Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti YAP nümayəndə heyətini qəbul edib
19.12.2022 [16:51]
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar bu ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirakı ilə keçirilən görüşdə Türk dünyasında çoxşaxəli münasibətlərin inkişafının əhəmiyyətindən bəhs edilib, güclənən və təsir imkanları genişlənən Türk Dövlətləri Təşkilatının (TDT) bu kontekstdə fəaliyyətinin səmərəli nəticələr verdiyi diqqətə çatdırılıb. TDT-nin bu yaxınlarda Səmərqənddə keçirilən IX Zirvə Görüşündə mühüm qərarların qəbul edildiyi bildirilib, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin təşkilata müşahidəçi üzv statusunda qəbul olunmasının əhəmiyyətindən söz açılıb. Xüsusi vurğulanıb ki, 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Mövcud reallıqlar fonunda qardaş xalqların çoxşaxəli və məqsədyönlü fəaliyyəti, birgə təşəbbüsləri bölgəyə rifah və inkişaf vəd edir. Bu, eyni zamanda, Türk dünyası üçün parlaq perspektivlər yaradır.
Görüşdə, həmçinin Türk dövlətlərinin hakim siyasi partiyaları arasında əlaqələrin sıxlaşdırılmasının vacib olduğu, əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu vurğulanıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Musa Quliyev, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli daxildir.
Xəbər lenti
Hamısına baxSosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12

