Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qətiyyətlə rədd edirik!

Qətiyyətlə rədd edirik!

02.12.2022 [10:36]

aşağı palatanın qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir

Nardar BAYRAMLI

Noyabrın 30-da Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada Azərbaycan əleyhinə qəbul edilmiş qərəzli və qeyri-obyektiv qətnamə Fransanın ölkəmizə qarşı növbəti təxribatıdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır.

XİN: Fransa hökumətinin nümayəndəsi faktiki olaraq qətnaməni dəstəkləyib

Bəyanatda qeyd edilir ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını nümayiş etdirir: “Xüsusilə, dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin faktiki olaraq qətnaməni dəstəkləməsi, bu qətnamənin arxasında son vaxtlar açıq şəkildə müxtəlif platformalarda anti-Azərbaycan təşəbbüslər ilə çıxış edən Fransa hökumətinin dayandığını növbəti dəfə göstərir. Fransa 25 ilə yaxın müddətdə ona həvalə edilmiş vasitəçilik rolunu bəhanə gətirərək, Ermənistanın təcavüzünə və işğalçılıq siyasətinə qiymət verməyib, beləliklə də münaqişənin həllinə çalışmayıb. Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı açıq şəkildə qarayaxma kampaniyası aparması və ittihamlar səsləndirməsi Fransanın qərəzli niyyətinin təzahürüdür. Fransa tərəfindən atılan digər təxribat xarakterli addımları, o cümlədən bu ölkənin Senatı tərəfindən daha əvvəl qəbul edilmiş qətnamə kimi, bu qətnaməni də qətiyyətlə rədd edirik”.

Milli Məclis: Fransanın qanunverici orqanları siyasi avantüra meydanına çevrilib

Fransa Milli Assambleyasının qəbul etdiyi məlum qətnamə ilə bağlı Azərbaycan parlamenti də açıqlama verib. Milli Məclisin açıqlamasında bildirilir ki, Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi qətnamələr bu ölkənin qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Milli Məclis Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edərək siyasi riyakarlıq kimi qiymətləndirib. Vurğulanır ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar Ermənistan dövlətinin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlərin, xüsusən də Fransanın ikili standartlara yol verməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməməsi və digər amillərdir: “Təəssüflə qeyd edilməlidir ki, bu gün Fransa hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, revanşist və təcavüzkar separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir”.

Qeyd edilir ki, Azərbaycan müstəqil dövlət olaraq bütün ölkələrlə münasibətləri bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında tənzimləyir. 2020-ci ilin payızında xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfər Azərbaycanın ərazi bütövlüyünün və haqq-ədalətin bərpasını təmin edib. Əzəli tarixi torpaqları olan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etməklə Azərbaycan dövləti BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarının icrasını öz gücü ilə təmin edib. Beləliklə, Ermənistanın Azərbaycan xalqına və dövlətinə qarşı uzun dövr ərzində həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tarixi missiya uğurla yerinə yetirilib. “Bununla əlaqədar olaraq, Fransa parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi praktikasından əl çəkməli, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış tarixi imkanın qarşısını ala bilən ritorikaya və hərəkətlərə son qoymalıdırlar. Fransa Milli Assambleyasının Fransanın müstəmləkəçilik tarixinə ədalətlə yenidən baxması və ona düzgün siyasi-hüquqi qiymət verməsi, Fransada tüğyan edən irqçilik, islamofobiya və antisemitizm hallarının qarşısını almaq üçün üzərinə düşən öhdəliklərini yerinə yetirməsi və sadə Fransa vətəndaşlarının problemlərini dinləməsi daha faydalı və səmərəli olardı” - Milli Məclisin açıqlamasında deyilir.

Soltan Məmmədov: Fransa sülh prosesinə töhfə vermək niyyətində deyil

“Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə tamamilə əsassız, qərəzli bir sənəddir. Bu, bir daha Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə tərəfsiz və obyektiv yanaşmadığını göstərir”. Bu fikirləri isə Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib. O hesab edir ki, belə bir sənədin qəbul edilməsi ümumilikdə Cənubi Qafqaz regionunda sülh və sabitliyin, əməkdaşlıq mühitinin formalaşması cəhdlərinə maneə yaratmaq məqsədi daşıyır. İşçi qrupun rəhbəri xatırladıb ki, noyabrın

15-də Fransa parlamentinin yuxarı palatası olan Senat da təxminən eyni məzmunlu qətnamə layihəsi qəbul etmişdi: “Əgər Fransa həqiqətən də Azərbaycanla Ermənistan arasında davamlı və etibarlı sülhün bərqərar edilməsində maraqlı olsaydı, bu prosesə töhfə vermək istəsəydi, hər iki tərəfə münasibətdə bərabər məsafədə dayanmağa çalışmalıydı. Təəssüf ki, baş verən hadisələr bunun tamamilə əksini göstərir. Üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad olunmuş Azərbaycan ərazilərində 270-ə qədər vətəndaşımız həlak olub və ya yaralanıb. Fransa parlamenti indiyə qədər bu fakta münasibət bildirməyib. Üçtərəfli bəyanatın bir çox müddəalarının Ermənistan tərəfindən yerinə yetirilməməsinə heç vaxt irad bildirməyib. 4000-ə qədər itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsi üçün heç bir təşəbbüslə çıxış etməyib”.

S.Məmmədov qeyd edib ki, Fransa hökumətinin nümayəndəsi də Milli Assambleyada aparılan müzakirələr zamanı faktiki olaraq qətnaməni müdafiə edib: “Ona görə də düşünürəm ki, bu qətnamə Ermənistanla danışıqlar prosesində Fransanın iştirakının mümkünsüzlüyünə dair Azərbaycanın mövqeyinin əsaslı olduğunu bir daha təsdiq etdi. Fransa bu prosesə töhfə vermək niyyətində deyil. Əksinə, qəbul olunan sənədlər bu ölkənin bizim bölgəmizdə gərginliyin davam etməsində maraqlı olduğunu göstərir”.

Paylaş:
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Siyasət

İRR camaşırxanası...

03 Fevral 10:47  

Siyasət

Siyasət

Siyasət

Daha bir şans

03 Fevral 10:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28