İran niyə susur?
10.12.2022 [10:58]
Razılıq əlaməti, yoxsa arqumentsizlik...
Son vaxtlarda İranda cərəyan edən daxili gərginliklər fonunda bu ölkənin Azərbaycana qarşı aqressiv davranışları da xüsusi diqqət çəkir.
Bu davranışları izlədikdə elə təsəvvür yaranır ki, Azərbaycanla münasibətləri korlamaq və gərginləşdirmək İranın xarici siyasət gündəliyinin mərkəzində keçib. Nə baş verir?
Azərbaycanın əsaslı sualları
Azərbaycanın qonşu İrana ünvanlayacaq sualları çoxur. Əvvəlcə ondan başlayaq ki, özünü İslam dövləti adlandıran İranın hazırkı rejimi əhalisinin böyük əksəriyyəti eyni dinə etiqad göstərən Azərbaycanla həmrəylikdən çox uzaqlaşıb. İran rəsmilərinin “Azərbaycan xalqı bizim ürəyimizdədir” demələrinə rəğmən, bu ölkənin praktiki müstəvidə atdığı addımlar tamam fərqli təsəvvürlər formalaşdırır. Sirr deyil ki, ötən 30 ildə təcavüzə məruz qalan Azərbaycanın siyasətində işğalçı Ermənistanı təcrid etmək xətti mühüm yer tutub. Burada məqsəd işğalçı ölkəni zəiflədib sülhə məcbur etmək idi. İran isə bütün işğal dövründə bu haqlı təcridetmə siyasətinə pəl vurmaqla məşğul oldu. Belə ki, cənub qonşumuz işğalçı ölkəyə davamlı olaraq iqtisadi, siyasi, humanitar dəstək göstərdi. Təcavüzkarı dəstəkləməkdə İran hansı məqsədi güdürdü?
Vətən müharibəsindən sonra demək olardı ki, artıq bütün bunlar keçmişdir, daha gələcək barədə düşünmək lazımdır. Ancaq belə görünür ki, İran yenə də erməni sevdalısı olmaqdan vaz keçmək istəmir. Müharibə başa çatandan sonra Zəngəzur dəhlizinin yaradılması bütün ciddiliyi ilə gündəmə gəlib. Azərbaycan dəhlizin yaradılmasını təşviq və israr edir. Əslində, bu dəhliz yalnız qalib Azərbaycanın deyil, bütün region ölkələrinin, o cümlədən də İranın maraqlarına uyğundur. Bununla belə, İran rejimindən Zəngəzur dəhlizinin yaradılmasına etiraz mesajları gəlir. İran rəsmiləri Orta Dəhlizin davamı kimi yeni nəqliyyat bağlantısının yaradılmasını Ermənistan sərhədlərinin dəyişdirilməsi anlamında təqdim edir və bunu ölkələri üçün qəbulolunmaz “qırmızı xətt” adlandırırlar. Sərhədlərin dəyişdirilməsi, doğrudan da, adi məsələ deyil. Ancaq İranın qeyri-səmimiliyi ondadır ki, bu ölkə 30 il ərzində Azərbaycan sərhədlərinin dəyişdirilməsinə seyirçi münasibət sərgiləyib və “qırmızı xətti” tamam unudub. İndiki halda isə Azərbaycanın hansısa sərhədləri dəyişmək kimi bir niyyəti yoxdur. Belə bir absurd iddia ortaya atmaq İranın nəyinə lazımdır?
Bu da hamısı deyil. Postmüharibə dövründə İran tələsik Ermənistanın Qafan şəhərində konsulluq açdı. İndi Ermənistan da eyni səviyyəli diplomatik missiyanı Təbrizdə yaratmaq xəyalına düşüb. Buna nə ad verək? Bəlkə, İranın belə davranışlarının arxasında başqa gizli məqsədlər var? Təbii ki, belə məqsədlər var. Bəzi faktları sadaladıqda alt qatdakı məqsədlərə də aydınlıq gəlir. Qələbə sayəsində Azərbaycan İranla 132 kilometrlik sərhədlərini bərpa edib. Bu o deməkdir ki, böyük bir coğrafiyada İranın Ermənistanla birbaşa əlaqəsi kəsilib. İşğal dövründə bu ərazilərdən narkotrafik qurulmuşdu, sanksiyalardan kənar qaçaq mallar daşınırdı. İranı sərhəd narahatlığı da buradan qaynaqlanır. İran qorxur ki, Zəngəzur dəhlizinin açılması ilə onsuz da daralmış bağlantılar tamam qırıla bilər.
Özü də İran maraqlarını diplomatik jestlərlə yanaşı, həm də əzələ nümayişi ilə ortaya qoymağa çalışır. Bir qədər bundan əvvəl bu ölkə Azərbaycanın 44 günlük Vətən müharibəsində bərpa etdiyi sərhədlərinə yaxın ərazilərdə hərbi təlimlər keçirdi. İran hərbi gücünü kimə nümayiş etdirir? Zəngəzur dəhlizi ilk növbədə bütün Türk dünyasını birləşdirəcək. Bəlkə, İran böyük Türk birliyinin reallığa çevrilməsindən narahatlıq keçirir? Ancaq tarixin təkərlərini geriyə firlatmaq mümkün deyil. Türk birliyinin formalaşması, real regional və qlobal gücə çevrilməsi zamanın tələbidir. Yeri gəlmişkən, elə bu günlərdə Azərbaycan və Türkiyə ordularının birgə təlimləri baş tutdu. Bu, İranın bəhs olunan təlimləri ilə müqayisəyə gəlməz dərəcədə üstün, möhtəşəm təlimlər idi.
İranın silahları və emissarları
İranın işğalçı Ermənistana silah ötürməsi yeni mövzu deyil. İşğal dövründə mətbuatda İran-Ermənistan hərbi əlaqələri barədə vaxtaşırı məlumatlar yer alırdı. Məlum sentyabr təxribatları zamanı Ermənistan ordusunun İran PUA-larından istifadə etdiyi bir daha təsdiqləndi. Son günlərdə isə bu ölkənin revanşizm cəhdləri nümayiş etdirən Ermənistanın müharibə hazırlıqlarında yer alması barədə xəbərlər yayılmaqdadır. Yayılan və hələlik İrandan heç bir təkzib gəlməyən xəbərlərdə cənub qonşumuzun Ermənistana PUA-larla yanaşı, raketlər də tədarük etdiyi bildirilir. İran silahlarının keyfiyyəti, müasir tələblərdən geri qalması başqa bir müzakirənin mövzudur. Niyyət isə ortadadır. Aydın şəkildə görünür ki, İran yeni müharibə hazırlıqları aparan Ermənistanın yanındadır və regiona sülh gəlməsinə qarşı çıxır.
Özü də İran təcavüzkar Ermənistana yalnız hərbi texnika göndərmir. Məlum olub ki, bu ölkə Ermənistana və qondarma “DQR”ə, həmçinin emissarlar da göndərir. İran emissarları erməni hərbçilərinə silahların “dilini” öyrədir və onlara təlimlər keçirlər.
Daşdan səs şıxır, İrandan yox
Son günlərdə mətbuatda 27 nəfər İran vətəndaşının qeyri-qanuni yolla Rusiya sülhməramlılarının müvəqqəti xidmət apardıqları Azərbaycan ərazilərinə keçmələri barədə məlumatlar yayılıb. Azərbaycan mediası həmin şəxslərin İran vətəndaşı olmalarını təsdiqləyən faktlar və sənədlər də təqdim edib.
Gözləmək olardı ki, İran tərəfi baş verənlərə-təcavüzkar ölkəyə silah tədarük etməsinə və vətəndaşlarının Azərbaycanın icazəsi olmadan ərazilərimizə gəlmələrinə aydınlıq gətirəcək. Ancaq bu, baş vermir. Azərbaycanın Xarici İşlər Nazirliyi İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış məlumata aydınlıq gətirilməsi məqsədilə bu ölkənin Azərbaycandakı səfirliyinə müvafiq nota göndərilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, hazırda məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir. “Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir”, - A.Hacızadə vurğulayıb.
Eyni mövzuda Mətbuat Şurası, QHT sektorunun təmsilçiləri də İranın Azərbaycandakı səfirliyinə müraciətlər ünvanlayıblar. Mətbuat Şurasının müraciətində oxuyuruq: “Bu hadisə və İrandan Ermənistana silah satışı, sonradan həmin silahların Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə keçirilərək oradakı qeyri-qanuni erməni dəstələrinə çatdırılması məsələsi bu gün də Azərbaycan mediasının əsas mövzularından biri, cəmiyyətimizi dərindən narahat edən məsələlərdir. Yaranmış durumda, istər-istəməz, belə bir qənaət formalaşır ki, İran təcavüzkar Ermənistanın Azərbaycana qarşı hərbi cəhətdən gücləndirməyə və ölkəmizin işğaldan azad olunmuş ərazilərində vəziyyəti gərginləşdirməyə çalışır”.
Məsələnin ciddiliyi ortadadır. Azərbaycanın rəsmi qurumlarının, bütün cəmiyyətin narahatlığına rəğmən, səfirlik susmağa üstünlük verir. Necə deyərlər, daşdan səs çıxır, İran tərəfdən yox. İranın susmasının səbəbi nədir? Susmaq razılıq əlaməti deyilmi? İran səfirliyi unutmamalıdır ki, susqunluq davam edəcəyi təqdirdə məlum hadisələrdə İranın neqativ rolunun olması həqiqət kimi qəbul olunacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02

