Rejim etirazçılar qarşısında məğlub olur?
06.12.2022 [10:50]
Politoloq: Rəsmi Tehran xalqı aldatmağa çalışmaqla heç nəyə nail olmayacaq
Hazırda İranda ictimai-siyasi böhran davam etməkdədir. İnqilabdan ötən 40 ildən artıq müddət ərzində əhaliyə vədlərdən başqa bir şey verə bilməyən hakimiyyət çıxılmaz vəziyyətə düşüb. Sentyabrdan başlanan kütləvi aksiyalar isə İranın bütün şəhərlərini bürüyüb və üçüncü aydır, davam edir.
Əxlaq polisi tərəfindən zorakılığa məruz qalan 22 yaşlı qızın ölümü ilə başlayan kütləvi etirazlar təkcə qadın hüquqları ilə əlaqəli deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran dövləti xalqına xidmət etmək əvəzinə, insanlara zülm edir. Öz imkan və potensialını real dəyərləndirə bilməyən İran uzun illərdir, geosiyasi ambisiyalarla yaşayaraq bu istiqamətdə siyasət yürüdür. Nüvə proqramını həyata keçirməklə dünyada “hegemonluq” etmək iddiasındadır. Bu səbəbdən də enerji resurslarından əldə olunan gəlirlər dövlət quruculuğuna, əhalinin firavanlığına, ümumilikdə ölkənin inkişafına deyil, Yaxın Şərqdə silahlı dəstələr saxlamağa və qonşu dövlətlərin, o cümlədən Azərbaycanın daxili işlərinə qarışmağa yönəldilir. İran Suriyada, İraqda, Livanda silahlı dəstələri maliyyələşdirərək dini-ideoloji xəttini həyata keçirməyə cəhd edir. Halbuki İranın bu siyasəti nəinki beynəlxalq aləm, hətta öz əhalisi tərəfindən də kəskin qınanılır. Milli azlıqların hüquqsuzluğu, iqtisadi vəziyyətin ağır olması, siyasi ambisiyaların nəticəsində sanksiyalara məruz qalması və əhalinin sosial vəziyyətinin həddən artıq pisləşməsi insanların küçələrə çıxıb haqlarını tələb etməsi ilə nəticələnib. Ən başlıcası isə hakimiyyət bu etirazları nəzərə alıb vəziyyəti yaxşılaşdırmaq istəmir, əksinə etirazçılara qarşı qəddarlıq, onların qətlə yetirilməsi və məhkəməsiz edamlar xalqın, necə deyərlər, səbir kasasını daşırıb. 22 yaşlı gənc qızın öldürülməsi isə İranda hüquqsuzluqdan əziyyət çəkən insanları rejimə qarşı ayağa qalxmağa məcbur etdi.
Yeri gəlmişkən, İran baş prokuroru Məhəmməd Cəfər Montazeri İranda davam edən etiraz aksiyaları fonunda əsas fəaliyyət istiqaməti qadınların hicab taxmasına nəzarət etmək olan əxlaq polisinin ləğv edildiyini bəyan edib. Baş prokuror deyib ki, əxlaq polisi ləğv edilsə də, məhkəmə bu sosial problemlə məşğul olmağa davam edəcək. Lakin bununla belə İranın rəsmi mediası bununla bağlı fərqli informasiyalar yayır.
Ümumiyyətlə, İranda 2006-cı ildən fəaliyyət göstərən əxlaq polisinin ləğvi hansı məqsədlərə xidmət edir? İran rejimi xalqın etirazları qarşısında geri çəkilir, yoxsa hakimiyyətini qorumaq məqsədi güdür? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Tural İsmayılovun sözlərinə görə, İranda istibdad o qədər dərinləşib ki, molla rejimi artıq nə edəcəyini bilmir. O deyib ki, İran ordusunu nə qədər qüdrətli təqdim etsə də, Rusiyaya satdığı “Şahed” və digər pilotsuz uçuş aparatları Azərbaycanın Türkiyədən aldığı “Bayraqdar”la, İsrail istehsalı “Harop”la, həmçinin başqa müdafiə sənayesi məhsulları ilə müqayisədə çox zəifdir. İranda 40 milyona yaxın azərbaycanlı yaşayır və onlar orduda, hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışırlar. Birinci hərbi təlimlər zamanı da biz gördük ki, Azərbaycan əsilli zabitlər, əsgərlər təlimlərə etiraz edib sosial şəbəkələrdə paylaşırdılar. Yəni ordunun ölkəmizə qarşı hansısa real bir təhdidi baş verərsə, azərbaycanlı faktoru, ilk növbədə, İranın qarşısında müdafiə parametrini formalaşdıracaq. Hesab etmək olar ki, bu da daxili parçalanmaya səbəb olacaq. İranın ən böyük qorxularından biri quru yolu açıldıqdan sonra gələcəkdə Türk Dövlətləri Təşkilatının (TDT) hərbi birliyinin yaranması məsələsidir.
Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan bu günə qədər öz ərazisindən hansısa üçüncü dövlətin İran əleyhinə fəaliyyət göstərməyinə şərait yaratmayıb. Heç bir il deyil ki, Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb. Ölkəmizin əsas hissəsi ilə Naxçıvanın quru əlaqəsinin İran ərazisindən gerçəkləşməsini özündə ehtiva edən memorandum mühüm töhfələr verə bilər. Həmçinin, Prezident İlham Əliyev işğaldan azad edilmiş İranla sərhəd ərazilərə səfər edərkən həmin bölgələri dost sərhədləri, qonşu ölkəni isə dost adlandırmışdı. Heç bir beynəlxalq təşkilatda bu günə qədər İran əleyhinə hansısa sanksiya və qətnamələrdə Azərbaycanın imzası yer almayıb. Amma İranın ölkəmiz əleyhinə apardığı informasiya terroru heç dayanmadı. Bu baxımdan, İranda insan hüquqlarının vəziyyətini daha yaxından izləməliyik. T.İsmayılov söyləyib ki, İran bütün qırmızı hədləri keçib: “Öz xalqına qarşı əxlaq polisi adlı sistem yaradaraq uzun illərdir insanlara olmazın bəlalar yaşadıblar. Bu gün rejim xalq dirənişi qarşısında aciz qalıb geri çəkilir. Əxlaq polisinin ləğvi haqqında yayılan məlumatlar bunu göstərir. Molla rejimi etirazçılar qarşısında məğlub olur, hakimiyyətlərini qorumaq üçün indilik xalqı aldatmağa çalışır. Amma bu yanaşma heç də rejim üçün yaxşı sonlanmayacaq. Ölkənin durumunun bərbad vəziyyətdə olmağı hər kəsə bəllidir. İranda uzun illər total repressiyalar və basqı siyasəti həyata keçirilib. İranda yaşayan bütün etnik qruplar öz milli haqları uğrunda dayanmadan mübarizə aparırlar. İran eyni zamanda, əhalinin hər gün artan yoxsulluğuna qarşı da heç nə etmir. Normal rasional siyasi kurs sıfırlanıb. İdeoloji nifrət dövlət ideologiyasına çevrilib. İranı daha çətin günlər gözləyir”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

