Laçın dəhlizi təyinatı üzrə istifadə olunmalıdır
26.11.2022 [10:22]
Politoloq: Ermənistan və onun havadarları dövlətimizin gücünü unutmamalıdır
Nardar BAYRAMLI
Son vaxtlar ermənilərin hərbi təxribatları daha da intensivləşib. Həm Azərbaycan-Ermənistan dövlət sərhədində, həm də müvafiq ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında erməni hərbi dəstələri ordumuzun mövqelərini atəşə tutur. Azərbaycan Ordusu qarşı tərəfin cavabını layiqincə versə də, diqqətçəkən məqam Rusiya sülhməramlılarının davranışıdır. Belə ki, sülhməramlılar qanunsuz erməni silahlı dəstələrinin zərərləşdirilməsi ilə məşğul olmaq əvəzinə onların əməllərini görməzdən gəlirlər. Hətta bəzi hallarda sülhməramlılar ermənilərin marağına uyğun mövqe ortaya qoyur.
Bu baxımdan, Azərbaycan Müdafiə Nazirliyinin Rusiya sülhməramlı kontingenti ilə bağlı açıqlaması tamamilə doğru və məntiqlidir. Açıqlamada deyilir: “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilib və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib. Buna baxmayaraq, təəssüf ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir. Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 24 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin pozulmasının qeydə alındığı bildirilir. Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR. Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə heç bir atəş açmayıb”.
Eyni zamanda, Müdafiə Nazirliyi onu da bəyan edib ki, son zamanlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini tapmır. Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş Ermənistan istehsalı olan PMN-G markalı piyada əleyhinə mina sahəsinə noyabrın 23-də baxış keçiriblər.
Baxış zamanı bildirilib ki, ərazidən təkcə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-G markalı piyada əleyhinə mina bölmələrimiz tərəfindən aşkar edilərək zərərsizləşdirilib. Təəssüflər olsun ki, bu barədə də Rusiya sülhməramlı kontingenti tərəfindən rəsmi məlumat verilməyib.
“Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırırıq”, -deyə Müdafiə Nazirliyinin açıqlamasında vurğulanır.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli birgə Bəyanatın 4-cü bəndinə əsasən, sülhməramlı kontingentin yerləşməsi qanunsuz erməni silahlı birləşmələrinin çıxması ilə paralel həyata keçməli idi. Bu bənd tamamilə icrasız qalıb. “Necə olur ki, 2020-ci ildə regiona yerləşən və vəzifə səlahiyyəti tərəflər arasında yarana biləcək anlaşmazlıqları həll etmək olan sülhməramlı kontingent 2021-ci ildə basdırılan 350 minanı görmür? Deməli, görməzdən gəlir. Axır vaxtlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə təqdim edilən informasiya Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini tapmır. Toponimlər isə öz adları ilə deyil, erməniləşdirilmiş adlarla yazılır, çağırılır”,-deyən politoloqun sözlərinə görə, İranın casus şəbəkəsini üzə çıxarması istiqamətində Dövlət Təhlükəsizliyi Xidmətinin icra etdiyi sonuncu uğurlu əməliyyatları bizə onu deməyə əsas verir ki, Azərbaycan bu kimi bütün pozucu addımlara qarşı zəruri addımlar atmaq gücündə və iqtidarındadır.
Həmsöhbətimiz qeyd edib ki, regional təhlükəsizliyi təmin etməklə biz beynəlxalq təhlükəsizliyə töhfə verən ölkəyik. Regiondan kənar aktorlar da məhz bunu görür və dəyərləndirir. Region dövlətinin isə belə ciddi qüsurları yolverilməzdir. Laçın dəhlizi təyinatı üzrə istifadə olunmalıdır. Üçtərəfli bəyanatla da humanitar məqsədlər üçün nəzərdə tutulan dəhliz vasitəsilə silah-sursatın daşınması rəsmi Moskvanın vasitəçilik missiyasını, indiyə qədər verdiyi bəyanat və açıqlamalarını ciddi şübhə altına salır. “Dövlətimizin və onun Təhlükəsizlik Xidmətinin gücü, peşəkarlığı həm Ermənistana, həm də ona havadarlıq edən bütün qüvvələrə məlum olmalıdır. Bu peşəkarlıqla keçiriləcək ən sadə anti-terror əməliyyatı belə Ermənistanı elə bir günə salacaq ki, pulsuz, ya da imtiyazlı şəkildə əldə etdiyi silah-sursatın hamısı göyə, insan resursu isə ya yerə, ya da havaya sovrulacaq. Artıq bu məsələ haqqında Azərbaycan xalqının güvənini və etimadını qazanan, peşəkarlığı da xarici dairələrə yaxşı məlum olan Dövlət Təhlükəsizlik Xidməti kimi ciddi və nüfuzlu bir qurum danışırsa, deməli, əldə kifayət qədər ciddi faktlar, bu faktların da qarşısını almağa kifayət qədər əsaslar mövcuddur. Sülhməramlılar vəzifə səlahiyyətlərini bölgədə qalma müddəti olan 2025-ci ilin bitməsinə 6 ay qalmışa qədər yekunlaşdırmaq istəmirlərsə, sülhməramlı adı ilə bölgədə qalmağa çalışıb, öz missiyalarına zidd hərəkətlərlə məşğul olmamalıdırlar. Birmənalı qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin də bildirdiyi kimi “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik” - deyə, Ş.Həsənova vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20

