirələr aparılıb. Qeyd edək ki, artıq hər iki partiya aksiyanın bu qədər sönük, mənasız alınmasında günahı hər zaman olduğu kimi “müttəfiqinin” üstünə atmağa hazırlaşır. Hətta Müsavat partiyasının bir neçə üzvü aprelin 2-də keçirilən “aksiyadan” internet portallarında yayılan kadrlarda hansı partiyanın neçə üzvlə təmsil olunması ilə bağlı “araşdırma” aparır, adamları sayır.
Bundan başqa, qeyd etmək lazımdır ki, aprelin 2-də baş verən uğursuzluq radikal müxalifət düşərgəsindəki partiya funksionerləri arasında da açıq qarşıdurmanın başlanmasına start verib. İlk olaraq qeyd edək ki, bu partiyalarda fəaliyyət göstərən və aksiyaların keçirilməsinə cavabdehlik daşıyan şəxslər xarici qrantların əsas hissəsini mənimsəyənlərdir. Həmin şəxslər isə, partiyalarda əsas nüfuz sahibi olan qruplaşmanın rəhbərlərindən biri olur. Məsələn, Müsavat partiyasında bu işə Arif Hacılı rəhbərlik edir. Baş verən uğursuzluq isə bir müddət əvvəl partiyadaxili mübarizədə Arif Hacılı qruplaşmasına məğlub olmuş keçmiş Məclis sədri Sülhəddin Əkbərin bir zamanlar başçılıq etdiyi qruplaşmanın yenidən hücuma keçməsinə fürsət yaradıb. Məlumatlara əsasən, partiyanın rəhbər strukturlarının yalnız xarici pulları silməklə məşğul olduğunu bildirən ikincilərin üzvləri açıq ittihamlar irəli sürüblər. Onlar bildiriblər ki, Arif Hacılı xaricdən onlara aksiya keçirmək üçün ayrılan pulları mənimsəyir və aksiyada iştirak etmək üçün adam yığılması prosesinə az pul verir. Bu isə, sonda aksiyalarda kütləviliyin təmin olunmasını mümkünsüz edir.
Hər bir aksiyada görüntü yaradaraq özünü polisin üstünə atan A.Hacılı isə bununla canını qurtarmağa çalışır. Amma deyəsən, bu dəfə müsavatçıları belə metodlarla aldatmaq mümkün olmayıb. çünki aksiyadan öz paylarını ala bilməyən qruplaşma üzvləri məsələni kəskin şəkildə qoyublar. Sadəcə, partiya sədri İsa Qəmbərin işə qarışması ilə hələlik A.Hacılının polis tərəfindən saxlanılmasını bəhanə edərək aranı sakitləşdirməyə çalışırlar. Bəzi müsavatçılar isə onların manevrlərini başa düşdükləri üçün bəyanat verərək partiya sıralarından uzaqlaşıblar. Müsavat yetkililəri nə qədər çalışsalar da bu istefaları cəmiyyətdən gizlədə bilməyiblər.
AXCP-də də vəziyyət eynidir. Bir müddət əvvəl “İctimai Palata”da partiya rəhbərliyinə etiraz edən və bu səbəbdən də cəzalandırılan AXCP üzvləri və onların tərəfdarları baş verənlərə görə Əli Kərimlidən hesabat tələb ediblər. Verilən məlumata görə, aprelin 16-na mitinq təyin olunması da məhz hər iki partiyada daxili mübarizəni sakitləşdirmək üçün düşünülmüş bir plandır. Hər iki partiyanın sədri artıq partiyalarının parçalanma həddinə gəlib çatdığını və illərdir aldatdıqları insanların onlardan hesab tələb etdiyini görərək, çıxış yolu kimi bu vasitəyə əl atıblar. Hətta bəzi rayonlarda rayon təşkilatlarının bütöv halda istefaya getməsi onları dalana dirəyib. Partiyalarda keçirilən gizli toplantılarda bu istefaların qarşısının alınması üçün yollar da müzakirə olunub. O da qeyd olunub ki, artıq keçmiş üzvlər də partiya sədrlərinə inanmırlar və istər İsa Qəmbərin, istərsə də Əli Kərimlinin antixalq fəaliyyəti ifşa edildiyi üçün üzvlər kütləvi şəkildə istefa verirlər.
Hayla gələn, vayla gedir və ya “İctimai Palata”nın sakinləri başqa “palatalar”a köçməyə üstünlük verirlər
Parlament seçkilərində birmənalı şəkildə məğlub olmuş, xalqın dəstəyini qazana bilməyən müxalifətin radikal qanadı 2010-cu il seçkilərinin ardından öz rüsvayçı məğlubiyyətlərini ört-basdır etmək üçün qəribə və gülməli bir yola əl atdılar. Guya Azərbaycan parlamentinə alternativ bir qurum yaradaraq adını “İctimai Palata”(?) qoyan bu insanların yaratdığı həmin “qurumun” tərkibinə baxdıqda isə onların mətləblərindən hali olmaq mümkündür. çünki, orada təmsil olunanların böyük əksəriyyəti yalnız siyasi ambisiya, şəxsi maraq, həyata keçməyən siyasi istəyin əsirinə çevrilərək bura üzv olmağa cəhd göstərmişdilər. Hətta bir müddətdən sonra bu “İctimai Palata”nın əsl siması üzə çıxdı. İş o yerə çatdı ki, AXCP-nin üzvü Xaliq Bahadır bu qurumda təmsilçilik məsələsi ilə bağlı öz sədrinə qarşı çıxdı. Hətta həmin dövrdə bəzi müxalifət nümayəndələrinin xarici ölkələrin kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyinə dair fikirlər də gündəmə gəlmişdi. Nə isə, belə bir mühitdə guya demokratiya mübarizəsi apardıqlarını iddia edənlər aprelin 2-də gəldikləri “kabab iyinin” onları aldatdığının şahidi oldular. “İctimai Palata”da kabab çəkilmədiyini və yayılan qoxunun da kabab iyi olmadığını görən həmin insanlar aprelin 2-dən sonra bu qurumdan çıxmağa başlayıblar. Kütləvi şəkildə qurumu tərk edənlər başa düşüblər ki, əslində, İsa Qəmbərlə Əli Kərimli onlardan pul qazanmaq üçün istifadə ediblər. Qərbin maraqlı dairələrinin gözündə müxalifət yığını fonu yaratmağa çalışan partiya sədrlərinin işlərinin üstü açılandan sonra “palata”nı tərk edənlərin sayı artıb. Hətta, bildirilir ki, bəzi partiyaların üzvləri bununla bağlı bəyanat verməyə hazırlaşırlar. İkinci bir tərəfdən, həmin siyasi ambisiozlar radikal müxalifətin son fiaskosuna canlı şahid olduqları üçün bu qurumun və ümumilikdə həmin düşərgənin perspektivsizliyini anlayıblar. Necə deyərlər, “hayla gələn, vayla gedər”...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxMədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51

